Ehtiram İlham kimdir?! – Mikayıl Bozal yazır

Ehtiram İlham kimdir?! – Mikayıl Bozal yazır

      Adamların və talelərin müxtəlifliyi barədə hər zaman danışılmış, danışılır və danışılacaq. Elə bir düstur, elə bir qayda, elə bir kodeks yoxdur ki, insnlar və ya talelər haqqında yüzə-yüz dəqiq məlumatları çatdıra bilsin.  O ki qaldı şair taleyi, yazıçı taleyi olsun, bu yerdə məsələ daha da qəlizləşir. Ola bilsin ki, kimsə mənimlə razılaşacaq, kimsə yox. Adamlar var ki, haqqında deməyə söz tapmaq olmur, adamlar da var ki, haqqında o qədər danışmaq olar ki, lap sonsuzluğa qədər- elə şair-publisist Ehtiram İlhamın haqqında olduğu kimi.

     Ehtiram İlhamı az və ya çox dərəcədə, uzaqdan və ya yaxından  tanıyan,   sözə, haqqa, insan taleyinə və xarakterinə biganə qalmayan hər kimdən bu adma haqqında soruşsanız kifayət qədər və ürəkdolusu danışacaq. Onun keçdiyi həyat yolu oq dər rəngarəng, o qədər xatirələrlə dolu və o qədər cansıxıcı olub ki, hər adam istədiyi ampulada onun haqqında danışa bilər- elə mən də onlardan biri.

    İstər ictimai-siyası hərəkatda azadlıq uğrunda mücadilə olsun,  istər ədəbi mühitdə şair-publisist kimi aktiv fəaliyyəti olsun, istərsə də dost məclislərinin təşkilatçılığı və keçirilməsi olsun-  hər bir sahədə hər kəs onun haqqında ağız dolusu danışacaq. Ehtiram İlham onu tanıyanların və eyni əqidəyə qullu edənlərinyalnız dostu deyil, onların ən yaxşı dostudur. Ehtiram İlham üşün yaş fərqi, vəzifə  və mövqe fərqi həlledici amil deyil, əsas odur ki, əqidələri, düşüncələri, mahiyyətlər eyni olsun.

     Ehtiram İlham kimdir? – Bu sualın cavabı məsuliyyətli olduğu qədər də asandır, sadədir, görünəndir:

oğil kimi oğul,  qardaş kimi qardaş,  ailə başçısı kimi ailə başçısı, əmi kimi əmi, dayı kimi dayı, şair kimi şair,  dost kimi dost, insan kimi insan və sair.

      Ehtiram İlham təkcə dostlarının  xoş günündə deyil, ən ağır günlərində də onların yanlarında olan etibarlı, vəfalı bir dost, bir sirdaşdır. Bunları mən demirəm, dostlarının hamısı deyirlər və birağızdan deyirlər. Yəqin məmləkətimizdə yeganə adamdır ki, dostları arasında “DƏRDİŞ”  kimi danınır. Bu ad özü özlüyündə insanın daxili aləmi haqqında uzun-uzadı bir hekayət söylə bilər: izahatsız və artıq sözsüz.

      23 yanvar Ehtiram İlhamın doğum günü, dostlarının isə Ehtiram İlham günüdür. Bu gün münasibəti ilə qısa təbrikimi ona ithaf eylədiyim, elə bu gün yazılmış, bir yeni şeirimlə bitirirəm.

SƏN KİMSƏN, ADAM?

(Ehtiram İlhama)

Mənim  tanıdığım sufi birisən,

Yoxsa, sehirmisən, sirmisənmi sən?!

Bütün dostlarının inanc yerisən,

Söylə ocaqmısan, pirmisənmi sən?!

Halın, xəsiyyətin, sözün də birdir,

Sifətin də birdir, üzün də bir birdir.

Tanrı bəndələri  gözündə birdir,

Ay Tanrı xislətli  birmisənmi sən?!

Qara rəng görübsən- qaradan qara,

Nə qədər düşübsən çətinə, dara.

Bu boyda  dərdlərə, iztirablara,

Sən necə dözürsən, şirmisənmi sən?!

Sən necə insansan, sən necə bəndə,

Salam alan da xoş, salam verən də.

Hamı qucaq açır səni görəndə,

Hər kəsin qəlbinə girmisənmi sən?!

Hörmətlə:

Mikayıl Bozal

Share: