Dəhşətli yanğın: 22 nəfər öldü

Dəhşətli yanğın: 22 nəfər öldü

Çinin şimal-şərqindəki Lyaonin əyalətində restoranda yanğın baş verib.

 

Müstəqil.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, yanğın nəticəsində 22 nəfər ölüb, daha 3 nəfər isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Çin lideri Si Szinpin yaralılara hər cür yardım göstərilməsi ilə bağlı tapşırıq verib.

Müstəqil.Az

Share: