Aydın CAN
Və yaxud Sürücülük mədəniyyəti ilə idarəetmə qabiliyyətinin tərs mütənasibliyi haqqında
Sərasər 40 ildir jurnalistlik edirəm – yazmadığım sahə təkcə iqtisadiyyatdır. Ancaq mən hələ də bəzi şeylərdə tərəddüd edirəm! Ki… görəsən, azərbaycanlı bunu niyə özünə yaraşdırır, mən niyə belə olaylardan yazmalıyam? Axı Yaradan mənə xalqımı, dövlətimi vəsf etmək üçün sonsuz mədh mənbəyi bəxş edib!?
Mən Azərbaycanın hansı bölgəsinə getmişəmsə, birinci o yerin qəbristanlığına və bazarına baş vurmuşam!
Çünki çox erkən yaşlarımda müdriklərdən oxuduğum var: bir məmləkətin çəki-düzənini, ədəb-əxlaqını bilmək istəyirsənsə hansı səviyyədədir, o yerin qəbristanlığına və bazarına baş çək!
Mən Azərbaycanda
Restorana,
Xəstəxanaya,
İstirahət mərkəzinə,
Ticarət obyektlərinə,
Ali təhsil ocaqlarına,
Mədəniyyət mərkəzlərinə,
İdman meydanlarına
Hökümət idarələrinə
Baş vurmuş adamam!
Razı qaldığım bir yer olmadı!
Bazar və qəbristanlıq ən axırıncı ümid yerim idi!
Təkcə Tovuz və Mingəçevir qəbristanlıqlarında az-çox xoş təəssürat olub məndə!
Bazar hər yerdə eynidir!
Bütün oxuduqlarımın, gördüklərimin üstündə təcrübə mənə həm də “uzaq sahilləri” də tanıtdı!
Mən türmədən çıxanda ilk qənaətim buydu: Azərbaycan xalqını bütövlükdə və bir-bir türmədən keçirmək lazımdır!
Hətta o vaxtı Kürdəxanı təzə tikilmişdi, nəsə də bir beynəlxalq tədbir vardı, dustaqlar deyirdi ki, Kürdəxanı ilə hamını tanış edəcəklər. Onsuz da gülləyə uça-uça, ölümə qaça-qaça can atan adamam, deyirdim ki, nə yaxşı olar!!!
Fəqət, Müzəffər ABK, cənab Prezident çox alicənab və humanist adamdır, hər il bir xeylisini əfv edir, amnistiya imzalayır, polisə, prokurorluğa humanist davranmağı tapşırır, ona görə də hələ də türməyə tutulmalı adamların çoxu gedib çıxmayıb!
Əslində, mən sonradan başa düşdüm ki, bu xalq üçün azadlıqdan məhrum etmə belə “fiqnya kakoy-to”.
Yeganə yol bu xalq üçün, daha doğrusu, sanballı bir kəsim üçün… ÖLÜMdür!
Adam yaşamaq istəmir də! … dirəyib və dirənib ki… ya ölməliyəm, ya öldürməliyəm!
Düzdür, türmədən sonra bir xeyli sakitləşdim, fikrimdə qalsam da, ancaq ki, ölkəboyu maşın sürəndən sonra qəti qərara gəldim: öz xalqını tanımaq istəyirsənsə, birinci türməyə get, sonra da ölkənin yollarında maşın sür!
Əgər ADBAAD bilmək istəyirsənsə bu ölkədə nə qədər ana-bacı qədri bilməyən, oğul-qız düşünməyən, özünübilməz-vurdumduymaz oğraş, qurumsaq, dəyyus var, çıx magistral yola, tamaşa elə! Axşamüstü çıx şəhərə, tamaşa elə!
Get otur kənddə, mərkəzi yola çıxan küçələrin qovşağında otur, bax, hövllən!
