ƏDƏBİYYATIN REGİONAL İNKİŞAFINDA TƏQDİMAT MƏRASİMLƏRİN ROLU.

ƏDƏBİYYATIN REGİONAL İNKİŞAFINDA TƏQDİMAT MƏRASİMLƏRİN ROLU.

Ədəbiyyat cəmiyyətin mənəvi inkişafında mühüm rol oynayan faktorlardan biridir. Xüsusilə bölgə miqyasında baş verən ədəbi təşəbbüslər və təqdimatlar, milli-mənəvi dəyərlərin təbliğində, gənc və orta nəsil yazarların tanıdılmasında əhəmiyyətli platforma rolunu oynayır.

Bu baxımdan, 25 iyul 2025-ci il tarixində Cəlilabad şəhərində təşkil olunan təqdimat mərasimi yalnız ədəbi hadisə deyil, eyni zamanda ictimai və pedaqoji əhəmiyyət daşıyan mədəni hadisə kimi qiymətləndirilə bilər.
Təqdimat mərasimi “Həqiqətlə üz-üzə” qəzetinin baş redaktoru və təsisçisi Elbəyi Salmanovun təşkilati dəstəyi ilə həyata keçirilmişdir. Tədbirdə iki müəllifin yeni nəşr olunmuş poeziya kitabları – Gülşən Şahmuradlının sayca dördüncü kitabı “Ömrümün adı Vətən” və Seylan Abbasın uşaqlar üçün nəzərdə tutulmuş ilk poeziya toplusu “Bir ovuc günəş” ictimaiyyətə təqdim olunmuşdur.
Gülşən Şahmuradlının yaradıcılığı Azərbaycan poeziyasında vətənpərvərlik mövzusunun müasir baxış bucağından təqdimatı ilə seçilir. Onun şeirlərində bədii təsvirdən əlavə, mənəvi davamlılıq, milli yaddaş və şəhidlik anlayışı poeziya dili ilə oxucuya çatdırılır. Bu, müasir Azərbaycan şeiri üçün tipik olan “daxili milliləşmə” prosesinin bir nümunəsi kimi də dəyərləndirilə bilər.
Bir 5 nəfər şəkili ola bilər
Seylan Abbasın “Bir ovuc günəş” adlı uşaq şeirləri toplusu isə Azərbaycan uşaq ədəbiyyatında yeni nəfəs kimi dəyərləndirilə bilər. Şairənin şeirlərində uşaqlara məxsus baxış bucağı, təbiətə sevgi, əxlaqi və didaktik mesajlar aydın şəkildə hiss olunur. Uşaq ədəbiyyatının formalaşmasında bu tip poetik mətnlərin rolu əvəzolunmazdır və bu baxımdan Seylan Abbasın yaradıcılığı yeni bir istiqamətin başlanğıcı kimi də şərh oluna bilər.
Təqdimat mərasimi təkcə iki müəllifin yaradıcılığının təbliği ilə məhdudlaşmırdı. Tədbirdə iştirak edən yazıçı, şair, jurnalist və müəllimlərin çıxışları bu mərasimi geniş ictimai diskussiyaya çevirdi.
Tədbirin iştirakçıları arasında şəhid atası İlqar Nadirov, yazıçılar və şairlər – Əfrahim Abbas, Tarıverdi Məmmədov, Natəvan Məlikova, Sevil İsayeva, Gülcahan Əsgərova, Sevil Gül Nur, Ruhiyyə Abbaszadə, Sevinc Şirvanlı, eləcə də pedaqoqlardan Şahhüseyn Nəzərov, Mədinə Mustafayeva, Əfşan Bayramova və fəal oxuculardan Niyazağa Rzayev yer almışdı.
Bu cür tədbirlər regionlarda ədəbi mühitin canlanmasına, gənc müəlliflərin dəstək görməsinə və cəmiyyətin bədii-estetik zövqünün formalaşmasına xidmət edir. Elmi-pedaqoji araşdırmalarda da qeyd olunur ki, bölgələrdə keçirilən ədəbi tədbirlər milli-mənəvi dəyərlərin təbliğində mühüm platforma rolunu oynayır.
Cəlilabad şəhərində baş tutan bu təqdimat mərasimi göstərdi ki, Azərbaycan ədəbiyyatı yalnız paytaxtla məhdudlaşmır. Bölgələrdə formalaşan ədəbi mühit, orada yetişən şair və yazıçıların fəaliyyəti ümummilli ədəbi palitranın zənginləşməsində mühüm yer tutur. Gülşən Şahmuradlı və Seylan Abbas kimi müəlliflərin yaradıcılığı həm ədəbi-estetik baxımdan, həm də mənəvi-ideoloji yöndən oxucular üçün aktualdır və onların yeni nəşrləri region ədəbiyyatında keyfiyyət göstəricisidir.
Bir 12 nəfər şəkili ola bilər
Uzun illərdir ki, Cəlilabad ədəbi mühitində Elbəyi Salmanovun “Həqiqətlə üz-üzə” qəzetindəki ədəbi-publisistik fəaliyyəti Cəlilabad ədəbi-mədəni həyatında özünəməxsus yer tutur. O, qələmə aldığı yazılarla təkcə oxucuların maariflənməsinə deyil, həm də cəmiyyətin vicdan səsinə çevrilən bir mətbuat ənənəsinin formalaşmasına töhfə verir. Ədəbi düşüncəsi, analitik baxışı və dərin ictimai məsuliyyəti onun məqalələrində, publisistik yazılarında və bədii nəsrində öz əksini tapır.
Bu günlərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tərəfindən Elbəyi Salmanovun fəxri fərmanla təltif olunması da məhz bu çoxillik, səmərəli və dəyərli fəaliyyətinin bariz nümunəsidir. Bu təltif onun həm bir ziyalı, həm də söz adamı kimi fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.
Elbəyi Salmanovun ədəbi yaradıcılığı dərin humanizmə, milli-mənəvi dəyərlərə bağlılığa və həqiqətə, sədaqətə əsaslanır. O, öz yazılarında insan taleyinə, kənd həyatına, cəmiyyətin müxtəlif təbəqələrindəki problemlərə toxunaraq oxucunu düşündürməyi bacaran filoloq-publisistdir. Onun dili sadə, fikri aydın, mövqeyi prinsipialdır. Bu da onun yaradıcılığını geniş oxucu kütləsinə sevdirən əsas cəhətlərdəndir.
Elbəyi Salmanov həm də bölgə ziyalıları arasında ictimai-sosial fəallığı ilə seçilən, ədəbi sözə və gerçəkliyə sadiq qalan qələm sahiblərindəndir.
Tədbirlərin davamlı təşkili bölgələrdə ədəbiyyata marağın artmasına, gənc müəlliflərin təşviqinə və ədəbi irsin nəsillər arasında ötürülməsinə şərait yaradır. Bu baxımdan, təqdimat mərasimi həm mədəni, həm də təhsil və tərbiyə yönümlü ictimai fəaliyyət nümunəsi kimi dəyərləndirilməlidir.
✍ Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi tənqid və təhlilçi. Şair.
Share: