Dünən bir neçə ərəb turistlərinin Azərbaycan üçün, hər bir vətəndaşımız üçün qürur və şərəf rəmzi olan Şəhidlər Xiyabanında etdikləri heç bir əxlaqa, mənəviyyata sığmayan, tərbiyəsiz, hətta deyərdim insanlıqdan kənar hərəkətləri məni, əslində çoxdan bəri beynimdə dolaşan bəzi fikirləri sizinlə bölüşməyə vadar etdi.
Yəni ölkəmizdə “qonaq” kimi qarşıladığımız, ağırladığımız bir neçə adama bənzər məxluqun, canlının ev sahibi olaraq bizə, bizim müqəddəs bildiyimiz dəyərlərə qarşı etdiyi hörmətsizlik bir çox həmvətənim kimi mənim etirazıma səbəb oldu və bu barədə ciddi və ərtaflı münasibət bildirməyimə təkan verdi.
Gəlin etiraf edək ki, bu qəbildən olan “turistlərin” davranışları çoxdan bizi yumşaq desək narahat edir. Zaman-zaman mətbuat səhifələrində, sosial şəbəkələrdə və s. isti cənub və şərq ölkələrindən gəlmiş, çox hallarda isə məhz “dindaşlarımızın” elementar davranış qaydalarına, etikaya sığmayan hərəkərləri, minimum sanitar-gigyenik tələblərin kobud şəkildə pozmaları, ünsiyyətdə ciddi qüsurlara yol verilmələri və s. ilə bağlı məlumatlar yayılıb. Bəzilərimiz hətta bu kimi hadisələrin canlı şahidi belə olmuşuq. İstirahət məkanlarında, ictimai yerlərdə, küçədə və s. özlərini vulqar, kobud, təxribatçı tərzdə aparan, mağara psixologiyası səviyyəsində davranış sərgiləyən “turistlər”lə bağlı öz aramızda azmı gileylənmişik, azmı şikayətlənmişik?
Amma, müxtəlif səbəblərdən – lənətə gəlməmiş (ya gəlmiş) qonaqpərvərliyimizdən, dövlətimizin, onun qanunlarının. hüquq-mühafizə orqanlarının zəhmindən, şəxsi mədəniyyətimizdən, daxili tərbiyəmizdən və s. susmuşuq, susmağa çalışmışıq, dözümlülük göstrəmişik. Təəssüf ki, bəzən bizim çox vaxt qürrələndiyimiz, müsbət hesab etdiyimiz keyfiyyətlərimiz özümüzə tərs dönür, daha böyük problemlər yaradır. Təəssüf ki, qonşularımız (həm də yalnız məlum “üzdəniraqlar deyil”) kimi, bəzi “qonaqlarımız” da bizim bu “qonaqpərvərliyimizdən”, ürəyi genişliyimizdən, yumşaqlığımızdan, bəzən də unutqanlığımızadan və s. sui istifadə edərək, bunu zəiflik, əziklik, cəsarətszilik kimi qəbul edib daha da harınlamış, daha da quduraraq artıq milli heysiyyatımıza toxunan hərəkətlərə yol vermişlər. Əlbəttə bu mövzu daha geniş təhlil və araşdırma tələb edir. Mən müzakirəyə çıxarmaq istədiyim məsələ isə bu məxluqların ölkəmizə turist kim gəlməsi, bu bir yana dövlətimizin qanunlarına, milli adət-ənələrimizə, dəyərlərimizə sayqısızlıqları və saymamazlılıqları, özlərini bu qədər həyasızcasına aparmalarıdır. Axı biz, Azərbaycan dövləti olaraq kifayət qədər inkişaf etmiş, siyasi və iqtisadi cəhətdən heç kimdən asılı olmayan, müstəqil dövlətik, yəni ən azı “kasıb dövlət” deyilik. Bu cür “turistlərin” (hələ demirəm ki, həmin turistlərin heç öz ölkələrində ciddi mövqeyə, geniş imkanlara sahib olmamamalı beş km-likdən görünür, yəni iqtisadi tərəfi nəzərə almalı olsaq belə, onlar heç də böyük vəsaitlər xərcləmirlər) ölkə istisadiyyatına verdiyi xeyir o qədərmi çoxdur ki. biz bu qədər güzəştlərə getməli oluruq, dözümlülük göstəririk? Birincisi, əminəm ki, bu cür turistlər olmadan belə istirahət məkanlarına öz vətəndaşlarımız kifayət qədər xeyir verə bilər, bu həm də süni qiymət artımına da səbəb olmaz. Qısası, ölkəmizin bu cür “turistlərə”, onlardan gələn gəlirlərə ehtiyacı varmı? Əlbəttə ki, bu mənim bu sahənin qeyri-peşəkarı və sadəcə bir vətəndaşı kimi fikir və mülahizələrimdir. Yox, əgər həqiqətən də, turizm biznesinin, bu sahədə gələn gəlirlərin ölkə iqtisadiyyatına ciddi qatqısı varsa, onda bu sahənin tənzimlənməsinə ciddi yanaşmaq və bu sahədə islahatların aparmaq lazımdır. Cəlb edilən turistlər, onların ölkədə özlərini necə aparmaları və s. ilə bağlı xüsusi yanaşma olmalıdır. Demirəm ki, sovet dönəmindəki kimi “dəmir nizam-intizam” qaydaları tədbiq edilsin, “xüsusi” yoxlamalardan keçirilsin, amma bu fəaliyyətlə məşğul olan turizm şirkətləri, onların iş prinsipi ilə bağlı müəyyən tələblər işlənilməlidir. Məsələn, məni və hesab edirəm ki. bir çoxlarını düşündürən suallardan biri: Niyə Azərbaycana Avropadan, Şimali və Cənubi Amerikadan, lap elə post-sovet məkanından turistlər daha çox cəlb edilmir. Bununla bağlı hansı problemlər var? Əminəm ki, Azərbaycan həm ekoturizm, mədəni turizm, sahil və su turzimi, kənd (icma) turizmi, macəra turizmi, dağ turizmi və s. ilə bağlı geniş imkanlara malikdir. Yüksək səviyyəli turizm infarstrukturları mövcuddur (mütəmadi olaraq xarici səfərlərdə olan biri kimi bilirəm ki, bizdə turistlər üçün yaradılan şərait və xidmət heç bəzi Avropa ölkələrində yoxdur). Qeyd olunan coğrafiyadan turistlərin cəlb edilməsi üçün kifayət qədər işlər aparılırmı, aparılırsa hansı səviyyədə? Bu problemlərin səbəbləri təhlil edilirmi? Təsirli dəyişiklərə nail omaq üçün hansı addımlar atılır? Digər, diqqətinizi cəlb etmək istədiyim bir məqam: ölkəmizə gələn turistlərin dövlət qanunları, bəzi milli adət-ənənələr, dəyərlər ilə və s. bağlı marrifləndirmə tədbirləri keçirlməsi ilə bağlıdir. Hesab edirəm, ən azı turizm şirkətləri turistlərin qeydiyyatı ilə bağlı sənədlərin hazırlığı dövründə və ya ölkəmizə ayaq basan kimi 20-30 dəqiqə bu cür vacib məsələyə vaxt ayırsalar faydalı olardı. Bununla bağlı məni konservatizmdə, radikalizmdə və s. qınamağa hazırlaşanların nəzərlərinə çatdırıram ki, ABŞ və digər bəzi xarici ölkələrə gedərkən bu cür informasiya xarakterli məlumatlarla tanışlıq adi haldır.
Son da isə, bəzilərinin ictimai fəallığı, iştirakçılığı, ictimai nəzarəti ciddiyə almayan, barmaqarası baxanlara diqqətin çatdırmaq istərdim ki, əgər ilk növbədə vətəndaşlarımızın ayıq-sayıqlığı, fəallığı, tələbkarlığı və əlbəttə ki, hüquq-mühafizə orqanlarının peşəkarlığı və qətiyyəti olmasa idi, bu “tərbiyəsiz gədələr” öz əməllərinə görə cəzasız qala bilərdilər, hələ bu azmış kimi, hətta sonradan öz ölkələrində mənfur hərəkətlərindən qürrələnərək, dövlətimizə və dəyərlərimizə istehza ilə yanaşmağa, ələ salmağa davam edəcəkdilər. Amma görülən tədbirlər bütün bunların qarşısını almaqla yanaşı, həm də preventiv mahiyyətə malikdir. İnamıram ki, gələcəkdə kimsə, hər hansı turist buna bənəzr saymamazlığı, tərbiyəsziliyi ağlının ucundan belə keçirsə belə, yüz dəfə fikirləşəcək.
Siyasi şərhçi
Əhməd N. Abbasbəyli
















