Bu gün dünyadakı hadisələr ABŞ – ın ssenarisi üzrə baş verirmi? Adama elə gəlir bu ssenarinin həmmüəllifləri Rusiya və İsraildir. Axı ağlı başında olan heç bir dövlət (və ya dövlət başçısı) dinindən, irqindən dilindən, millətindən asılı olmayaraq günahsız İNSANLARIN ölümünə sevinə bilməz!
…Vaxtilə dünya uşaq oyuncaqlarının içinə partlayıcı maddələr qoyub badamgözlu, koreyalı, vyetnamlı körpələrə təyyarədən “hədiyyə” kimi atan Amerikanın necə rəhmsiz olduğuna şahid olmuşdu.
Bu ilin 4 iyul tarixində ABŞ-ın müstəqilliyinin 250 yaşı tamam olacaq. Yarandığı gündən bəri təqribən irili-xırdalı 200-dən çox müharibə aparan ABŞ insan qanı tökməyə əyləncə kimi baxıb. Dilində sülh, demokratiya şüarı, əməlində hegemonculuq, qoculuq, cahangirlik iddiası olub… Dünyanın yarısı oksigendən çox ABŞ-ın üzərində “mütləq gücün simvolu” olan əskinasları ilə nəfəs alıb; həm əsgər qiyafəli dolları, həm də üniforması dollara bənzəyən əsgərləri öz sərhədlərindən uzaq ölkələrdə “meydan” sulaya bilir… Dolların üstündə “IN GOD WE TRUST” – “Biz Allaha inanırıq” yazılsa da, siyasət DƏLLALLARİ Ağ EVin “mələksima” sahiblərinə və şeytana qulluq ediblər. Kiimi dolların üzərində Mason Lojasının, kimi isə satanizmin simvollarının həkk olunduğunu deyir. NATO, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, hətta Ümumdünya Sağlamlıq Təşkilatı və s. qurumlar kimi BMT də ABŞ-ın diktəsi ilə fəaliyyət göstərir… Hollivudun savaş filmləri belə öz məzmununu Ağ Evin siyasətindən götürür…
ABŞ yeganə dövlətdir ki, 30 il ərzində Qarabağda Azərbaycanın tarixi və dini abidələrini yerlə yeksan edən qondarma “Dağlıq Qarabağ Respublikası”dan maliyyə dəstəyini əsirgəmədi…
…XX əsrin 70 ilini mürəkkəb söz birləşmələrindən əmələ gələn SSRİ adlı “Qırmızı Qoc”la paylaşsa da, XXI əsrə rəqibsiz qədəm qoyduğuna əmindir. Fəqət, özünü Sovet İttifaqının “varisi” sayan Rusiya ABŞ-ın çaldığı havalara oynamaq istəmir. O da dünyanın bir hissəsinə AĞALIQ iddiasından əl çəkmək istəmir… ABŞ “ayaq” qoyan yerə Rusiya “baş” qoyur.
… AĞ EV özünü zamanın hokmranı, siyasət arenasının FATEHİ kimi aparır. Dünyanın sehirli acarı sanki onun əlindədir. ABŞ-ın “dirijor cubuğu” ilə qəmli matəm marşları təkcə Şərqdə deyil, Qərbdə -Şərqi Avropada da çalınır. ABŞ-ın NATO vasitəsi ilə Rusiyaya “yaxınlaşması” sevdası Ukraynada 100-dən də çox xalqın qanını axıdır. Qaçqınların sayı milyonlarladır… Dünya min bir yerdən ÇAT verir… Müharibənin hər günü keçmiş SSRİ-nin bütün xalqlarına maddi və mənəvi itkilərlə başa gəlir.
Şərq uzun illərdir ki, odlu-alovlu KƏLƏF içindədir… Vaxtilə faşist hərbi düşərgələrind kəlmeyi-şəhadəti əzbərləyərək ölümün pəncəsindən İslama sığınmaqla qurtulan yəhudilərin övladları yarım əsrdən çoxdur ki, Fələstinli müsalmanlara qan uddururlar… 3-cü CAHAN müharibəsinin müsibətlərinə HAMİLƏ olan DÜNYA çancı çəkir…
Fələstin, Əfqanıstan, İraq, Misir, Liviya, Yəmən, Suriya… Mədain xərabələrinə bənzəyən şərq ölkələri kimi UKRAYNA da dağılır… Müharibəni qızışdıran, məsum uşaqların qətlə yetirilməsinə laqeyd qalan DÖVLƏTLƏRİN və dövlət başçılarının sanki damarlarında insan qanı yox , iblis qanı axır…
İndi də İran hədəfdədir… Düşmən kimdir?! Öz dərdinə ƏLAC axtaran xalqmı?
Axı bir gülün TİKANINI yox edərkən, KOLUNU kökündən çıxarmaq Təbiətin nizamını pozmaqdır. Axı Allahın bir AHƏNG üstündə köklədiyi bu DÜNYANI kökdən salmaq BƏŞƏRİ cinayətdir.
ABŞ, Rusiya, İsrayıl dövlətlərinin insan taleyinə laqeydliyinə aid yüzlərlə fakt göstərmək olar. Vaxtilə juranlistin: “ İraqda yarım milyon uşaq ölüb. Bu, Xirosimada ölən uşaqlardan çoxdur. Siz düşünürsünüz ki, bu məqbuldur?” sualına ABŞ-ın ilk QADIN dövlət katibi, yəhudi mənşəli Madlen Olbrayt aydın cavab verərək demişdir: “Bəli!”
Bu və ya digər xalqın gələcəyi olan uşaqların ölümündən HƏZZ alan bir QADIN siyasətçi o vaxt belə düşünürdüsə, onda dünyanın “kişi” cinsindən olan indiki QOÇU siyasətçiləri görün hansı fələkətlərə imza atır!..
Nurəddin ƏDİLOĞLU




















