ƏZİZİM
Dəniz mehi toxunanda saçıma,
Hiss edirəm nəfəsini, əzizim.
Dalğaların suyu dəysə üzümə,
Bu hiss mənə çox tanışdı, əzizim.
.
Üfüq boyu gecə düşən sahilə
Ay işığı boylanardı dənizə.
Addım-addım biz gəzərdik iz-izə,
O an bizə çox tanışdı, əzizim.
.
Ulduzlar da şahiddirlər bu ana,
Hardа qaldı? deyirlər ki,o sona.
Həmən rizdə mən gəzirəm tək- tənha,
Sahil sənə çox tanışdı, əzizim…
01.12.2025
HALALLIQDIR ZİNƏTİ
Haram maldan maya tutan, yaramaz,
Kim aparıb bu dünyadan sərvəti?
Sənlə getməz son mənzilə daş-qaşın,
Ağ kəfənin halallıqdır zinəti!
.
Kim qazanar, kimlər yeyər harınlar,
Öz-özünə tərif deyər harınlar.
Öz nəfsinə başın əyər harınlar,
Görə bilməz cəhənnəmdə zülməti.
.
İnsan olar tamahının hakimi,
Savabının, günahının hakimi.
Bu gün olsa sabahının hakimi,
İki cahan nurlu yoldur qisməti.
.
Damət, bunu yadda saxla həmişə,
Dil dolaşar kal deyəndə dəymişə.
Bismillahla başlayanda hər işə,
Qazanarsan bərəkətli neməti.
29.11.2022
Mürgüləyən ruhum qalxıb oyansın
Üzümü çevirib Kəbə evinə,
Haqqa salam verib təzim edirəm.
Diləyim nə isə, qoy versin payın,
Uca Yaradandan ənam istərəm.
.
Kəbənin daşına əlimi sürtüm,
Qəlbimlə mən görüm ərşi-əlani.
Açılsın birdən-bir bəsirət gözüm,
Görüm gözlərimlə doğru-yalanı.
.
Dualarım qalxsın səmaya doğru,
Yanıb külə dönsün yazılan günah.
Qəlbimə süzülən nurani çağrı,
Ömür dəftərimə qoy yazsın savab.
.
Min illər sirrini gizləyən səda,
Zəmzəmin suyu tək axsın könlümə.
Məkkənin qucağı o müqəddəs dağ,
Səbrlə səsləsin öz zirvəsinə.
.
Mürgüləyən ruhum qalxıb oyansın,
Könül arzularım, Haqqa boyansın.
Ən böyük diləyim, dərin istəyim,
Könül arzularım, diləyin alsın.
06.09.2025.
















