Düşüncə dəryası… Şəhla RƏVAN yazdı

Düşüncə  dəryası… Şəhla RƏVAN yazdı

(İlqar İsmayılzadənin şeirlərinin təhlili kitabının qısa təqdimatı)

Düşüncə, fikir insana məxsus ən yüksək nemətdir. Məhz bu əvəzsiz, yalnız insana məxsus olan nemətə sahib olmaq sahəsində insan “Təbiətin tacı” kimi ən yüksək səviyyəyə qalxa bilmiş, düşüncə sayəsində yer üzünün əsl bəzəyi olmuşdur.

Düşüncə qüvvəsi onun başlanğıcla bərabər istiqamətləndirir. Çünki düşüncə, fikir-ən qüdrətli, ən ecazkar, yenilməz və qarşısı alınmaz qüvvədir.
E.Delakryanın fikrincə, “Fikri nizamlamaq vərdişi insanı xoşbəxtliyə doğru aparan yeganə yoldur…”
Mənə görə, həyatda və onun müxtəlif sahələrində düşüncəyə xüsusi yer verən insanlardan sırasında çox hörmətli İlqar İsmayılzadəni nümunə göstərmək olar.
Hacı İlqar İsmayılzadə: fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisidir.
İlqar İsmayılzadənin fikrinin, düşüncəsinin istiqamətləri sonsuzdur. Məhz elə buna görə də mən onun şeirlərini oxuduqda çox duyğulandım. Onun vətən, sevgi, ana, Tanrı ilə pıçıltı və s. şeirlərində olan misralarına diqqət yetirdikdə, hər bir misranı oxuyarkən beynimdə sanki təhlil olunurdu. Elə buna görə də mən onun şeirlərindən müəyyən bir hissəsini təhlil etmək qərarına gəldim. Təhlil olunduqca, təhlillər düşüncə dəryasından bəhs edirdi. Saysız – hesabsız fikirlər barəsində düşünürdüm.
Heş şübhəsiz, doğru düşüncəmiz, düzgün fikrimiz bizim ən yaxın bələdçimiz, yol göstərənimizdir.
Həyatın əzablı, sərt, dolaşıq yollarında düzgün istiqamət götürmək üçün düşüncə bizə əvəzsiz bir məşəl rolunu oynayır.
İlqar İsmayılzadənin düşüncələri ümmana bənzəyir. Mən o ümmandan sadəcə bir neçə damlanı təhlil etmişəm. İlqar İsmayılzadənin əsərlərində dünyaya əxlaqi baxış, əxlaqi meyar düşüncəsi isə ən mühüm yer tutur. Belə düşüncələr hər bir insanda olmalıdır. Belə düşüncələrdən mərhum olmaq qaranlıq bir dünyaya qərq olub, daim zülmətdə dolanmaq, axırda isə şərəfsiz məhv olmaq deməkdir.
Onun mənalı həyat düşüncəsi ömürdə fəaliyyət düşüncəsidir. Dünyanın görkəmli adamları fəaliyyətdən kənarda səadət və mənalı həyat düşünməmişlər. B.Q.Korolenko çox yaxşı demişdir ki, quş uçmaq üçün insan da xoşbəxtlik üçün yaranmışdır. Başqa sözlə desək, insan fəaliyyət üçün yaranmışdır.
Burada fürsətdən istifadə edib İlqar müəllimə sonsuz xoşbəxtlik arzulayıram. Yenicə nəşr edilmiş “Düşüncə dəryası” kitabı sizin fəaliyyət yolunuza daim uğur gətirsin!

Şəhla Rəvan

filoloq, şair
02.07.2025

Share: