Sübh namazını qurtaran Qulam müəllim ikitərəfə salam verərək artıq yerindən qalxmaq üzrəidi ki, adət üzrə yan otaqdan iniltini xatırladan birsəs eşidildi.
Səccadəni qatlayıb arasına təsbehiyərləşdirdi və pəncərənin kənarına qoydu. Arxayaçevrildi: qızı hələ yatır. Əlinə aftabə alıb, ocaqayvana doğru getdi. Bir az əvvəl sübh üçünocaq qalayıb su qızdırmış və qumqanı közünüstündə buraxmişdi. Aftabədə ilıq su hazırlayıbgeri döndü və bayır qapısının yanında tərsinəçevrilmiş mis ləyəni götürüb səs gələn otağınqapısı önünə gəldi, dəstəyi tutduğu halda sankiuca bir kəlami oxuyurmuş kimi səssizcə donubqaldı. Sonra qapını asta-asta itələdi. Burnuna qəfilçirk qarışıq üfunətli qoxu doldu.
– Ya Tanrı… – Qulam müəllim işığı yandırdı.
Otaqda altmışı keçəndə arvadını itirmiş, ardınca iki ay keçməmiş insult keçirib çürümüşçöp kimi olmuş, qurumuş bibər tək əyilmiş, körpəkimi yüngül, gözləri görsə də qulaqları tutulmuş, yaddaşı əlindən getdiyi üçün özünü dərk etməyənatası uzanmışdı. Baş tərəfdəki divardan bir naxışlıişləmə asılmış, iki sıra taxça qaldırılmış, ortasınaalçaq şkaf qoyulmuşdu. Üstündə dərman-dərmanqarmaqarışıq. Onun yuxarısında təxminən əlliyaşlarında ər-arvadın şəkli asılmış. Onda qalınqaşlı, enli alınlı, qartalburunlu, gəniş qamətli birkişi və arıq, xəstəhal, solğun bir qadın. Qapıtərəfdəki əlüstü masada televizor vardı. Çarpayının qarşısında yerə bir döşək salınmışdı. Qulam müəllim orada oturur bə gecələr bəzən eləorada qalırdı. Gecə-gündüz atasının yanında. İndidə oyaq, tavana hissiz-hərəkətsiz baxan atasınınüfunət verən yorğanını qaldırıb altlığı dəyişdi. Köhnə pambıq köynəyi ilıq suya batırıb ayıbyerlərini təmizlədi, sonra çarpayının üstünəoturdub üz-gözünü yudu. Yumşaq dəsmallaehmalca quruladı… Amma ata bunların heç birinihiss etmirdi… Baxışları naməlum bir nöqtəyəzillənmiş, bir tonda nəfəs alır, dodağının kənarısallanmış, ağzından gücsüzcə nəm axırdı.
– Ata?..
Cavab yox, hiss yox. İki ildən çoxdur ki bu hal.
Qulam müəllim gözlərini sıxıb boğazına yığılankədəri içinə çəkdi və atasını yenidən yerinəuzatdı. Dəstcoy və aftabəni götürüb çölə çıxdı.
– Ata, çayı dəmləyim?
Qulam müəllim qızına “indi” deyirmiş kimi birbaxış atdı və həyətin arxa tərəfinə yönəldi. Zibiliçalaya töküb aftabədəki su ilə dəstcoyi yudu. Geri qayıdarkən ətrafa baxdı. Sübh açılırdı. Dörd biryandan sərçələrin civiltisi, itlərin hürüşü, qoyunların mələməsi, uşaqların səsi gəlirdi. Qəlbisıxıldı.
– Qaynana üzsüzlük eləməsəydi, indi iki balada evin qabağında civildəşərdih
Qayınatanın yatağa düşməsi gəlinə məlalgəldi, burnu qırışdı. Məhrəm işləri Qulammüəllimin özü görsə də ilıq su hazırlamaq, eviyığışdırmaq, yeməyinə baxmaq get-gedə ona ağırdüşməyə başladı. Bir həftə keçməmiş açıq-aşkardedi:
– Mən sizə atanızın altını təmizləyim deyə ərəgəlməmişəm!
– Ay, ağzını yum! – Onsuz da boğazına qədərdolmuş Qulam müəllimin qanı qaynadı. – Nədir, məlal gəlir? Öz payıma düşəni özüm edirəm axı!
– Yenə də bacaramırıq! Axı başqaları da baxsın!
– Nə, atama baxa bilmirəm deyə şəhərdəkiqardaşıma aparım yoxsa bacılarıma atım?
– Nə edirsiniz edin! Amma mənbaxmayacağam!
– Bu evin çörəyini-duzunu yeyirsənsə, məndeyə gəlmisənsə, baxacaqsan!
– Mən siz üçün gəlmişəm, atanıza görə deyil! – hönkürüb ağladı arvadı. – Bu adam nə etdiyimizibilmir, hiss etmir, hətta bizim kim olduğumuzu da tanımır axı!
– Ay axmaq! Axı o mənim atam!
– Belə adamı qocalar evinə vermək lazımdır!
Bu söz əsəbi gəlinin ağzından necə çıxıb, Qulam müəllim necə onun üzərinə cumub, bilmir. Dünya gözünə qaranlıq oldu. Günahlar əzəldənqadın səbəbilə yaranıb. Yadda qalanı – ürəyiqaralmış, səbrsiz arvadının fəryad edib onlarıqarğaması, uşaqları “Gəlin hamınız, atanızüfunətin içində otursun! Bu evdə artıq rahatlıqyox!” deyə çəkib aparması oldu. İbtidai sinifdəoxuyan iki oğlu quzu kimi anasının dalınca düşdü. Təkcə böyük qızı Nəsibə yanında qaldı.
– Getmirəm! Babama kim baxacaq?! – deyəhıçqıraraq ağladı.
– Gedək! – qışqırdı qadın. – Bu ev artıqçürüyəcək… bir məsliqxanəyə çevriləcək!
Nəsibə özünü atasının pənahına atıb, belindənqucaqladı. Müəllimin bütün vücudu sarsıldı vədodaqları göyərmiş qadına baxaraq hayqırdı:
– Yox ol, atan lənətə gəlsin! Bir də üzünügörməyim!
Qadın getdi, qız qaldı. Qəzəbi sərt imiş. Getdiyigündən bəri görünmədi. Qulam müəllim də qüruredib arxasınca düşmədi. Məktəbdəki işindən dəayrıldı.
– Başqa çarəm yoxdur… – dedi direktora. –Sizi anlayıram, mənə də pul lazım, amma artıqişləyə bilmərəm. Bir gün gəlib, iki gün gələbilməsəm, hər şey ortalıqda qalacaq. Xalqınbalasını aldadıb nə edim? Bu qədərinə güc-bəladözürəm, bir it günü keçib gedir… Bu vaxt atamınyanında olmalıyam.
O gündən bəri pensiya ilə dolanır. Qohum-əqrəba, qonum-qonşu hal-əhval tutmağa, aş-nan gətirməyə gəlir. Şəhərdəki qardaşı kömək edir, bacıları xəbər alır. Çörək bişirib gedirlər. İki-üçgün qalırlar, amma hər kəsin ağlında ayrı fikir var. Qardaşı “gəlini geri gətir” deyir. Bacıları isə “eləcəhənnəm yox olsun” deyir.
– Bu qadının adını yanımda çəkməyin… –Qulam müəllim alışıb-yanır. – Könül verib, biryastığa baş qoyduğum qadının bu sınaqda belətərsinə dönməsini həzm edə bilmirəm. İndi mənimcənnətim də, cəhənnəmim də atamdır… Evdəkivəziyyət sizi utandırırsa, bu barədə düşünməyin. Bitdi, vəssalam!
Vəziyyət o qədər gərgin idi ki, hansı tərəfdənbaxsan, bütün anlayışlar, baxışlar böyük bir fikirkimi ataya bağlanır, Hhisssiz, yaddaşsız, acizhalda uzanan möhtərəm atanın xidmətində olmaqövladlardan fədakarlıq və cəsarət tələb edirdi. Müəllim isə bunların hamısını heç bir gileysizyerinə yetirirdi…
İndi də atasının yanına qayıdan kimi televizoraltındakı masa üstündə duran süfrə və kiçikkasanı götürdü. Nəsibə çay dəmləyib gəldi. Qulam müəllim kasaya nəbat atdı və çay süzərəküstündən çörək doğradı. Sonra atasını yerindənqaldırıb qucağına alaraq süfrə başına oturtdu. Belə vaxtlarda qoca sızıldayar, inad edər, oğlu isəehtiyatla, bəzən işarələrlə, bəzən alnını, gicgahlarını ovuşduraraq onu sakitləşdirərdi. İndi də atasının sözə baxmayan ayaqlarını yığıbbelinə yastıq qoydu. Qoca bir az arxaya söykəndi, başını divara dayadı. Gözləri ətrafa dolaşa-dolaşabaxdı. Qulam müəllim onun yaxalığına dəsmaltaxdı. Əvvəl su ilə dərman içirdi, sonra qaşıqlakasadakı isladılmış çörəkdən götürüb üfürdü, əvvəl özü dadına baxdı. İstisini yoxladıqdan sonraatasının ağzına uzatdı, amma qoca püskürtdü. İsladılmış çörək tikələri süfrəyə, bir qismi dəboynundakı dəsmala töküldü. Nəsibə hamısınısilib təmizlədi.
– Sağ ol, qızım… – dedi və yenə atasınınağzına yemək uzatdı. Bu dəfə yedi, amma dörd-beş qaşıqdan sonra yenə püskürtdü. Yenə silindi. Qulam müəllim balaca uşağı oynadarmış kimiqaşığı əvvəl atası, sonra özü, sonra yenə atasınınağzına tutaraq kasadakı çörəyi axıradək yedirdi. Ürəyi rahatladı. Yenə dərmanını verdi, üstündənnəbatlı çay içirdi. Yenə ilıq, nəm bezlə üzünü-gözünü sildi.
Qarnı doyduğundan qocanın üzündə təbəssümişıqlandı. Bir müddət divara söykənib laqeydoturdu, sonra özünü yana buraxdı. Hər an bir şeyola biləcəyinə alışmış müəllim atasını çiynindəntutub saxladı və qaldırıb yenidən çarpayısınauzatdı. Elə bu vaxt hava dəyişdi… Nəsobə sankiheç nə olmamış kimi süfrəni yığışdırdı, çaydanı-piyalələri götürüb otaqdan çıxdı.
Qoca səhər yeməyindən sonra bir müddəttavana baxıb səssiz uzanır, bu arada Qulammüəllim çöldəki işlərini görüb qayıdır, qızınıməktəbə yola salır, mal-heyvana baxırdı. İndi dəçölə çıxanda Nəsibənin geyindiyini gördü.
– Qızım, məktəbinə gedib gəl, – dedi.
– Hə, gedirəm.
– Hə, sənə inaniram. Yaxşı oxu. – Qulammüəllim onun başını sığalladı, amma içində nəsəqopub qırıldı.
Nəsibə gedəndən sonra dəhlizdə duranarabacığı çölə çıxardı və gəlin kolyaskasıdüzəldirmiş kimi üstünə döşəkçə saldı. Su vədəsmal qoydu. Sonra evə girib atasını qucağınaaldı və bayıra çıxardı.
Xəstə ilk dəfə əlil arabasına oturanda, hərçəndbunun nə olduğunu bilmir, ancaq uşaq kimisevinmiş, oğlu onu evin qabağında sürəndəəllərini oynadıb, arabacığın tutacaqlarınışappıldadaraq vurur, qəribə bir zövq alırdı…
– Ata? Araba xoşunuza gəldimi?
Ata cavab əvəzinə zəifcə gülümsədi, sanki“Daha sür” demək istəyirmiş kimi bütün bədəninitərpətməyə çalışdı. Qulam müəllim arabanı asta-asta itələyir, atasının başı yırğalanır, arıqboynunun dərisi dartılır, qolları qalxıb-enir, barmaqları oynayırdı. Belə anlarda oğulun ürəyidolub-daşar, qızı görməsin deyə boğazına dolankədəri içinə çəkərdi. Get-gedə buna da alışdı. Arvadının yoxluğu, qızı ilə atası arasında qalmışacizliyi onu bəzən qızının saçlarını darayıbhörməyə, onu qucaqlayıb “Ana qızım, can sənəqurban…” deyə oxşamağa vadar edir, bununla özhəsrətini də, Nəsibənin darıxmasını daovundururdu. Qızı da anasız həyata alışırdı…
Qulam müəllim əvvəllər atasını arabayamindirib, yalnız həyətin içində gəzdirirdi. Sonralaronu küçəyə də çıxarmağa və məhəlləgüzərinədək aparıb dolaşdırmağa başladı. Bu günisə atası qəfil əlini qaldırıb düzü göstərdi. Bugözlənilməz dəyişiklik müəllimin ürəyini coşdurdu. Önünə keçib soruşdu:
– Hara aparım sizi, ata?
Atası cavab əvəzinə yenə də düzü göstərdi. Dediyini elədi. Daş döşənmiş küçədə arabanıxırçıldada-xırçıldada sürdü. Xeyli yol getdi, ora-bura döndü, amma atası yalnız düzü göstərirdi. Axırda anladı, o qəbiristanlığa getmək istəyirmiş…Bədəni titrədi. Qəbiristanlığın darvazasınaçatanda arabanı saxladı. “İndi görəsən, hansıtərəfi göstərəcək?” ümidilə atasının gözlərinəbaxdı, amma hissiz baxışlarından heç nə oxuyabilmədi. O vaxt ata nə üçün bura gəldiyiniunutmuş, biganə halda başını azacıq aşağı əyibsusaraq otururdu.
– Ata, içəri aparım?
Atanın baxışları bir nöqtəyə yönəlmişdi. Kələ-kötür yolun yorğunluğundan taqəti kəsilmiş, tez-tez nəfəs alırdı. Qulam müəllim rezin qabın ağzınıaçıb atasına su içirdi. Ata suyu tökə-tökə içdi vəqabı kənara atdı…
– Ya Allahım… Özün səbir ver!..
Qulam müəllim atasını qucağına aldı vəbüdrəyə-büdrəyə qəbirlər arasından yeriməyəbaşladı. Nənəsi ilə babasının yanaşı duranqəbirlərini tapanda onu çiynindən endirdi. Qocaətrafına çaşqın-çaşqın baxdı. Anasınınqəbirdaşını görəndə qəfil “Ana…” dedi və hıçqıra-hıçqıra ağlamağa başladı, başını qucaqlayıb yerəçökdü. Qulam müəllim əvvəlcə qorxdu. Sonra sevindi. Axı atası danışmışdı! Sonra onuqucaqladı.
– Ana… – qocanın gözlərindən fasiləsiz yaşaxır, amma başqa söz demir, yalnız bir nöqtəyəbaxırdı.
Qulam müəllim atasını ehtiyatla yerə əyləştirdi, özü də yanına çökdü. Atasını özünə söykəyib,pıçıltıla tilavət etməyə başladı:
– Əuzu billahi minəş-şeytanir-rəcim…
Dua edərkən gözlərindən axan yaş atasınınboynuna düşüb, yaxasını islatdı. Qoca əli iləboynunu sildi və oğluna baxdı. Qulam müəllimduanı da bitirə bilmədən atasını qucaqladı vəatasının başı üzərində üzünə fatiha çəkdi.
Ata-oğul qəbiristanlıqdan qayıdarkən Qulammüəllim atasının yenə danışmasını, nəsədeməsini, bir şey buyurmasını istəyir, lakinatasından səs çıxmırdı. O arabada başını əyib, gözlərini yumaraq yırğalana-yırğalana gəlirdi. Busanki tufandan əvvəlki səssizliyə bənzəyirdi…
Evə çatmağa az qalmış möcüzə baş verdi. Ata qapı ağzında duran Nəsibəni görüb əllərini irəliuzatdı və “Su-u…” dedi. Qulam müəllim yerindədondu.
– Ata?! – bədəni əsdi. – Ya Rəbbim, min şükürsənə! Atam danışdı! Atam danışdı! İki ildən sonradanışdı…
Ətrafına baxdı. Qapı önündə duran qızındanbaşqa heç kim yox idi. Amma ruhu yüngülləşdi. Gözlərini bürümüş zülmət geri çəkildi.
– Ata? – Nəsibə qaçıb gəlib onun dizlərindənqucaqladı. – Babam danışdı?
– Hə, balam. Baban danışdı. Tez su gətir.
– Ata, sənə bir söz deyim?
– Get, qızım, əvvəl suyu gətir!
Nəsibə tələsərək getdi. Ata-oğul darvazaönündə bir az dincəldilər. Bir azdan qapı açıldı, birqadın səsinin salam verdiyi eşidildi. Qulammüəllim cəld başını qaldırdı. Nə yaxşı ki, qapınınağzında arvadı çəkingənliklə bir piyala su tutaraqdururdu…
Xaliyar Səfərov
Özbək dilindən Azərbaycan dilinə çevirən: Rəhmət Babacan






















