
Bu gün Laçın rayonunun Zabux kəndinə daha 25 ailə – 92 nəfər köçürülür.
xəbər verir ki, Bakı şəhərindən – 9 ailə (36 nəfər); Bərdə rayonundan – 6 ailə (20 nəfər); Abşeron rayonundan – 4 ailə (16 nəfər); Sumqayıt şəhərindən – 3 ailə (10 nəfər); Lənkəran rayonundan – 1 ailə (4 nəfər); Mingəçevir şəhərindən – 1 ailə (4 nəfər); Ağcabədi rayonundan – 1 ailə (2 nəfər) köçürülür.
Beləliklə, Laçın rayonunun Zabux kəndinə cəmi 146 ailə (567 nəfər) köçürülmüş olacaq.
