Ötən ayın axırında Bakıdan rayona gəlirəm. İrəlidə radar var! Adam 170 km/saatla sıxır məni, təhdid edir, provokasiyaya çəkir, zorla məcbur edir provokativ manevrlərə, güzgüdən baxıram ki, yanında başıbağlı bir qadın var, anında fikirləşdim ki, hər necəsə bunu dayandırıb, anasının yanında əməlli-başlı yağlayacam! Radara görə çox ustalıqla sürəti öldürür, mənsə elə o sürətlə də keçirəm və yolun ortasında köndələninə saxlayıram. İşarə edirəm, saxla, danışaq. Saxlayır, ətrafdakılar da yaxınlaşır. Baxıram, cavan oğlandır, yanındakı da anası yox, xanımıdır. Bütün hirsimi, nifrətimi, verəcəyim və verdirə biləcəyim cəzanı uduram, yaxınlaşıb xanımının eşidəcəyi səslə “əhsən! Sən as sürücüsən”, – deyirəm və çəkirəm qırağa. Ətrafdakılar da eşidir: xanımın yanında olduğu üçün sənə heç nə demirəm, heç nə də etmirəm, amma yadında saxla, ən yumşaq sözüm budur: sənə “prava” verən oğlan sənin ananı s…evsin, sənin ağzını s…evsin, qəhbə oğlu qəhbə! Və… ətrafdakılar da (çoxu da tanışdır, hətta ən yaxın dostlardır) gülə-gülə, xanımında təşviş yaratmadan, yaxınlaşır, özü eşidəcək tembrdə “ay oğraş, elə maşın sürərlər, hələ bir arvadın da yanında? Yüngül bir toxunuşla maşının uçar badımcanlığa, başını bağlayan xanımının bütün altı-üstü, fiziki və cinsəl amanatlarının hamısı qalar çöldə, heç olmasa, arvadını fikirləş də, qurumsaq!”
Mən qadınının yanında kiməsə söz deməyi ayıb bilirəm, amma anasının yanında etdiyi hərəkətə görə birbaşa üzünə söyməyi əldən buraxmıram. Qadın yad qızıdır, bəlkə də çox hörmətli bir kişinin övladıdır, yaxşı bir oğlanın bacısıdır, bu dümbələyə görə niyə haqq etmədiyini ünvanına deyəsən ki? Ən yaxşı hədəf anasıdır belə binamusun!
Zalım balası, Tanrı sənə fürsət verib, maşın sahibi olmaqla şərəfləndirib, MERO rəisi hörmət edib, səni sürücülük vəsiqəsinə layiq bilib, it oğlu, sən özünü idarə etməyi öyrən, sonra gəl maşını idarə etməyə giriş də!
Azərbaycan Respublikasında magistral yolları çəkən idarənin rəhbəri deyir ki, bu yollarda 110 km-dən artıq sürətlə sürmək olmaz!
Heyvan oğlu heyvan, görürsən ki, maşının texniki göstəricilərində yazılıb ki, bu maşın 100 km-ə 6,5 litr benzin yandırır 92 oktanlı, amma səndə 100 km-ə 9 litr yanacaq gedir. Deməli, nə yol 110-dan artıq sürüləsi yoldur, nə də benzin o benzin deyil ki, bu maşını o sürətlə sürəsən, bəs onda hara tələsirsən? Dədənin kəlləsini basdırıblar getdiyin yerdə? Azərbaycan nə boyda ölkədir ki, sən 110-dan artıq sürətlə sürürsən? Bu başında səndən bir az bərk yel çıxsa, o başında zəlzələ olasıdır e! Cəmi 550 km şərqdən qərbədir, 450 km də şimaldan cənuba!
Nə hay düşüb?
Televizora baxmır, radioya qulaq asmır, səhər sürür, axşam sürür, ora sürür, bura sürür, hər gün də kor gözüylə görür ki, ondan qabaqda sürətlə gedən maşın aşdı, toqquşdu, girdi “kamaz”ın dalına, çırpıldı ötmə əməliyyatı zamanı keçmək istədiyi maşına. Hər gün qəzada ölən kiminsə ehsanını yeməyə gedir, ya da xəstəxanaya yardım aparır, ancaq yenə də sürür – idarə edə bilmədiyi sürətlə.
Atam-qardaşım, bu maşın idarəetmə sistemi olan bir mexanizmdir – sən ekstremal situasiyalarda sınaq yürüşündə olmamısan, təlim-məşq toplanışlarında iştirak etməmisən, buzlu yollarda, dağ-dərə massivində, palçıq yollarda, dikdirdə, enişdə, sıldırımlarda təcrübə keçməmisən, sənin dədəbədədənin goruna şırıllatsınlar, sənə sürücülük vəsiqəsini veriblər ki, yüngül maşınları orta sürətlə düz və hamar yollarda sürəsən, sən neynirsən?
Guya avtoşluq edir! Tuturlar, basırlar içəri: anasına zəng edir, bacısının başına qışqırır türmə telefonundan, mənə onu göndər, bunu göndər, o çatmır, bu çatmır, “nadzor”un kartına pul vur!
Ayə, adam balası, nolardı bunu adam kimi sürərdin, kimisə də həyatdan məhrum etməzdin, qırılmışlarını da zülmə salmazdın? Yox, kişinin oğlu “blatnoy”dur, “avtoş”dur, içib maşın sürməyi ilə fəxr edir, 12 saat dayanmadan, gündə üç dəfə Bakı-Lənkəran reys edir, zirəkdir! Ay yalansa sənin əbabü-əcdadının goruna it bağlasınlar!
Bir şey olan kimi də deyirlər, “prava”nı pulla satırlar!
Deyən də yoxdur ki, ay oğraş, sən haçan getdin suallara doğru cavab yazdın, kimsə sənə sürücülük vəsiqəsi vermədi?
Atam Canıyev Məmməd Hacıəli oğlu 68 yaşında imtahan verib sürücülük vəsiqəsi alıb!
Qardaşım 40 yaşında imtahan verib sürücülük vəsiqəsi alıb!
Mən 45 yaşımda almışam – kiməsə bir qəpik vermişəmsə, ya da jurnalistliyimdən istifadə etmişəmsə, qəbrimin üstündə it ulasın!
Tanıdığım neçə xanım pulsuz, oxuyaraq, imtahan verərək vəsiqə alıb!
Amma bu o demək deyil ki, pulla alan yoxdur – mən tərəfdarıyam, sürücülük vəsiqəsi pulla olsun!
O ki deyirlər e 1000, ya 1200, 1500 manatdır, azdır!
İmtahan verə bilməyənə aldığı maşının qiymətinə sürücülük vəsiqəsi rəsmən satılsın! Üstəlik də vəsiqə veriləndə qaynıyla qardaşı (qaynı və qardaşı yoxdursa, xalası oğlu, bibisi oğlu, axır ki qırılmışlarından biri zamin dursun da) da gəlsin iltizam versin ki, biz bu dümbələyə zamin dururuq ki, maşın sürəndə bizim bacımızı və anamızı söydürməyəcək!
Hələ mən təklif edirəm ki, radarlardan əlavə radarlararası məsafədə səyyar dyp-lər var-gəl etsin.
Yol hərəkəti qaydalarına əlavələr olunsun: ağır nəticələrə səbəb olduqda, DİN-in saytında sürücünün ad-soyadı bəyan edilməklə xüsusi qeyd olunsun. Məsələn: “Lənkəran MERO”-sunun kollektivi filan-filan maddələrlə pozuntuya yol verən “Aydın Canın anasını” salamlayır!
Bax, durub deyirsiniz Aydın Can tərbiyəsizlik edir, söyüş söyür, onda bəs buna nə deyirsiniz: DİN təmsilçisi polkovnik Elşad Hacıyev hər gün baş vermiş cinayətlərin və qəzaların statistikasını paylaşır, ağır qəzaların özətini açıqlayır və mədəni şəkildə, ədəbi dildə, fəlsəfi yüklə maarifləndirmə işi aparır, hanı, əməl edirsiniz?
Yeganə yol: analarını rəsmi səhifədən nümayişkaranə söyməkdir! Kim istəmirsə anasını Azərbaycan tanısın, mövcud cərimə məğləğinin 100 mislini ödəsin, saytda verilsə də, ictimaiyyətə açıq olmasın!
Başqa yol saxlamırlar axı!
Baxırsan, adam ali təhsillidir, həkimdir, müəllimdir, jurnalistdir, narkoman deyil, residivist deyil, amma oğraş sərxoş vəziyyətdə maşın sürür, bir-iki dostu-tanışı var orda-burda, necə gəldi sürür, qəza vəziyyəti yaradır, sürət həddini gözləmir!
Təzə qaydalar lazımdır: bütün maşınlarda registrator məcburi olsun… “apteçka”, “yanğınsöndürən” balon kimi. Gördün qəza vəziyyəti yaradır, sürət həddini aşır, registratordan kopyala, birbaşa 102 xəttinə hellə getsin! Qoy yaxalasınlar DYP əməkdaşları… anasını s..evdiyimi!
Camaat neyləsin, maşın sürməsin, evdən çölə arvad-uşaq buraxmasın? Bütün dünyada maşın rahatlıqdır, mənzil başına aparır, tədbirlərə vaxtında çatdırır, pikniklər, gəzintilər, səyahətlər üçün əlverişli vasitədir, təkcə Azərbaycanda xəstəxanalıq edir, qəbrə aparır, türmə yollarına salır!
