Fəzail İbrahimli Masallıda seçicilərlə görüş və seçici qəbulu həyata keçirtdi

 Fəzail İbrahimli Masallıda seçicilərlə görüş və seçici qəbulu həyata keçirtdi

Millət vəkili professor Fəzail İbrahimli 14 mart 2026-cı il tarixində Masallı rayonu Köhnə Alvadı kənd inzibati ərazisində seçicilərlə görüş və seçici qəbulu həyata keçirtdi.

Görüşdən öncə millət vəkili Fəzail İbrahimli Köhnə Alvadı kənd qəbristanlığında uyuyan Birinci Qarabağ Müharibəsi şəhidi Zöhrab Məmmədxan oğlu Həsənovun məzarını ziyarət etdi. Şəhidin ruhuna dualar oxundu.


Sonra Millət vəkili görüşün keçiriləcəyi Köhnə Alvadı kənd tam orta məktəbində məktəbin adını daşıyan Birinci Qarabağ Müharibəsi şəhidi Əlihasil Hüsü oğlu Əsgərovun məktəbin foyesindəki guşəsini ziyarət etdi və gül dəstələri qoydu.


Daha sonra Köhnə Alvadı kənd tam orta məktəbin akt zalında seçicilərlə görüş və seçici qəbulu baş tutdu. Millət vəkili görüşə gəlmiş seçicilərlə söhbət etdi. Onların problemləri ilə maraqlandı.
Görüşdən sonra qəbul baș tutdu. Millət vəkili qəbulda iştirak edən seçiciləri bir-bir dinlədi.

Müraciətlərin əksəriyyəti sosial, kommunal, nəqliyyat, elm-təhsil sahələrini əhatə edirdi. Bəzi məsələlərin həlli ilə bağlı mövcud qanunvericilik seçicilərə izah edildi. Seçiciləri narahat edən bütün məsələləri qeyd edən millət vəkili bildirdi ki, bu məsələlərin həlli istiqamətində qanunvericilik çərcivəsində lazımi addımlar atılacaq, aidiyyatı qurumlara müraciətlər ediləcəkdir.
Keçirilən görüş və qəbulda Masallı rayon İcra Hakimiyyətinin nümayəndəsi Kərim Ağayev iştirak etmişdir.

Share: