Bu il Mailə Muradxanlının 85 illiyi, vəfatının 15-ci ildönümüdür…

Bu il Mailə Muradxanlının 85 illiyi, vəfatının 15-ci ildönümüdür…

Mailə Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olsa da 1946-cı ildə ailəliklə Bakıya köçüblər. Orta təhsilə 1947-1957-ci illərdə Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbdə yiyələnib.

Bir 1 nəfər, gülümsəyir və mətn şəkili ola bilər

Bir 1 nəfər, gülümsəyir və mətn şəkili ola bilər
1957-1962-ci illərdə BDU-nun filologiya fakültəsinin jurnalistika bölməsində ali təhsil alıb. Əmək fəaliyyətinə 1962-ci ildə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlayıb. Sonra kəmin şöbədə redaktor olub. Daha sonra ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir, ədəbi-dram verilişləri baş redaksiyasında isə baş redaktor vəzifələrində çalışıb. 1994-2010-cu illərdə televiziyanın ədəbi dram verilişləri Baş redaksiyasında baş redaktor vəzifəsində işləyib. 12 iyun 2010-cu ildə haqqa qovuşub…
Ümid edirəm ki, aidiyyəti şəxslər 22 oktyabrda- bu unudulmaz xanımın yubiley günündə tədbir keçirib ruhunu şad edəcəklər…
Elman Eldaroğlu
Share: