Müstəqil.Az bildirir ki, bu sözləri Vətəndaş Həmrəyliyi partiyasının, məclis üzvü, VHP Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Zeynal Fətullayev deyib.
O, Rusiyanın Ukraynaya silahlı təcavüzü, işğalçılıq niyyətini, qəsbkarlığını və buna qərbin necə münasibəti haqda oxucularla fikrini bölüşərkən deyib:
“Dünyanın yeni nizamını qurmaq istəyənlər: Donald Tramp və Vladimir Putin…hər ikisini şəxsiyyətpərəs, eqoist və diktatorluğa meyilli olanlar sırasına daxil etmək olar, sadəcə, rusiyada yaranmış sistem Putinə konstitusiyanı dəyişməyə və diktatorluq etməyə imkan yaradırsa, ABŞ dövlət sistemi və vətəndaş cəmiyyəti Trampa bu imkanı vermir…

Donald Trampın demokrat və qeyri-demokrat dövlət rəhbərlərinə olan münasibətindəki fərqi görməmək mümkün deyil. Tramp “avtokrat-diktator” olanlarla daha yaxın olduğunu gizlətmir, onlara “ağ paxıllıqla” həsəd aparır və onlardan biri olmaq arzusundadır…
Dünya iki yol ayrıcında: yeni imperiyaların yoxsa, yeni dövlətlərin yaranması…80 il əvvəl dünyada 50-ə yaxın dövlət olub, hal-hazırda, dövlətlərin sayı 200-ə yaxındır…
Beynəlxalq qanunların işləmədiyi, İnsani və Dini dəyərlərin itirildiyi və Xeyirlə Şər arasında savaşın getdiyi bir vaxtda bizi nə gözləyir?
Müstəqil.Az
















