Müstəqil.Az “Zərif kölgələrə” istinad edərək bildirir ki, dünən Dövlət Film Fondunda Aysel Fikrətin 50 illik yubileyi qeyd olunob.
Bakı, 10 aprel 2026 — Azərbaycan Dövlət Film Fondunda “Zərif kölgələr” yaradıcılıq klubunun təşəbbüsü ilə şairə Aysel Fikrətin 50 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Tədbirdə tanınmış ziyalılar, şairlər, sənət adamları və ədəbiyyatsevərlər iştirak ediblər. Gecəni aparıcı Zərifə Əlixanova açaraq Aysel Fikrətin həyat və yaradıcılığı haqqında geniş məlumat verib, yubilyarın həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub. Rəsmi açılışı Xalq şairi Sabir Rüstəmxanlı edərək Aysel Fikrətin ədəbi kökləri və yaradıcılıq xüsusiyyətləri barədə fikirlərini bölüşüb.

Tədbir çərçivəsində bir sıra çıxışlar dinlənilib. Orxan Fikrətoğlu, İbrahim İlyaslı, Mahcamal Babayeva, Ayaz Arabaçı, Xalidə Quliyeva, Hicran Sadıqzadə, Sevda Əfsəri,Zemfira Əbdülsəmədova, Rüfət Vahidov, Anar Məmmədov və Aysel Xanlarqızı yubilyarın yaradıcılığına dair çıxış ediblər.
Gecənin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının tələbələri Azər Çələbi, Ramil Abbasov və Nərmin Mirzəyevanın ifasında musiqi nömrələri təqdim olunub.
Eyni zamanda Günel Həmidova, Nata Uğurlu Müşfiqə Baləddinqızı, Bəhiyyə Nağıyeva, İsmayıl Ehtibarlı və Afaq Muradı tərəfindən şeir qiraətləri səsləndirilib.
Tədbirdə həmçinin Kənan Hacı, Əli Rzazadə, Qəhrəman Kamiloğlu, Elməddin Həbiboğlu, Murad Ərturan, Süleyman Abdulla, Azər Qismət, eləcə də Nəzakət Məmmədova, Zemfira Məhərrəmli ,Ülviyyə Əbülfəzqızı,Sevil Ülvi,Güər Nizamiqızı,Zeynəb Cəmaləddinqızı və digər ədəbi ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yubiley gecəsi çərçivəsində Aysel Fikrətin yeni çap olunmuş “50 şeir” kitabının təqdimatı da keçirilib.
Sonda çıxış edən Aysel Fikrət tədbirin yüksək səviyyədə təşkilinə görə “Zərif kölgələr” yaradıcılıq klubunun rəhbəri Aysel Nəsirzadə və Həmidə Yaqubovaya təşəkkürünü bildirib.
Qeyd edək ki, bu ədəbi-bədii gecə “Zərif kölgələr” yaradıcılıq klubunun həm poeziyanın, həm də milli-mədəni dəyərlərin təbliği baxımından yadda qalan mühüm tədbirlərindən biri kimi dəyərləndirildi.
Müstəqil.Az






