Ayə, bu maşındır e, maşın, ay dağda eşşək, dərədə at minən dümbələk, imkan ver, qoy yaşayaq da!
Axı niyə məcbur edirsən ki, hər dəfə sənin ananı sənə “prava” verən MERO rəisinin altına göndərək? Anana müştəri axtarırsan? Vallah, heç kim sənin tumanıişəməkli ananın hayında, həvəsində deyil. İmkan ver, yolumuzu gedək, mənzil başına çataq!
Qəbristanlığa əzizlərin getsin sənin, adam kimi sür də!
SON SÖZ ƏVƏZİ: Keçən dəfə dostlardan biri israrla şərh yazıb ki, “prava”nı pulla satırlar, zəng edib deyirəm ki, əziz dostum, piyadaya bəs nəyi və neçəyə satırlar, adam keçid olmayan yerdən keçir və maşın da vurur gorbagor edir!
Bizə əvvəl piyada yol getməyi öyrənmək lazımdır, sonra maşın sürməyə keçmək olar. Çünki biz özümüzü idarə edə bilməyənlərik – maşın isə çevik idarəetmə vasitəsidir! Əks təqdirdə, bütün yollar qəbristanlıqda bizi görüşdürəcək. Orda da hamı deyəcək: sənin gorunu …, xalxın uşağını da bədbəxt elədin, bizə də bura marşrut xətti açdırdın!
YAZIYA SÖZARDI: Həmişə yolda DYP əməkdaşları görəndə özüm yaxınlaşıb təşəkkür edirəm: Dövlətimiz və Tanrımız sizi bu yollardan əskik eləməsin. Siz olmasanız, bu adamlar “maşın-maşına” seksi yaparlar!
Ayə, adam olun!
Türmədə Qusar rayonunun Gədə Zeyxur kəndindən bir kamera yoldaşım vardı: Murad. “Kamaz” sürücüsü. Gəndob yolunda “07” əks tərəfdən gəlib girmişdi altına. Hakimi Sumqayıt məhkəməsində Zeyqəm müəllim olmuşdu, deyəsən. Deyirdim ki, ay Murad, can ğərdeş, hakimə deyə bilmirdin ki, 25 tonluq maşını neyləyəydim, havaya qaldıraydım? Hətta mən deyəndən sonra da deməmişdi. Guya ki, söz vermişdilər 7 il yox, 5 il verəcəklər. Ona görə hökm oxumuşdular ki… adam ölüb. Bağırırdım ki, ay Murad, deyə bilmirdin iki oğlumun iki cüt xayasına ki… ölüb? Adam gəlib sənin yolunda sənin altına girib, arvadı, anası, uşağı ölüb, gorbagor olub, sənin nə günahın?
Bax, buna görə deyirəm: hələ ölüm-itim olmamış, kobud qayda pozuntusu olanlar haqqında DİN-in səhifəsində yazılsın: “Lənkəran MERO-su Aydın Canın anasını salamlayır!”
Yoxsa bu danabaşlar adam olası deyil. Elələrinin anasını gərək bütün Azərbaycan tanısın!
Çünki o analar o cür oğul-qız doğmaqdansa, ostursaydılar, daha faydalı olardı vətənə. Doğublar, xalqı salıblar zibilə – millət qalıb xəstəxana, mollaxana, qəbirxana marşrutunda girinc!
p.s. Brejnev öləndə Andropov deyir ki, Yura, nə fikirləşirsən, necə olacaq, Andropov deyir ki, narahat olma, mənim dalımca gələcəklər, Leonid İliç “birdən gəlmədilər”, deyir. Onda da Y.V.Andropov deyir ki, Leonid İliç, dedim axı, narahat olma, onda da sənin dalınca gələcəklər. Baxın, mən dedim neyləmək lazımdır, ya mənim dediyimin, ya da Elşad Hacıyevin dediyinin dalınca gedin, getmirsiniz, onda özünüz bilərsiniz, həftə səkkiz-mən doqquz, hörmətli polkovnik Elşad Hacıyev indiyə qədər gedənlərin dalınca gedənlərinizin statistikasını paylaşacaq!
Can sizin, cəhənnəm Tanrının!
















