Elmi araşdırmalar göstərir ki, uşaqlıqda bu tip davranışları olanlar bəzən gələcəkdə çox uğurlu bir şəxs ola bilər. Hətta bu davranışlar düzgün yönləndirildikdə yetkinlikdə iqtisadi və sosial üstünlük yaradır.
Məhz bu məsələ ilə bağlı olduqca maraqlı bir araşdırılma aparılmışdır. Belə ki, British Cohort Study (BCS70) 1970-ci ildə Böyük Britaniyada doğulan uşaqların həyatını izləmək üçün maraqlı bir müşahidəyə başladı. Bu Böyük Britaniyada aparılmış ən əhatəli və uzunmüddətli sosial-elmi tədqiqatlardan biridir.
Tədqiqat 17 000-dən çox uşağı əhatə etmiş və onilliklər boyu müxtəlif mərhələlərdə (uşaqlıq, yeniyetməlik, gənclik və orta yaş dövrü) təkrarlanan ölçmələr aparılmışdır.
Uşaqlar aqressiv davranış, diqqət və sosial bacarıqlar, emosional stabilik səriştələrinə əsasən izlənildi. Xüsusilə uşaqlıq dövründə davranış xüsusiyyətləri (aqressivlik, impulsivlik, sosial qarşıdurmaya meyillilik, liderlik davranışları) standartlaşdırılmış psixometrik alətlərlə ölçülmüşdür.
BCS70-in uzunmüddətli nəticələri göstərmişdir ki:
• Uşaqlıq dövründə orta səviyyəli aqressiv və inadcıl davranışlar göstərən fərdlər yetkinlik dövründə:
– Daha yüksək gəlir səviyyəsinə,
– Daha stabil əmək bazarı mövqeyinə,
– Rəhbər və ya qərarverici rollara çıxmaq ehtimalına malik olmuşlar.
Əksinə, həddindən artıq passiv və ya sosial qarşıdurmadan qaçan uşaqlarda yetkinlik dövründə:
– Gəlir artımının daha zəif olduğu,
– Peşəkar yüksəliş tempinin aşağı qaldığı müşahidə edilmişdir.
Araşdırma xüsusilə vurğulayır ki, aqressiya düzgün sosial mexanizmlərlə tənzimləndikdə, bu xüsusiyyət destruktiv deyil, əksinə strateji üstünlük yarada bilər.



















