(Yazıçı Meyxoş Abdullahın “Əsir qadın” əsərinin dəhşət doğuran faciəsi)
“Əsir qadın” romanının ilk səhifələrini oxuyanda faciənin dəhşətinin hələ qarşıda olduğunu hiss etdim. Əsərin qəhrəmani Səidənin bənzərsiz faciəsinin bənzərinin olmayacağını öncədən duydum. Qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” və atam əvəzi böyük qardaşım Fərzalının “Yüz il firavan yaşa, bir gün zəlalət çəksən bəs edər” fikirləri, ruhumu silkələdi. Ancaq başqa səhifələrə keçəndə Səidənin ərşə bülənd olan ahına nə ad qoyum, sualı qarşısında aciz qaldım.
Dünya ədəbiyyatının faciə əsərlərini yaddaşımdan keçirəndə, böyük Füzulinin “Daş dələr ahım oxu” fikri, Səidənin faciəsinin, yazıçı Meyxoş Abdullahın qələmində anatomiyasının və fəlsəfəsinin dərinliyini əks etdirən, elə daş dələn ifadəsiylə eyniləşdirdim!..
“Əsir qadın!..” Yüz minlərin bir ailənin timsalında faciə dramı. XX əsrin doxsanıncı illərin əvvələrində erməni faşizminin Azərbaycan xalqının taleyində yaratdığı növbəti vəhşətin canlı faciəsi. Əsərdən qandondiran parçalar:
.. “Elə bu vaxt güclü partlayış dalğası komanı kibrit qutusu kimi götürüb kənara tulladı. Düşmənlər komanı mühasirəy alırlar. Gözlərimi açanda həyat yoldaşım Əlini qan içində çabalayan gördüm. Onun sağ qolu dirsəkdən yuxarı, özündən beş-altı metr aralıda düşüb qalmışdı. O, sol əlini yarasının üstünə basaraq zarıyırdı. Ətrafında qan göllənmişdi. Onun yaralı qolunu sarımağa çalışdım. Axan qanı saxlamaq olmurdu, üzülmüş damarlardan qan fışqırırdı.
Ərim isə susurdu. O bizi qorxutmamaq üçün canını dişinə tutub birtəhər dözürdü. Əlinin başını dizimin üstünə qoyub hönkürdüm.
Küləşin üstünə düşüb qalmış südəmər uşaq da, dayanmadan qışqırırdı. Onun səsini sanki eşitmirdim.

Komaya onbeş nəfərə yaxın erməni faşisti daxil oldu. Onlardan biri çəkməsinin dabanı ilə Əlinin yaralı qolunun üstünə qoyub təpiklədi. Əli güclə eşidiləcək səslə ufuldadı.”
“Ali…Ali… – deyə ermənilərdən birisi onu tanıyaraq üzünə baxıb qışqırdı.
Dəstənin komandiri kəmərindən bıçağı çıxarıb, başına yüksək məbləğdə pul qoyulan Azərbaycan zabitinin, Əlinin başını soyuqqanlıqla kəsdi. Əlinin başı bədənindən üzüləndən sonra, onun başsız bədəni yerdə çabalamağa başladı. Qucağımdakı uşaq, elə bil bunları “duyurmuş kimi” qışqıraraq fəryad qoparırdı”.
Bir az bundan öncə; – “görəsən bundan da artıq vəhşət varmı?” sualımın cavabı, islam dünyasının matəm saxladığı Kərbəlada baş verən İmam Hüseyn müsibəti, Qarabağ torpağında, Vətənini qoruyan Əlinin taleyində təkrar olunurdu. Səidənin isə qucağında körpəsi əsir aparılır. – “Oradan uzaqlaşdıqca dönüb geri baxırdım. Ərimin başsız bədəninin torpaq üzərində get-gedə kiçildiyini görürdüm”.
Bu anda Səidənin təsəllisi Kərbəla müsibətini də qat-qat üstələyir; – “Böyürümcə yeriyən erməni əsgərinin əlində ərimin qanlı başı yırğalanırdı. Mən o kəsilmiş başa baxıb azacıq da olsa təsəlli tapırdım. Düşünürdüm ki, Əli bizimlə birlikdə gedir”.
Düşmənlərdən daha bir qandonduran vəhşilik:
– “Bu anda düşmənlərdən biri Əlinin qanlı başını götürüb ağlayan körpənin başının üstündə saxladı və gülə-gülə:
– “Ağlama it küçüyü… Bax, xoxan gəlib səni yeyər”. Uşaq isə ağlamağına davam edirdi. Erməni bu dəfə kəsilmiş başın saçlarından yapışaraq, başdan süzülən qanı uşağın geniş açılmış ağzına axıtdı. Körpə bərk acdığından ağzına tökülən laxtalanmış qanı acgözlülüklə soraraq səsini kəsdi”.
Romandakı bu sətirləri oxuduqca, Bermut üçbucağının ölüm maqnitinə düşmüş kimi dərya ilə səma arasında qalmışdım. Vətənini qoruyan əsgərin, Əlinin hünərinə, dözümünə heyran qalmamaq mümkün deyil. Ərini və körpəsini qoruyan Səidənin göylərə bülənd olan fəryadına qan ağlayırdım. Üç aylıq körpənin ata-anasının faciəsini hiss edib qışqırığının görünməyən tüstüsünün altında köz kimi yanırdım. Və bu faciənin real mənzərəsini yaradan ustadın qələminə; – heyran ey qələm!.. – deyirdim. Fikirləşirdim, görəsən, bundan da artıq dəhşət varmı?!
Hiss-həyacan bir oxucu kimi məni boğur. Fikirləşirəm. Allah eləməmiş, Səidənin başına bir iş gəlsəydi, Azərbaycan ədəbi nəsrində dünyaya məlum olmayan yeni erməni faşist işgəncələrini bəşərə çatdıracaq əsər yarımçıq qalmazdımı?!.. Əgər belə olsaydı, dünya ədəbiyyatında faciə janrında yazılmış romanların zirvəsində duracaq “Əsir qadın” kimi bir əsər, yəqin ki, yarımçıq qalardı.
İstedadlı və zəkalı sənətkarlar zamana və məkana sığmır. Romanın müəllifi Meyxoş Abdullah da bu keyfiyyəti ilə tarixləşir. Hadisələrin arxasında sənətkarlıqla drijorluq edən yazıçının məharəti heyrət doğurur.
Əsərdə psixoloji fəlsəfənin dərinliyi o həddə çatır ki, səbrli oxucu uzun müddət bu dərinlikdən çıxa bilmir. Əsərdə baş verən hadisələri yazıçı sadəcə nəql eləmir. Real durumun ən gizli detallarını məharətlə incələyir və təhlildən keçirir ki, bu da böyük istedaddan xəbər verir. Əsərin sujet xətti bir ailənin faciəsi üzərində qurulur və bütün əsirlərin faciəsini ümumiləşdirir. Romanı oxuduqca insanın qəzəbini alovlandırır, onu; – qisas…qisas… – deyə intiqama səsləyir. Həm də, bu yazıçının söz xatirinə çağrışı deyil, faciə səhnələrinin təqdimatıdır.
Səidə çox ağır və təhlükəli məqamlarla (bütün əsirlik dövründə) ölümlə üz-üzə qalır. Fikirimcə Allah Səidəni ona görə saxlayır ki, ermənilərdən çəkdiyi əzabları zəmanəyə danışıb yaddaşları oyatsın. Yazıçı Səidəni Azərbaycan-Şərq Dünya ədəbiyyatında yeni faciə obrazı kimi təqdim edir. Bu müstəvidə, yazıçı, həm də, ermənilərin dünyaya hələ məlum olmayan işgəncə üsullarını təqdim edir. Ermənistan, – daşı da, torpağı da, adama qənim kəsilən bir yer. Göz qırpımında onlarla Səidə kimiləri və əsirləri uf demədən didib parçalayan mühit. Erməni zabiti olan “Ohan” obrazı tipikləşdirilmiş erməni xislətinin əzazil ünsürüdür.
Əsərin dili ayrıca təqdimata layiqdir. Sadəliyi, oxucunun qəlbini ehtizasa gətirməsi, ayrı-ayrı parçaların poetik təsiri və yaddaşa höpmasına heyran qalırsan.
… Səidənin körpəsi ölür. O dərin iztirab keçirir: – “O gecə səhərə qədər oğlumu qucağımdan yerə qoymayaraq, ana-bala baş-başa verərək dərdləşdik… Ona arzularımı, istəklərimi danışdım. Məni bu qərib yerdə, düşmənlərin arasında tək qoyduğuna görə, onu qınadım. – Biz belə danışmamışdıq, – dedim, oğul. Sən ananı beləcə tərk edib gedirsən? Bu boyda dünyada bircə ümid yerim, bircə təsəllim sən idin, ay oğul. Sən də anana beləmi dönük çıxdın?!- deyib, hönkür-hönkür ağladım. “Daş dələn ah…” Bu aha başqa nə ad vermək olar? Söz acizdir.
Dünya nəsrinin şah əsəri L. Tolstoyun “Hərb və Sülh”, F. Dostoyevskinin “Alçaldılmış və təhqir edlimişlər” əsərlərində, V.Şekspirin faciə dramlarında fiziki ölümlər, mənəvi işgəncələr hakimdirsə, yazıçı Meyxoş Abdullahın “Əsir qadın” əsəri, həm mənəvi, həm fiziki, həm də, ağıla gələn və gəlməyən işgəncələrlə müşaiyət olunur. Səidə hər üç işgəncənin dəhşətini “yaşayır”. Müəllif də bu dəhşətləri Səidə ilə birlikdə çəkir.
Meyxoş Abdullah dünya ədəbiyyatında faciə janrında bənzəri olmayan bir əsər ortalığa qoymuşdur. Əsərin təsiri o qədər güclüdür ki, oxucu qəti əmin olur ki, qiyamt qopsa belə, “Əsir qadın” romanının baş əzabkeşinin faciəsini yer üzündən silməyə gücü çatmayacaq. Həyat büsbütün məhv olsa da, dünya yenidən yaransa da, mələkləri belə ağladan Səidə kədəri insanlıq tarixinin əbədi acısı olaraq qalacaqdır.
Füzuli dədə “Leyli Məcnun” poemasını yazanda, özündən dörd əsr əvvəl yaşamış ustadı Nizami Gəncəvinin qarşısında imtahana çıxdı. Yazdı və nöqtəni qoyanda “İnşallah ki, qalibəm mən!..” – dedi. Ədəbiyyatda qəzəl kimi çətin janrın əlçatmaz pramidasını yaradan dahi, bizim günlərdə yaşayan yazıçı Meyxoş Abdullahın “Əsir qadın”ını oxusaydı, faciəvi əsərlərin zirvəsində duran bu romanın müəllifinə “inşallah ki, qalibsən sən!..” – deyərdi.
Füzuli dədənin zamanəsini yandıran “Daş dələr ahım oxu” kədəri, dörd əsrdən artıq yol gəlib Meyxoş Abdullahın qələmində əsrin ən böyük faciəsini yaşamış Səidənin taleyinə yazıldı, Füzuli kədərini Füzuli qüdrətində.
Səidənin sözlə ifadə edilməsi mümkün olmayan faciəsini, “Sözün qəlbində gizlənmiş /bütün dahilərin eşqi, göyün eşqi, yerin eşqi”. (S. Vurgun), sözün tilisimi ilə yaradandan vergili olan Meyxoş Abdullah qələminə heyrət etməmək mümkün deyil. Pərvanə şam üstündə necə yanırsa, yazıçı “Əsir qadın” əsəri üstündə də beləcə yanır.
Xatırlatma:
– Əziz oxucu “Əsir qadın” romanına (206 səhifədir) elə özü həcimdə resenziya yazılmalıdır ki, onu tam təqdim edəsən. Mən əsərin bir hissəsini təhlilə gətirdim. Oxu, yadda saxla və gələcək nəslə ötür. Onu da fikirləşirəm ki, yazıçı Səidənin bu cəhənnəm əzabını qələmə alanda necə dözüb? Belə qənaətə gəldim ki, bu, yaradanın Meyxoş Abdullaha peyğənbərlərə göndərilən bir kitab timsalıdır. Seçilmiş bəndəsi Meyxoşa, səhvən yaratdığı ermənini bəşərə tanıtmaq fürsəti verib. Səidənin çəkdiyi əzabı, söylədiyi faciə səhnələrini qələmə alanda müəllifə dözüm verib. Deyib ki, yaz, yer üzünün insanlarına xatırlat ki, onların yanında adam cilidində erməni adlı bir iblis də var. Onu da xatırlat ki, mənim yaratdığım iblis, şeytan erməni vəhşiliklərinə mətəəl qalır.
Səidənin faciəsini yazıçı yaranışa üsyan məqamında heyrətedici sənətkarlıqla təqdim edir. Sanki bu vəhşətin içindən Səidə yox yazıçı özü keçib.
“Əsir qadın”əsərində yazıçının idealı:
– Ayıq olun, insanlar, bu dünyada erməni adlı kabus var.
Sənətkarlıq:
Yazıçının qəhrəmanı ilə etik dialoqu, müsahib mədəniyyəti məktəb yaratmaq nümunəsidir.
– Əsərin sujet xəttinin sadəliyindən dərin fəlsəfi xətt keçir.
– Əsərin dili – nəsrin poeziyası kimi oxunur.
– Estetik hiss-həyacan. Vətən… Vətən… Vətən… əhvallı hayqırımı. Düşüncə, özünüdərk əsərdə bu yazıçının idealıdır.
– Yazıçı Səidə obrazında Azərbaycan qadınının vətənpərvərlik abidəsini yaradır.
– Əsər, “Qarabağnamə” nin qızıl səhifəsi, – yeni faciə fəlsəfəsidir.
– Əsərdə Meyxoş Abdullah “Yazıçı əxlaqı”nın yeni institutunu yaradır.
Əsər azərbaycanlı ailənin erməni faşizm tərəfindən məruz qaldığı bəşəri faciəni dünyaya ünvanlayır.
– Füzuli kədərini, Füzuli qüdrətində yaşadan sənətkar.
– Hər bir obrazın bitkin təqdimatı sənətkarlıqla müşayət olunur.
– Əsərin konkret zamanı yoxdur bütün zamanların yaddaşıdır.
Haşiyə:
“Xəyalım məni 3 il əvvələ apardı… Yazıçı Meyxoş Abdullaha zəng vurub əsərdəki xalça barədə ondan soruşuram. – “Səidənin anasının cehizidir!.. – dedi. – Ohan Səidənin ata-anasını öldürüb, evi yağmalayıb, yandırdıqdan sonra, atasının tüfəngini, anasının xalçasını öz evinə aparmışdı. Səidə əsirlikdən qurtulduqdan sonra, xalçanı Stavropola gələndə özü ilə bərabər gətirmişdi”.
Susuram… Daha heç nə soruşmuram…
Xəyal məni ikinci dünya müharibəsi illərinə aparır. “Atam 1943-cü ildə orduya çağrılır. Anam köməksiz, maddi imkansız və üç körpə uşaqla qalır. Evimiz “Təzəkənd” adlı yerdə daş üstə güney və qüzeyə açılan qapılar və hər iki tərəf balkonlu dörd otaqlı ev.
Bu kənddə yeni ailə quran gənclərin də sanballı evləri var. Kişilər hamısı müharibəyə cəlb olunur. Hamısının da gənc arvadları və körpə uşaqları başsız qalır. Təzəkənd kişisiz qalır. Ailələri köhnə kəndə qohumlarının yanına qayıdır. Biz də köhnə kəndə qayıdıb, ana babam Nuruş kişinin əl damına yığışırıq. Bir-iki həftə keçir, Təzəkənddəki evimiz yanır. Anamın cehizlik xalçası da içində, hər şey kül olur. Anam üç il cəhənnəmi ayaqlayır. Üç ildən sonra 1946-cı ildə atam müharibədən qayıdır. Doqquz gündən sonra, anam elə Səidə yaşında vəfat edir. Oxşar talelər. Bir cehiz xalçası cəbhədən min kilometrlərlə uzaqda alman faşizminin müharibə alovunda yandı, bir cehiz xalçası isə erməni faşizminin qurbanı olmuş ananın, əsir qızının cənazəsinə büküldü.
– Faciəli xatirə məni dondurub. Bir müddət susuram.
– Qənbər müəllim sizə nə oldu? Meyxoşun səsindən ayılıram və bu da “Əsir qadın” nın son faciəsi”.
“Vətəni sevmək imandandır” – deyib peyğənbərimiz. Azərbaycan Şərq və Dünya ədəbiyyatının ən müqəddəs mövzusu Vətəndi. Bütün sənətkarların, şairlərin, yazıçıların, rəssamların, bəstəkarların, heykəltaraşların ilhamının baş mövzusu Vətən olub.
…Vətənpərvərlik.
Sənənin Vətən torpağına qovuşmaq həsrəti dünya ədəbiyyatında bu mövzuda yazılmış hər hansı bir tərənnüm təhlil, təsvir təqdimatın fövqündədir.
Yazıçı qələmində, elə yazıçıya ünvanlanmış kiçicik bir məktubun məzmunu bir epopeya əsərə bərabərdir.
Hər hansı insan əhvalına təsir edən sözləri seçsəm belə, yazıçının Səidənin məktubunu oxuyandan sonar keçirtdiyi əhvalı təsvir edə bilməyəcəyim üçün, söz ustadının öz sözlərinə söykəndim: – “Məktubu oxuyandan sonar gözyaşlarımı saxlaya bilməyib hönkür-hönkür ağladım. Mən ömrüm boyu belə bir ağrıyla rastlaşmamışdım. Bu ağrı yox, sadəcə olaraq bir cəhənnəm əzabi idi”…
Bu da əsərin kulminasiya nöqtəsi…
“Təyyarə Vətənin hava sərhədini keçəndə təyyarənin yük yerindən salona doğru bənovşəyi rəngdə bir parça bulud axını gəldi… Həmin bənövşəyi rəngli bulud axınının təyyarənin salonunda görünməsiylə, gözdən itməsi ildırımsürətindən də ani oldu. Salondakıların hamısı heyrət və qorxu içində bir-birlərinin üzünə baxdılar.
Mən də yaranmış vəziyyətdən qorxu hissi keçirtdim. Ürəyim həyacandan əsim-əsim əsirdi.
Özümə gələndə isə anladım ki, bu bənövşəyi rəngli bir parça bulud, Səidənin vətən torpağına qovuşan narahat və nigaran ruhudur…”
“Narahat” və “nigaran” ruhun ədəbi və əbədi heykəlini ucaldan ustad. Briliyant hərflərlə yazılmış İnsan, Xalqının layiqli ziyalısı, dövlətinə ürəkdən bağlı vətəndaş!… Əminəm ki, nə vaxtsa Milli ruhlu bədii təfəkkürlü bir heykəltaraş, bədii qəhrəmanın Səidə ilə sənin qoşa monumentini yaradıb əsrlərin və nəsillərin yaddaşına ərmağan edəcəkdir!..
Snda:
Müəllifin Vətənpərvərliyinə, uzaqgörənliyinə heyrət etməyə bilmirsən. Qələbədən 11 il öncə yazdığı “Əsir qadın” romanının epiqrafı:
“… Ey, Soydaşım!.. Ey, Həmvətənim!.. Nə qədər çətin də olsa etiraf etməliyik ki, biz savaşda təkcə torpaq deyil, bir çox mənəvi dəyərlərimizi də itirmişik. Düşmən əsirliyində neçə-neçə qız və gəlinlərimiz, ana və bacılarımız olmazın işgəncələr çəkirlər. Onların acı fəryadları vətən oğullarını intiqama səsləyir. Bizi qarşıda ağır, ağır olduğu qədər də şərəfli bir döyüş gözləyir. Yalnız bu döyüş alnımıza vurulan damğanı, vicdanımızın ləkəsini silib təmizləyə bilər.
Öldürsək, – namusumuzu, öləriksə, özümüzü gələcək nəsillərin qınağından və xəcalətindən xilas edə bilərik!…”
Budur yazıçı gücü, yazıçı böyüklüyü, yazıçı uzaqgörənliyi və yazıçı inamı…
P.S. Ədəbiyyatımızda “Əsir qadın” kimi möhtəşəm bir əsərin müəllifi Meyxoş Abdullaha İlahi bir hörmətlə!
Qənbər Ağayev
Teleradio Mediya əlaçısı,
“Qızıl Qələm” və “Bir Millət iki dövlət” media mükafatı laureatı
Azərbaycan Respublikasının Əməkdar Jurnalisti




















