Ermənilər Mingəçevir Su Elektrik Stansiyasına zərbə endirəcək?

Ehtiyac yaranacağı təqdirdə Mingəçevir Su Elektrik Stansiyasına zərbə endirəcəyik.

Müstəqil.Az xəbər verir ki, bunu Xankəndidə jurnalistlərə açıqlamasında Qarabağın silahlı terrorçularının rəhbəri Levon Mnatsakanyan deyib. Onun sözlərinə görə, Mingəçevir SES erməni ordusunun əsas hədəfləri sırasında yer alıb:

“Hərb sənəti bu cür ərazilərə və hərbi obyektlərə zərbə endirilməsini tələb edir. Bu, düşmən ordusunu təminat imkanlarından məhrum edəcək, iqtisadiyyata zərbə vuracaq. Bu obyekt bizim planlarımıza daxildir”.

Müstəqil.Az

Share:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir