Müstəqil.Az “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinə istinadən xəbər verir ki, Dövlət Dəniz və Liman Agentliyinin Gəmi heyəti departamentinin direktoru Səid Orucov və Agentliyin mütəxəssisi Əhməd Laametov İngiltərədə işgüzar səfərdədirlər.
İngiltərənin paytaxtı London şəhərində gerçələşən səfərin əsas məqsədi “Stcw” konvensiyasının (DHDNÇ) konvensiyasına dəyişikliklərlə bağlıdır.
Bu haqda DDLA-nin departament direktoru Səid Orucov özünün feysbuk sosial şəbəkəsindəki divarında yazıb:
“HTW Alt Komitəsinin iclasında ölkəmizi Əhmədd Laametov la birlikdə təmsil edirik. Təqdim etdiyimiz 3 təklifin hər biri yüksək qiymətləndirildi. Təkliflərdən biri növbəti sessiyanın gündəliyinə salındı, digər ikisi isə bu sessiyada Working Group çərçivəsində müzakirə olunur və böyük ehtimalla qəbul ediləcək.
Bir neçə ölkənin nümayəndələri təşəbbüslərimizi dəstəkləyərək müsbət rəy bildirdilər. Məqsədimiz dənizçilər üçün çətinlik yaradan məsələləri beynəlxalq səviyyədə gündəmə gətirmək və həllinə töhfə verməkdir”
Səfər zamanı müzakirələrin uğurla davam etdiyini qeyd edən, S.Orucov, daha sonra,
Mən, əsas sessiyada iştirakımı davam etdirirəm, Əhməd isə Working Group-da müzakirələrdə fəal iştirak edir. Ölkəmiz adına bu platformada iştirak etmək qürurvericidir, deyə əlavə edib.
Tural BALABƏYLİ
Müstəqil.Az
Müstəqil.Az



















