“DSD” İB-nin sədri: İran özünü idarəetməyi bacarmayan bir ölkəyə çevrilib.

“DSD” İB-nin sədri: İran özünü idarəetməyi bacarmayan bir ölkəyə çevrilib.

İran başını itirib, nə edəcəyini bilmir. Hazırda xaos içindədir…

Martın 5-də İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycana,  Naxçıvan Muxtar Respublikasının ərazisinə dronlarla hücumlar həyata keçirilib. Yaralananlar var. Naxçıvanın hava limanı və təhsil ocaqlarından birində partlayan dron zərbələrindən sonra, baş vermiş terror hadisəsi zamanı ölkəmizə dəyən xeyli maddi ziyan aşkarlanıb.

Yaxın qonşularımızdan sayılan, lakin yürütdüyü siyasətlə, ölkəmizin əzəli düşməni olan Ermənistana verdiyi maddi-mənəvi, siyasi dəstəklə əsl iç üzünü göstərən və müqəddəs İslam dininə ləkə olduğunu sübutlayan İranın bu çirkin əməli ölkəmizdə hiddətlə qarşılanıb.

Prezident İlham Əliyevin təhlükəsizlik şurasəndakı kəskin çıxışı, terror hadisəsi əməli olan bu hücuma münasibəti bəzi acı həqiqətləri də aşkarladı. Əlbəttə İranın bu çirkin əməli kişilikdən uzaq bir hərəkət idi.
Müstəqil.Az hadisə ilə bağlı AYB-nin üzvi, tanınmış şair, Vətəndaş Həmrəyliyi partiyasının siyasi şurasının üzvü, siyasi şərhçi, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyini sədri  Faiq Balabəylinin fikirlərini öyrənib:

Faiq bəy, İran İslam Respublikasının ölkəmizin ərazisinə dronlarla hücum etməsi birmənalı olaraq ölkəmizə hərbi təcavüz sayıla bilərmi?

-Əlbəttə, bu elə belədir ki, var. Bilirsiniz, bu durumda İran başını itirib, nə edəcəyini bilmir. Hazırda xaos içindədir.  Özünü idarəetməyi bacarmayan bir ölkəyə çevrilib. Zaman-zaman etdiyi səhvlər, yürütdüyü çirkin siyasət, demokratiyanı boğması, qətllər, hər kəsə düşmən gözü ilə baxmaq, İslama yad və zidd olanları özünə dost seçmək istəyi bu ölkəni uçruma gətirib çıxarıb.

Azərbaycanda, elə İranda da məşhur olan bir atalar sözü var: Eşşəyə gücü çatmır, palanı döyür. Bu deyim bir başa İrana şamil olunan bir ibrətamiz məsəldir.
Azad, suveren bir dövlətlərin ərazisinə, Türkiyəyə raket, Azərbaycana isə  dronlarla hücum etmək, ağlsızlıqdan başqa bir şey deyil. İran ABŞ, İsrail qarşıdurmasından yaranan müharibəyə qonşuları da cəlb etmək niyyətindədir. Məsəl var, cəhənnəmə gedən özünə yoldaş axtarar.

11,900+ Tehran Stock Photos, Pictures & Royalty-Free Images ...

Vətənimizə etdiyi terrorla bağlı İranın XİN-ri Seyyid Abbas Əraqçınin verdiyi açıqlama da insanda gülünc hissi doğurur. Araşdırma aparacağıq, deyir. Nəyin araşdırmasını aparacaqsınız axı, sual olunur. “Sepah” adlanan əli və vicdanı qanlı bir qurumları var,  deyir ki, dronlarla hücumu biz etmişik və əcəb də etmişik. Əgər hökumətin tərkibində olan bir qurum özbaşına terrora əl atırsa, demək  ölkədə özbaşınalıqdır. Bu ölkənin Ali dini qurumunun rəhbəri və ətraflarındakılar, dövlət məmurları, nazirlər doğurdan da ABŞ və İsrailin hücumundan sonra özlərini və görəvlərinə düşən  işləri idarə edə bilmədilərsə daha nə etsinlər. Bacarıqsıdırlar. Ağızlarından, yedikləri ehsan yeməylərinin iyinə, qoxusuna namərd siyasətlərinin gətirdiyi qoxular da əlavə olundu.

Özü də bu ilk dəfə deyil ki, İran bizə qarşı belə iyrənc, əsl düşmən mövqeyini sərgiləyir. Bir neçə il öncə Tehrandakı səfirliyimizə silahlı basqın, bir nəfərin qətlə yetirilməsi və digər hadisələr. 44 günlük Vətən müharibəsi zamanı molla rejminin Ermənistana verdiyi dəstək, silahlı dəstələrinin Arazın bu tayına keçərək torpaqlarımızın azad olunması üçün etdiyimiz hücumu ləngitmə cəhdləri, müəyyən qədər buna nail olmaları  və sair.

– Faiq bəy, Siz “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədrisiniz. Birliyin əsas işi dənizçilərin sosial həyatı ilə bağlıdır. Məlumdur ki, İİR-nın da gəmiləri bizim, bizim  də gəmilərimiz onların ərazilərinə daxil olur, yükdaşımalar və digər əməliyyatlar həyata keçirilir. Ölkələrimiz arasında iqtisadi tarazlıq, işbirliyi mövcuddur. Məlum hadisə bu işbirliyinə hansısa mənfi təsirini göstərə bilərmi?

-İlk olaraq onu deyim ki, biz İctimai Birlik olaraq vətəndaş cəmiyyəti inistitunun tərkib hissəsiyik. Qeyri Hökumət təşkilatıyıq.  Kommersiyadan və siyasətdən uzağıq. Amma kim olaruq olaq, ölkəmizin adı, şərəfi, toxunulmazlığı bütün vətəndaşlarımız kimi bizə də əsas verir ki, hər hansı bir təhlükə hiss edilərsə, yaşanarsa fikrimizi bildirək, mübarizə aparaq. Ölkələrimiz arasında iqtisadi əlaqələr olub və inanmıram ki, 4-5 başıpozuq mollaya, onların yürütdükləri səhv və ikrahdoğuran siyasətinə görə bu əlaqələr sıfıra endirilsin. Baxmayaraq ki, farslar İran İslam Respublikasının əsas sakinləri olan Azərbaycan türklərinə qarşı bütün dövrlərdə  amansız, rəhmsiz siyasət yürüdüblər. Təzyiqlərə və təhdidlərə baxmayaraq  millətimiz özünün mənəvi dünyasını, mənəvi yaxınlığını qoruyub və bundan sonra da qoruyacaqdır.
Sualınıza gəldikdə isə deməliyəm ki, iranlı dənizçilər, gəminin heyət üzvləri də daima ölkələrinin çirkin siyasətinin əsas hissəsində olublar. Təsadüfi deyil ki, dəfələrlə sərhədçilərimiz və gömrük işçilərimiz İran gəmilərinin ölkəmizə keçirmək istədikləri narkotikanın və digər istifadəsi qadağan olunmuş məhsulların qarşısını alıb, müxtəlif agentura şəbəkələrini ifşa edib.

Hər halda, İran İslam Respublikasının Azərbaycana qarşı yürütdüyü məkrli siyasəti pisləyir və hər kəsi ayıq-sayıq olmağa çağırırıq.

Söhbətləşdi: Tural Səfərli

 

Share: