Ana yurdum
Nə gözəldir ana yurdum,
Bahar gəlir, alqışlayır.
Sanki təbiət dil açıb,
Xoş müjdələr soraqlayır.
.
Dağlar geyir al donunu,
Çaylar aşır öz məcrasın.
Gül-çiçək açır qoynunu,
Sərir bahar süfrəsini.
.
Al-əlvan geymiş yamaclar,
Çəmənlər mehə naz edir.
Tumurcuq açmış ağaclar,
Bülbül gülə pərvaz edir.
.
Yurdumun hər qarışında,
İlahinin hikməti var.
Baharın xoş baxışında,
Təbiətin naxışı var…
20.03.2026

















