Dövlət Dəniz və Liman Agentliyi dənizçilərə çağırış edir

Dövlət Dəniz və Liman Agentliyi dənizçilərə çağırış edir

Müstəqil.Az   “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinə istinad edərək xəbər verir ki,   Dövlət Dəniz və Liman Agentliyi Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin Rusiyadakı Səfirliyinə daxil olan notaya əsasən dənizçilərə çağırış edir.

Bu haqda DDLA-nin Gəmi heyəti departamentinin direktoru  Səid Orucov özünün Feysbuk sosial şəbəkəsindəki divarında paylaşım edib.

 Bildirilir ki, Notada harmala (üzərlik) bitkisinin narkotik tərkibli bitkilər siyahısına daxil edildiyi və Rusiya ərazisində nəzarətə götürüldüyü qeyd olunub. Həmçinin sözügedən bitkinin qanunsuz dövriyyəsi, saxlanılması və ya qaçaqmalçılığının Rusiya qanunvericiliyinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti daşıdığı da bildirilib.
Dövlət Dəniz və Liman Agentliyi qeyd olunanları nəzərə alaraq dənizçilərə xarici dövlətlərin, xüsusilə Rusiyanın ərazisinə giriş və çıxış zamanı müvafiq ölkələrin qanunvericiliyinə ciddi riayət etməyi, habelə harmala (üzərlik) bitkisi də daxil olmaqla bir sıra ölkələrdə qadağan edilmiş maddələrin siyahısı ilə əvvəlcədən tanış olmağı, həmin maddələrin istifadəsindən, daşınmasından və saxlanılmasından qəti şəkildə çəkinməyi tövsiyə edir.
Tural Balabəyli
Müstəqil.Az redaktoru, “DSD” İB-nin səd müavini,
AYB üzvü, XDND-nin “Azərbaycan” kran gəmisinin matrosu
Share: