Əlövsdət TAHİRLİ: O gözlərin xətası var, xətası, O gözlərə neçə baxım, qorxuram

Əlövsdət TAHİRLİ: O gözlərin xətası var, xətası, O gözlərə neçə baxım, qorxuram
İLLÜZİYA.
Hamını ehtiyac qarmağından asıblar,
Sallaqxana mənzərəsi var hər yerdə.
Səbəbli, səbəbsiz yuzundən əllisi,
Yoluxub yaltaqlıq adında dərdə.
.
Dərdin ağırlığından beli bükülüb haqqın,
Millətə qan udduranları çəkirlər başa.
Düzlərin köksündə ocaq çatır hakimlər,
Gəl indi tablaş bu zalım zamanədə, yaşa..
.
Xəcalət tərində can verir kor dilənçilər,
İtin əlindən küt qapanlarla doludur dalanlar.
Reklamla bəzənib göyün qan qusan üzü,
Adamin gözünə girir qırmızı rəngli yalanlar.
.
Rəzalətdən canı çıxir Hipokrat andının,
Doğulan körpələrin qanına haram qatılır.
Görənin gözü çırtdayır, eşidən kar olur,
Burda haqq da, ədalət də pulla satılır.
14.10.2025.
Almaniya. Norden.
O GÖZLƏRƏ NECƏ BAXIM QORXURAM
(Şairə dostum Aləmzər Sadıqqızına həsr edilib bu şeir).
O gözlərin özü bir eşq butası,
O gözlərin ahı vallah tutası,
O gözlərin xətası var, xətası,
O gözlərə neçə baxım, qorxuram.
.
Göydən yerə tək enibdir beləsi,
Canım olsun o gözlərin köləsi,
Alov saçır O gözlərin giləsi,
O gözlərə neçə baxım, qorxuram.
.
Perik düşüb Tanrım o qız elindən,
Kiprik çalsa dünya batar selindən,
Gəl al məni O gözlərin əlindən,
O gözlərə neçə baxım, qorxuram.
13.10.2025.
Almaniya. Norden.
Şəkilin açıqlaması yoxdur.
GÜLÜM
Həvvadir Adəmin haqqdan butası,
Baha başa gəldi onun xətası,
Mənim bu dünyada gözüm tutası,
Dərdindən öldüyüm tək sənsən,gülüm.
.
Baxanda baxışın yandırıb,yaxıb,
Eşqin pərdə-pərdə ruhuma axıb,
Ya gizli, ya aşkar, arxanca baxıb,
Gözümdən güldüyüm tək sənsən, gülüm.
.
Sənsən ən qiymətlim dövlətdə, varda,
Təsəllim olmusan çətində, darda,
Əlövsət hardasa, sən varsan orda,
Dərdimi böldüyüm tək sənsən, gülüm.
10.10.2025.
Almaniya. Norden.
Share: