Yarpaqlar pıçıldaşır
Təbiətin qoynunda.
Gəzirəm aram aram.
Payızın ətrin alıb,
Təzələnir iç dünyam..
Həzin həzin meh əsir,
Saçlarımı darayır.
Sanki xəfif səs duydum,
Dörd tərəfə boylandım.
Yarpaqlar pıçıldaşır,
Bir birylə dərdləşir…
Bu mənzərə önündə
İnsan dalır xəyala.
Onda anlayırsan ki,
Ağaclarda, canlıdır.
Sevinclə fərəh ilə,
Yaşayıb nəfəs alır..
11.11.2024
BAYRAĞIM
Dövlətin rəmzidir üçrəngli bayraq,
Öpüb,əzizləyək,gözümüz üstə.
Qürur mənbəyimiz, üçrənglı bayraq.
Əbədi dalğalan başımız üstə.
.
Göylərin mavisi — azadlıq rəmzi,
Köksündə vətənin səkkiz güşəsi.
Yaşılın dil açar, könüllər coşar,
İnancın, ümidin, qəlblərin səsi.
.
Qırmızı — şəhidin şəhid qanıdır,
Bu rəngdə yurdumun ruhu, canıdır.
Vətənə sevgidir, imandır səndə,
Hər rəngin xalqımın adı- sanıdır.
.
Dalğalan, bayrağım, dağda, dənizdə,
Yaşasın qüdrətli Azərbaycanım!
Ulu millətimin şərəf nişanı,
Əbədi dalğalan,şanlı bayrağım!
09.11.2025
Boyadılar göy üzün
Boyadılar göy üzün,
Qara buludla, qanla.
Burda xain əli var,
Qəsd etdilər çox cana.
Nə idi günahları
Gənc əsgərin, zabitin?
Görüm əli qurusun
O xainin, o itin!
Türk xalqları yenilməz,
Ağır sınaqdan çıxıb.
Azərbaycan, Türkiyəm,
Düşmənin qəddin əyib.
Başın sağ olsun, Vətən,
Övladların şəhiddir,
Şəhidlərin, Turanın
Qəhrəman övladıdır.
12.11.2025
















