Dənizçilər maaşlarını ala bilmir…

Dənizçilər maaşlarını ala bilmir…

Kamerun bayrağı altında üzən, “Centro Management LP” şirkətinə məxsus “New Life” gəmisinin heyəti 4 aya yaxındır ki, maaşlarını ala bilmir.

Müstəqil.Az xəbər verir ki, bu haqda “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin (“DSD” İB) sədr müavini Fərrux Həmidli  birliyin qrup səhifəsində məlumat verib.
Məlumatda bildirilir ki,  bir həftə öncə Kamerun bayrağı altında üzən “New Life” gəmisi Çanaqqala boğazında körpüyə yaxınlaşarkən qəza törədib.  Hazırda  körpüyə yaxın yerdə lövbərdə dayanıb.
Heyət üzvləri içərisində azərbaycanlı dənizçilər də olan gəmi körpoüdə dayanıb.   Bu azmış kimi ağır hava şəraitində işləyən dənizçilər etinasızlıqla üzləşiblər.
Soydaşlarımız Məmmədli Fərhad, Bayramov Habil, Hacıbalayev Fuad,  Süleymanov Bəyalı və digər heyət üzvləri  üç aydan çoxdur ki əmək haqqlarını ala bilmirlər.
Dənizçilər əməkhaqqı ümidiylə dənizdə Kamerun bayrağı altında üzən gəmisində maaş böhranı. “DSD”İB-yi ilə əlaqə saxlayan həmyerlilərimiz bildirirlər ki,  yuxarıda adı çəkilən şirkət rəhbərliyi edilən zənglərə və müraciətlərə cavab vermir.
bununla yanaşı dənizçilər psixoloji və maddi cəhətdən  ağır  şəraitdə əmək fəaliyyətlərini davam etdirir.
“DSD”İB-yi “Centro Management LP” şirkəti ilə əlaqə saxlamağa cəhd  etsələr də təəssüf ki, bu alınmayıb.
Müstəqil.Az
Share: