Bəzi peşələr var ki, onun məsuliyyəti , xatirələri, yaşantıların yaddaşda buraxdığı izlər insanı bir ömür tərk etmir. Mama-ginekoloq peşəsi də məhz belə taleli peşələrdəndir. Onların iş vaxtı saatla, günlə, həftə ilə ölçülməz.
Gecə çağırışları, təcili zənglər, riskli anlar, sevinclə qarışıq qorxu. Hər körpənin dünyaya gəlişi tibbi hadisə olmaqla yanaşı, bir ailənin taleyinə yazılan yeni səhifədir. O səhifələrin çoxunda mama-həkimin əvəzsizzəhməti, diqqətli baxışı, qətiyyətli əlləri var. Bu gün haqqında sizə söhbət açmaq istədiyimiz mama-ginekoloq Raisə xanım da belə sağlamlıq keşikçilərindəndir. Uzun illər həyatın ən həssas, ən həlledici anlarında –doğum otaqlarında , göz yaşının ümidlə qarışdığı anların ən yaxın şahidi olan bu əlləri qızıl xanımı tanıtdırmağa xüsusi ehtiyac yoxdur. Lənkəran və ətraf rayonlarda yaşayan bir çox ailəyə bu ad yaxından tanışdır, hətta doğmadır deyərdim. Həkim kimi peşəkarlığı ilə yanaşı, insan kimi davranışı da Rəisə xanımı fərqləndirən əsas cəhətlərdən olub. Çünki bu sahədə qadına yalnız tibbi müdaxilə deyil, söz, anlayış və etibar da lazımdır. İllərlə minlərlə qadın üçün o, sadəcə həkim yox, arxayınlıq, ümid və güvən mənbəyi olub.Bir vaxt dünyaya gəlməsinə yardımçı olduğu körpələrin böyüyüb indi valideyn olması, ailələrin onu hədsiz təşəkkür və minnətdarlıq hissi ilə xatırlaması göstərir ki, bəzi insanların adı təkcə sənədlərdə deyil ,həm də ömürlərdəyaşayır.Neçə insan həyatında izini qoymuş doktor Raisə Kazımova kimi…
Kazımova Raisə Təyyar qızı 1955-ci ildə Lənkəranda doğulmuşdur..1980-cı ildə tibb universitetinin müalicə-profilaktika fakultəsini mama-ginekoloq ixtisası üzrə bitirib Lənkəran mərkəzi xəstəxanasının doğum şöbəsindəəmək fəaliyyətinə başlamışdır.Birinci Qarabağ müharibəsi dövründə –1992-ci ildən 2003-cü ilə qədər könüllü olaraq hərbi hospitalın cərrahiyyə şöbəsində çalışmış, tibb xidməti mayoru rütbəsi ilə tərxis olunmuşdur. 2003-cü ildə Lənkəranda “Sağlam ailə” mərkəzini yaradaraq ginekoloji xəstəliklərin, sonsuzluqun, riskli hamiləliklərin müalicəsi ilə məşğul olmuş, ailələrin sağlam övlada sahib olmalarına yardım etmişdir.Hal– hazırda Medican hospitalda sevdiyisənətlə məşğuldur. Ailəlidir, iki qız övladı, üç nəvəsi var.
– Salam, Raisə xanım, sizi xoş gördük. Bu görüşdə məqsəd sizi oxucularımıza bir az daha yaxından tanıtmaqdır .Söhbətimizin maraqlı olacağından əminəm.
-Salam, xoş gününüz olsun.Mən də eyni fikirdəyəm və səmimi bir söhbət alınacağına inanıram.
–Elə isə başlayaq.Mama-ginekoloq peşəsini seçməyinizə nə səbəb oldu?
-Müalicə-profilaktika fakultəsini bitirənlərin əksəriyyəti oğlanlar cərrah, qızlar ginekoloq olmağa üstünlük verirdi. Mən də otaq yoldaşımın məsləhəti ilə sənədlərimi təqdim etdim və ginekologiya ixtisas qrupuna qəbul oldum.İnstitutu bitirib iki il Bakıda ən böyük doğum evlərində subordinatura və internaturanı professor,dosent, təcrübəli həkimlərin yanında gecə- gündüz növbələrdə qalaraq müəyyən təcrübə əldə etdim .Bu sənətdə az-çox uğur qazanmağım bəlkə də, irsiyyətlə əlaqəlidir.Anamın babası odövrdə həm İranda, həm də Azərbaycanda məşhur göz həkimi olub. Anamın anası isə Lənkəranda həm türkəçarə həkimi, həm də mamaça kimi fəaliyyət göstərib.50-60-cı illərin insanları onu xoş xatirələrlə yad edirlər. Mənə gəldikdə isə, hələ uşaq vaxtından insanlara kömək etməyi sevirdim. Doğum – həyatın bir möcüzəsidir. Mən də o möcüzəyə şahid olmaq istədim.
–İlk doğuş təcrübənizi xatırlayırsınızmı? Sizin üçün necə keçmişdi?
– Əlbəttə. Həyəcanımı gizlədə bilmirdim. Bir tərəfdən məsuliyyət, bir tərəfdən qorxu… Amma körpənin ilk səsini eşidəndə gözlərim yaşardı. Həmin an anladım ki, düz yoldayam. İlk gecə növbəm isə çox ağır hadisə ilə yadımda qalıb.Birinci gecə növbəsində çox çətin vəziyyətdə hamiləqadın daxil oldu.İki gün əvvəl dölyanı maye gedib, yüksək tempuraturu olub. Ana bətnində dölün ürək vurğusu güclə eşidilirdi.Əməliyyat üçün çox gec idi, döl ağır asfiksiya ilə doğuldu,demək olar ki, həyat əlamətləri yox idi.Amma ölmədi. Bir ildən sonra o ana ilə rastlaşdım , körpə də qucağında .Uşaq anadangəlmə beyin iflici idi. O ananı və xəstə uşağı cür heç unuda bilmirəm.
-Uzun illər ərzində öz sahənizdə hansı dəyişikliklərə şahid olmusuz?
-İndi bütün dünyada, o cümlədən Azərbaycanda da tibb elmi sürətlə inkişaf edir. Böyük, əsaslı dəyişikliklər baş verir.USM,Doppler, NST, MRT,Amniosintez, analizlər, onkomarkerlər, tarama testləri, genetik analizlər, müasir müalicə protokolları və s. tibbin yeni nailiyyətlərindəndir .Ana bətnində döldə olan bir çox qüsurları, patologiyaları vaxtında aşkar etmək və müalicə etmək asanlaşıb. İndi hər şey daha rahatdır – ultrasəs, analizlər, dərmanlar. Əvvəllər çox şey təcrübə və intuisiya ilə idi. Amma bir şeyi deyim: hansı dövr olursa-olsun, əsas həkimin ürəyi, diqqəti və insana sevgisidir. Texnologiya köməkçidir, amma həkim vicdanı əvəzolunmazdır
–Həkimlikdə ən böyük uğurunuz və ya qürur duyduğunuz an hansıdır?
-Mamalıq -ginekologiya sənəti çox ağır, çox şərəfli və eyni zamanda çox məsuliyyətli sənətdir.Ananın və körpənin sağlamlığına bilavasitə cavabdehsən. Bir dəqiqə içində ananın da, dölün də vəziyyəti dəyişə bilər. Nə qədər çətinliklərlə qarşılaşsaq da, sevincli, qürürverici anlarımızdaha çox olur.İllərlə övlad arzusunda olana ailəyə hamiləlikxəbərini verərkən onların sevincini, dualarını, alqışlarını görmək başqa bir hissdir. Ən uğurlu hesab etdiyim 19 il övlad gözləyən, dəfələrlə Bakıda, hətta Rusiyada sünimayalanma etdirən xanımın bizim müalicəmizlə ana olmasıhadisəsidir. Hər bir çətin doğuşdan sonra ananı və körpəni sağlam görəndə bu sevinci biz həkimlər də həmin ailələrlə birlikdə yaşayırıq. Onların duaları, sevincləri bizi də xoşbəxt edir.İlkin mərhələdə xərçəngi aşkar edib, müalicə ilə xəstəyə yaşamaq şansı vermək də həkim kimi uğurlarımız siyahısına yazıla bilər..
-Bir az da çətin və yaddaqalan doğum hadisələrindən danışaq…
-Həkimlik fəaliyyətim dövründə çətin doğuşlar çoxolub,ancaq gördüyün iş uğurlu olanda onun sevinciniyaşamaq bir başqa duyğudur.Özünü döyüşdən qalib çıxan sərkərdə kimi hiss edirsən.Uzun müddət ana ola bilməyən bir qadın müalicəmizlə hamilə qaldı. Bir gün gecə yarısı mənə zəng edib bildirdilər ki, qadının vəziyyəti pisləşib. Müayinə zamanı məlum oldu ki, cift vaxtından əvvəl qopub,uşaqlığın daxili qanla doludur, döl ana bətnində tələf olub,doğuş fəaliyyəti yoxdur. Təcili əməliyyat edib dölü xaricetdik, qan uşaqlıq əzələlərinə hopmuşdu. Belə haldauşaqlığın xaric edilməsi məsləhət görülür, bu da qadının anaolmaqdan məhrum olması deməkdir. Mən qadının gəncolmasını və bir daha ana ola bilməyəcəyini düşünərəkuşaqlığı saxlamağı qərara aldım.Bu, çox riskli bir qərar idi .Əməliyyat bitsə də qanaxma davam edirdi, qadına çox qanköçürüldü. Həm ananı xilas etdik, həm də uşaqlığı saxladıq. Yadımdadır, o gün həyəcandan, stressdǝn, sevincdən yerə çöküb hönkürtü ilə ağladım.Çünki mən çox böyük bir riskə imza atmışdım və bu işin məsuliyyəti bilavasitə mənim boynumda idi.Sonra o qadın hamilə qaldı və ana oldu.Həyatımızda sevincli hadisələr çox olsa da, bəzən köməkedə bilmədiyimiz xəstələr də olur.Bu da biz həkimləri çox məyus edir. Ona görə də qadınlarımıza ildə bir dəfə də olsa bütün müayinələrdən keçmək məsləhət görülür.Hamiləliyiplanlaşdıran xanımlar isə hamilə qalmamışdan əvvəl və hamiləlik dövründə, ən azı ayda bir dəfə həkim nəzarətində olmalıdır.
–Ana olmaq istəyən qadınlara ən çox hansı tövsiyələri verirsiz?
-Müasir dövrdə ana olmaq çox böyük məsuliyyət tələbedir.İndi həkim nəzarəti olmadan hamiləliyi başa çatdırmaqolmur. Doğulmuş uşağı da taleyin ümüdünə buraxıbböyütmək olmaz. Hər bir qadın həm fiziki, həm mənəvi,həmdə maddi cəhətdən ana olmağa hazır olmalıdır.Sağlamlığı yerində olan, sağlam düşüncəyə malik analar uğurlu övladyetişdirə bilirlər. Düzdür, bəzən istisnalar daolur.Qadınlarımızın ölkənin ictimai- siyasi həyatında fəaliştirak etməsinə baxmayaraq, təəssüf ki, bəzən gəncqadınların tibbi məlumatsızlığı ilə rastlaşırıq.Buna görə dətövsiyə xarakterli kiçik bir kitab yazmaq qərarınagəldim.”Sağlamlığa və uğura gedən yol və qadının tibbikitabçası “ adlı bu kitab həm sosial, həm də tibbimaarifləndirmə mövzusunda yazılmış bir metodiki vəsaitdir. Təmənnasız olaraq yaydığımız bu kitabda xanımlar həmhamiləlik dövrünün idarə olunması, həm də bir çoxxəstəliklərin profilaktikası ilə tanış ola bilirlər.
–Bir mama-ginekoloq olaraq pasiyentlərlə münasibətlərdə hansı keyfiyyətləri vacib sayırsınız?
-Hər bir sənətdə, xüsüsən həkimlikdə uğur qazanmaq İstəyirsənsə, savadını, bacarığını və ən ən əsas da ürəyiniqoymalısan.Xəstə ümüdlə sənin qəbuluna gəlir. Sənindanışığına, üzünün, gözünün ifadəsinə qədər hər şeyə diqqətyetirir.Sən ona doğman kimi yaxınlaşanda o sənə inanır, müalicə də gözəl effekt verir.İnsanların dərdinə həssaslıqlayanaşmaq, savadına, biliyinə, təcrübənə güvənərək əlindəngələni etmək, əgər sənin həll edəcəyin məsələ deyilsə, düzgün istiqamətləndirmək lazımdır. Biganə qalmaq, başından etmək həkim etikasına uyğun deyil.
–Ənənəvi doğuş metodları ilə müasir yanaşmalar arasında hansı fərqləri görürsünüz?
-Ənənəvi doğuş deyəndə, təbii, normal doğuşu nəzərdə tuturuq. Əgər ananın sağlamlığı, çanağın ölçüləri, çəkisinormaldırsa, təbii doğuş ən düzgün seçimdir. Qeysəriyyə əməliyyatına isə həm ana, həm də döl tərəfindən göstəriş olmalıdır.Təəssüf ki, indi gənc xanımların böyük əksəriyyəti əməliiyata üstünlük verirlər.
-Uzun illər bu sahədə çalışmısınız. Sizcə bu peşə sizə hansı həyat dərslərini öyrədib?
-Səbr və mərhəmət. Mən dəfələrlə şahid oldum ki, həyat hər an qırıla bilər.Ona görə də qəlb qırmayaq, bir-birimizə qarşı səbrli və mərhəmətli olaq, anlayışla davranaq.Bunun üçün hər kəs özündə empatiya hissini yaratmalı və inkişaf etdirməlidir. Ani qərarlar verməyək , harda oluruqsa olaq, əsas olan məsuliyyət və təmkindir.Bir də ki sevgi…Bu peşə mənə öyrətdi ki, sevgi ilə edilən işdə möcüzələr olur…
–Təkrar seçim şansınız olsaydı, yenə mama-ginekoloq olardınızmı?
-Mənim bütün ömrüm doğum zalında keçib, minlərlə körpənin ilk nəfəsini eşitmişəm. Başqa heç bir iş bu qədər xoşbəxtlik bəxş etməzdi. Təkrar seçim imkanım olsaydı, yenə ginekoloq olardım- hər nə qədər əziyyətli, məsuliyyətli,stressli sənət olsa da…Çox olub ki, təpədən- dırnağa qədər qan-tər içində olanda, ana-bala ilə seçim arasında qalanda dəfələrlə ,,bu nə sənətdir seçmişəm?” deyə özümü danlamışam.Bütün çətinliklər arxada qalanda osevinci hiss etmək, insanların dualarını, təşəkkürünü eşitmək o əziyyətləri bir anda unutdurur.Bu, çox gözəl birduyğudur.Bu yaşımda hər yerdə insanların sevgisini, hörmətini hiss edəndə, dua-sənalarını eşidəndə düşünürəm : ,,Mən çox şanslıyam ki, belə bir sənətim var.”
–Gənc həkimlərə, xüsusilə də mama-ginekoloqlara nə tövsiyə edərdiniz?
-Pasiyentinizi yalnız xəstə kimi yox, insan kimi görün. Onun qorxusunu, həyəcanını, emosiyalarını anlayın. Tibbi bilik vacibdir, amma ürəkdən yanaşma daha vacibdir. Yalnız belə həkimlər xalqın yaddaşında qalır.
–Bildiyim qədərilə övladlarınız da sənətinizi davam etdirir…
-Bəli…İki qızım var, onlar da mənim sənətimi seçdilər. Biz övladlarımızı savadlı və özünə güvən ruhunda tərbiyə etməyi bacardıq.Qızlarımın hər ikisi hələ orta məktəbdə oxuyarkən, biri 17 , digəri isə 15 yaşında mübadilə proqramı ilə ABŞ-da bir illik təhsil aldılar. Peşə seçiminə gələndə isə mənim bu yoldakı əziyyətlərimi görsələr də, ikisi də mama-ginekoloq sənətini seçdilər.Böyük qızımAlmaniyada məşhur bir xəstəxananın ginekologiya şöbəsində , kiçik qızım isə Bakıda Prime hospitalda həkimginekoloq kimi çalışır. Həyat yoldaşım və mən bu günhəyatda olduğumuza görə övladlarımıza borcluyuq.14 il öncə Almanyada qızımın çalışdığı xəstəxanada tibbimüayinələrdən keçərkən məndə süd vəzi xərçəngi aşkar edildi. Elə ordaca təcili əməliyyat olundum. Erkən təhşis və düzgün müalicə metodu xəstəliyin qarşısını aldı .Bundan bir il sonra həyat yoldaşımın səhhətində narahatlıqlar yaranmağa başladı..O zaman ikinci qızım ailəsi ilə birgə Türkiyədə yaşayıb işləyirdi.Gülhanə Hərbi tibbakademiyasında qulaq-burun-boğaz cərrahı kimi çalışan ikinci kürəkənim Elnur təklif etdi ki, ora gələk.Getdik, müayinələrdən sonra yoldaşımda qırtlağın xərçəngi diaqnozu aşkar olundu. Və uğurlu bir əməlliyyatla bu problemə son qoyuldu.. Deməli, həyata gətirdiyimizbalalarımız , inkişaflarına, təhsillərinə sərf etdiyimizzəhmətin sayəsində bizə ikinci həyat bəxş etdilər. Üç nəvəm var.Onlardan da biri həkim olmaq arsuzundadır.
–Raisə xanım, sizin hərbçi həkim kimi də maraqlı bir həyat tarıxçəniz var deyilir…
-Mənim həyatımın on iki ili hərbi hospitaldaki fəaliyyətimlə bağlıdır.Çoxları mənə sual verir :,, mama- ginekoloq ixtisası və hərbi hospital- bu necə olur?” 1992-ciildə torpaqlarımız erməni və rus ordusu tərəfindən surətlə işğal olunurdu. Orduda bir xaos,hərc-mərclik hökm sürürdü.Silah, əsgər, zabit çatışmamazlıqı vardı.Bir çoxxarici quvvələrin təsiri altında ölkə daxilində Azərbaycanı parçalamağa çalışan yeni quvvələr meydana gəlmişdi, hakimiyyət uğrunda mübarizə gedirdi. Belə bir dövrdə Lənkəran hərbi hospitalının komandiri, mərhum doktor Şəmsəddin Talışınski mənə müraciət etdi. Dedi ki:,, Hərbihospital yaralılarla doludur, tibb işçisi çatışmır.. Heç birtibbi savadı olmayan insanlara iynə vurmağı , sistem köçürməyi öyrədirik. Həkimə ehtiyacımız var, bizə köməklazımdır. “Mən tərəddüd etmədən doğum şöbəsindəki işimiburaxıb yaralılara xidmət etmək üçün leytenant rütbəsi iləişə qəbul oldum. Orda cərrahiyyə şöbəsində hərbçi ailələrinə xidmət göstərməkdən ötrü ginekoloq ştatı var idi. Həyatyoldaşım da cəbhədə döyüşürdü. O zaman bütün otaqlar, koridorlar, hətta həyətdəki çadırlar belə yaralı ilə dolu idi.1993-cü il avqustun 23-ündə Lənkəranda çevriliş baş verərkən biz də hospitalın bütün heyəti ilə birlikdə ayağaqalxdıq. Bu qanlı toqquşmada həlak olanların içində bizim iş yoldaşımız Sultanağa Bayramov da var idi.
Mən o günləri görən bir nəslin nümayəndəsi kimigənclərə bildirmək istəyirəm ki, bu Vətənin, bu torpağınqǝdrini, qiymətini bilsinlər. Əgər o dövrdə işğala, parçalanmağa məruz qalmış, işıqsız, qazsız, çörəksiz, bütün iqtisadiyyatı dağılmış Azərbaycana Heydər Əliyevkimi bir dahi sahib çıxmasaydı, yəqin ki, Azərbaycan adlı bir ölkə olmayacaqdı. Müasir dövrdə ulu öndərinAzərbaycan xalqına bəxş etdiyi İlham Əliyev kimi ağıllı, cəsarətli, əzmkar, uğurlu siyasətçi və uzaqgörən liderlə qürur duyuruq.Torpaqlarımızın işğaldan azad olunması, qürurumuzun, şərəfimizin bizə qayıtması Azərbaycanıngüclü ordusunun qəhrəmanlığı və Ali baş komandanın uzaqgörən siyasəti hesabına baş verdi.Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan bu gün öz şərəflitarixini,qəhrəmanlıq səlnaməsini yazır, biz də bununcanlı şahidləriyik.
-Müasir gənclərə demək istədikləriniz də çox maraqlı olardı…
-Gənclərə tövsiyəm budur ki, yüksək səviyyədə təhsil alsınlar, sənət öyrənsinlər. Ya savadları, ya da öyrəndiklərisənətlə özlərinə güvənsinlər, ayaq üstə durmağı bacarsınlar, kimsəyə möhtac olmasınlar. Özlərinə, ailələrinə və Vətənə xeyirli biri kimi yetişsinlər . Sağlam və xoşbəxtolsunlar.Hamımız sağlam, sivil və mədəni cəmiyyətdə yaşamaq istəyirik. Bu cəmiyyətin də yaradıcıları bizim övladlarımız və nəvələrimizdir. .Gənclərdə görmək istədiyim: ağıl, mərhəmət, insaf, səmimiyyət. Görmək istəmədiyim: kin, nifrət, paxıllıq, tənbəllik.
-Bir qədər də RAEV haqqında danışaq…Lənkəranlı xanımların bir araya gəlməsi üçün maraqlı bir məkan yaratmısız.Bu zərurət hardan , nədən qaynaqlandı?
– RAEV mənim uzun illər əvvəlki xəyallarımın nəticəsidir. Mən Almanyada müalicədə olduğum dövrdə ordaki qadınların həyat tərzi ilə tanış olarkən çox maraqlı nyüanslarla rastlaşdım. Qərara aldım ki, qismət olsa doğma Lənkəranda xanımlar üçün sağlamlıq, istirahət, inkişafmərkəzi yaratmağa çalışacağam.RAEV məhz həmin o ideyanın təzahürüdür.Şükürlər olsun, bu arzumu həyatakeçirə bildim. Dünyaya övlad gətirən də, onu həm ailədə, həm bağçada, həm də məktəbdə tərbiyə edən də xanımlardır. Düşündüm ki, bizim zəhmətkeş, ləyaqətli xanımlar üçün sağlamlıq, inkişaf, istirahət və əyləncənin bir arada olduğu bir mərkəz yaradaq. Xanımlar asudə vaxtlarını burada keçirib, həm sağlamlıqlarının qayğısına qalsınlıar, həm də zövqlərini və dünyagörüşlərini inkişaf etdirsinlər.RAEV-də sağlam düşüncəyə malik analar yetişdirǝk ki, onlar da sağlam, güclü nəsil yetişdirsinlər.
-Yaxınlarda yubiley yaşınızı qeyd etdiniz.Yaşın bu zirvəsindən dönüb gəldiyiniz yola baxanda nələrə təəsüflənir, nələrlə qürur duyursunuz?
-Etiraf edirəm ki, bu yaşa çatana qədər ,,kaş ki bunuetməsəydim ” dediyim də çox olub, özümü günahlandırmışam, ancaq düşünürəm ki, nə etmişəmsə, düz etmişəm.Səhv nəticə olubsa da, mən onu xoş niyyətlə,yaxşılıq etməkdən ötrü etmişəm. Nə olubsa olub, nə olacaqsa olacaq. Həyat enişi -yoxuşu ilə, çətinliyi vəsınaqları ilə gözəldir. Hər bir əziyyətin arxasında uğur, hərbir kədərin arxasında sevinc var…Eynən gecə və gündüzkimi…
– Bu sətirləri oxuyacaq insanlara ürəyinizdən gələn nə demək istərdiniz?
-İstərdim ki, insanlar bir-birinə bir az daha mərhəmətlə yanaşsınlar. Həyat bəzən çox incə bir ipdən asılı olur, bunun ən bariz nümunəsini doğum otaqlarında görmüşəm. Ana olmağın, qadın olmağın, insan olmağın yükünü anlayın. Hər kəsin içində görünməyən bir mübarizə var. Bir xoş söz, bir anlayış bəzən dərmandan da güclü olur. Həyatı tələsik yaşamayın — nəfəs alın, şükür edin və insan qalmağı unutmayın.
Gözəl həkim , maarifpərvər , vətənpərvər ziyalı, doktor Raisə xanımla maraqlı bir söhbətin sonuna gəldik. Nə gördüklərini şişirtdi, nə də etdiklərini böyütdü. Çünki ömrünü insan həyatına həsr edənlər adətən özlərini yox, gördükləri işi önə çəkirlər. Qarşımda əyləşən bu təmkinli, mehriban, xoşsima qadın təkcə peşəsindən danışmadı— o, həyatın özünü, ağrı ilə sevincin əl-ələ verdiyi anları xatırlatdı və sanki yenidən yaşadıı. Minlərlə körpənin ilk nəfəsi, minlərlə ananın duası onun yaddaşında bir ömürlük iz qoyub. Belə insanlar illərlə işləyib getmirlər, onlar yaşadıqları ömürlə iz buraxırlar. Bu müsahibə də həmin izlərin sükut içində danışan hekayəsi, məhz belə bir ömrün səssiz etirafı oldu…
XATİRƏ XATUN.
BAKI, NOYABR, 2025























