Çin 2018-ci ilin dekabrında istifadəyə verilmiş İpək Yolu Dəniz Nəqliyyatı layihəsi çərçivəsində 2025-ci ilin iyul ayının sonunadək 128 gəmiçilik marşrutu açıb.
Müstəqil.Az “Seanews.az” xəbər verir ki, bu barədə məlumatı Xiamen Gömrük İdarəsi yayıb.
Çin Mərkəzi Televiziyasının (CCTV) məlumatına görə, bu marşrutlar üzrə hərəkət edən konteyner gəmilərinin sayı 20 293-ə çatıb və ümumi yük dövriyyəsi 23 9196 milyon iyirmi fut ekvivalentində konteyner (TEU) təşkil edib.
İpək Yolu Dəniz Nəqliyyatı layihəsi Çinlə digər ölkələr arasında “Bir kəmər və bir yol” əməkdaşlığının dəniz daşımalarında əsas platforması rolunu oynayır.
Müstəqil.Az
















