Dənizlərdə gəmi idarə etdiyiniz kimi, ədəbiyyat aləmində də…

Dənizlərdə gəmi idarə etdiyiniz kimi, ədəbiyyat aləmində də…

Əziz və dəyərli şair, publisist və dəniz qəlbli kapitan Faiq Balabeyli!

Bu gün Sizin doğum gününüzdür – sözün dalğalarla qucaqlaşdığı, misraların üfüqlərə açıldığı mübarək bir gün…

Müstəqil.Az xəbər verir ki, bu sözləri tanınmış Özbək şairi, tərcüməmisi, jurnalist Cahangir Namazov Faiq Balabəyliyə ünvanladığı təbrik mesajında qeyd edib. O, daha spnra yazır:
Sizi ilk dəfə görməmişdən əvvəl, onlayn söhbətlərimizdə qəlbinizin səmimiyyətini, təvazökarlığınızı, o saf və uşaq təbiətli nurunuzu hiss etmişdim. Sözlərinizdə təkcə şair nəfəsi yox, həm də dənizlərin dərinliyi vardı. Elə bil hər cümləniz bir gəmi idi – oxucunu uzaq limanlara aparan…
Bir Saksayuaman şəkili ola bilər
Türkiyədə keçirilən Türk Dünyası yazıçı və şairlərinin Talas festivalında üz-üzə görüşümüz isə bu duyğularımı daha da möhkəmləndirdi. Sizinlə söhbət etmək, eyni ədəbi mühitin havasını udmaq, sözün sehrini birlikdə yaşamaq mənim üçün unudulmaz bir xatirəyə çevrildi. O gün bir daha anladım ki, həqiqi böyüklük sadəlikdə gizlidir.
Bir mətn şəkili ola bilər
Siz həm qələm adamısınız, həm də sözün kapitanı. Dənizlərdə gəmi idarə etdiyiniz kimi, ədəbiyyat aləmində də duyğuların istiqamətini müəyyən edirsiniz. Ürəyiniz dəniz kimi geniş, düşüncəniz üfüq kimi açıq, qəlbiniz isə dalğalar kimi daim hərəkətdədir.
Doğum gününüz münasibətilə Sizə uzun və bərəkətli ömür, möhkəm can sağlığı, ailə səadəti, dənizlər qədər coşqun sevinc və yeni-yeni yaradıcılıq zirvələri arzulayıram. Qoy misralarınız həmişə küləklə dost olsun, ilhamınız heç vaxt sahilə yan almasın, söz gəminiz daim uğurlu səfərlərə çıxsın!
Sizə olan dərin hörmət və səmimi sevgimlə – doğum gününüz mübarək olsun, əziz Faiqbəy!
Bir bir və ya daha çox şəxs, gülümsəyən insanlar və xəbər otağı şəkili ola bilər
Hörmətlə Cahangir Namazov,
şair-tərcüməçi,
Özbəkistan.
Share: