Əlirza HƏSRƏTİN “Təyyarəçi nəğmələri” nəşr olundu…

Əlirza HƏSRƏTİN “Təyyarəçi nəğmələri” nəşr olundu…

…14 fevral tarixi–1992-ci ildə Naxçıvan Muxtar Respublikasından pərvazlanıb, Qarabağ səmasında şəhidlik zirvəsinə,işığına qovuşan Milli Ordumuzun ilk qurucularından olan,Ali təhsilli hərbi-təyyarıçi Baş leytenant Yusif Yaqub oğlu Vəliyevin doğum günüdür.

Müstəqil.Az xəbər verir ki, tanınmış şair Əlirza Həsrəti  “Elm və təhsil” nəşriyyatında nəşr olunan “Təyyarəçi nəğmələri” kitabı qəhraman şəhid təyyarəçi Baş leytenant Yusif Vəliyevin həyat və döyüş yolundan bəhs edir. Kitabın redaktoru  tanınmış şair Əkbər Qoşalıdır.
Müəllif özü kitabı haqda belə deyir: Ümidvaram ki,bu dastan-poema şəhidlərimizin xatirəsini daim əziz tutan oxucuların böyük rəğbətini qazanacaqdır.
Müstəqil.Az
Share: