Dünya oyunu – Damət SALMANOĞLUnun yeni şeiri

Dünya oyunu – Damət SALMANOĞLUnun yeni şeiri

Şahmat…

Bu, sadəcə bir oyun deyil,
dünyanın taleyini xatırladan
səssiz bir mübarizədir.
Bu taxtada
şahlar oynayıb, krallar oynayıb,
imperiyalar qurulub,
imperiyalar dağılb.
Kimi qalib çıxıb,
kimi uduzub səltənətini.
Kimi bir piyadanı itirib,
kimi isə bütün dövlətini.
Amma heç kim
uduzduğunu etiraf etmək istəməyib.
Vəzirini tirəndə belə
ümid edib son bir gedişə.
Eləsi olub
cəmi üç gedişə mat olub.
Öz təkəbbürünə uyub,
öz nəfsinə qul olub.
Elə bu günkü
İran rejimi kimi…
Uduzur…
amma qəbul etmir.
Şahı gedib,
vəzirini itirib,
xalqının etibarını itirib,
amma yenə də təslim olmur.
Əl atır qonşuya,
od salır bölgəyə,
fitnə toxumu səpir
yaxına da, uzağa da.
Halbuki bilir,sonu yaxınlaşır.
Çünki tarix yazıb:
Qəddarlığın sonu qaranlıqdır,
insansızlığın sonu uçurumdur.
Yetimin haqqını yeməyin,
bir millətin dilini boğmağın,
bir xalqın haqqını tapdalamağın
cəzası gec də olsa gəlir.
Şahmatın qanunu dəyişmir:
zülm nə qədər qaçsa da,
ədalət gec-tez
son gedişini edir.
Və o zaman
taxtada yalnız bir söz qalır
MAT.

Damət Salmanoğlu
07.03.202

Share: