ABŞ-nin Detroyt (Miçiqan ştatı) və Çikaqo (İllinoys ştatı) şəhərləri havanın çirklənməsi üzrə dünya reytinqində ilk iki yeri tutub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Detroytda havanın çirklənməsi 207 bal, Çikaqoda isə 178 bal səviyyəsində qiymətləndirilir.
Bildirilib ki, Kanadada meşə yanğınlarının səbəb olduğu duman ABŞ-də iri şəhərlərdə havanın keyfiyyətinə təsir edib.
Həmçinin, üçüncü yerdə Kanadanın Toronto şəhəri gəlir.
















