“Diqlas” ticarət mərkəzində baş verən yanğın yenidən gücləndi

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yenidən şiddətlənib.

 

Müstəqil.az xəbər verir ki, “Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ticarət mərkəzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları soyutma işləri aparılan zaman partlayış baş verib və yanğın yenidən başlayıb.

 

Yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub.

Share:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir