Cənubun Rəsul Rzası… – Elman Eldaroğlu Balayar Sadiq haqda yazdı

Cənubun Rəsul Rzası… – Elman Eldaroğlu Balayar Sadiq haqda yazdı

Azərbaycanda şəxs adlarından biri də BALAYARdır. Mürəkkəb adların tərkibində iştirak edən bala və fars dilindəki yar sözlərinin birləşməsindən əmələ gəlib.

Bu kişi adı, Azərbaycan antroponimikasında alqış, dua məzmunlu şəxs adları sırasında olub- Bütün ömrü boyu balama yar ol, Allah!- həmçinin -Bütün işlərində Tanrı sənə yar olsun, bala!- anlamlarını ifadə edir. Haqqında söbət açmaq istədiyim insanın da adı Balayardır. Şair Balayar Sadiqi deyirəm. Martın 1-i Balayar Sadiqin 61 yaşı tamam olur. 61 rəqəmi mələklərin Numerologiya sistemində ailə, məsuliyyət və müstəqillik, liderlik mənalarını verərək, həm daxili aləmə yönəlməni, həm də analitik düşüncəni simvolizə edir…
Cənubun Rəsul Rzası- Balayar Sadiqi ad günü münasibətilə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…
Şəkilin açıqlaması yoxdur.
…O, “Narıncı rəngli söhbət” şeirində deyir:
“Gəl,
həqiqət haqqında
narıncı bir
söhbət edək…
Mən onun rəngindən,
ucalığından
söz açım,
Sən
enindən,
uzunundan danış…
Sonra
bir usta çağıraq,
dediyin ölçüdə
bir ev tiksin…
Qapısına
bu sözləri yazaq:
“Lütfən, arzuları
ayağınızdan çıxarın,
döşəməyə
həqiqət xalçası sərilib…””
Hörmətlə, Elman Eldaroğl
Share: