Bu gün Zəfər Gününü qeyd etdik! – Aydın CAN yazdı

Bu gün Zəfər Gününü qeyd etdik! – Aydın CAN yazdı

Çingiz Xan: “Vaxt gələcək mənim ümmətim ən gözəl qızları alıb pəmbə yanaqlarını öpəcək, ən gözəl atları minib çapacaq, ən dadlı ətləri yeyəcək, fəqət bunu kimə borclu olduqlarını unudacaqlar!”

Sevinc göz yaşları, qürur, pafos və populizm – hər şey vardı, mən bircə mənzərəni görmək istəyirdim: ehtizazı, Ş-Ö-V-Q-Ü! Türkiyədəki, türklərdəki dövlətçilik, bayraqçılıq, zəfər şövqünü!
Görmədim! Çünki… bütün bu çıxışlarda, perforsmanlarda mən kimə borclu olduğumuzun görməzlikdən gəlindiyini gördüm… X-A-L-Q-D-A!
Halbuki, bu Zəfər…
İkinci Cahan Savaşından 6-7 il keçəndən sonra… qəfildən Almaniya Demokratik Respublikasında olan Əlahiddə Sovet Qoşunlarının postlarda duran əsgərləri dalbadal öldürülür! Hamısı da DÜZ ÜRƏYİNİN BAŞINA atılmış iti tiyəli bıçaqla!
Sovet Qoşunlarının Qərargahında ilk vaxtlar əsgərləri postlara iki nəfər göndərmək qərara alınsa da, nəticə əldə olunmur. Nəhayət, qərara gəlirlər ki, ərazi projektorlarla təmin olunsun!
Postlarda qoşa gəzən əsgərlərdən biri vurulur! Həyəcan siqnalı verilir. Projektorlar yandırılır! Baxırlar ki, beli bükülmüş bir qarı sürətlə kolluğa tərəf qaçır!
Yaxalayırlar!
Uzun istintaq çək-çevirlərindən sonra alman qadın etiraf edir:
– Mən təxminən 6-7 ilə 50 metr məsafədən düz ürəyi nişan almağı öyrəndim! Və başladım bir-bir öldürməyə.
– Niyə öldürürdün ki?
– Sovet əsgərləri Berlinə girəndə mən 3 yaşlı oğlumu qucağıma alıb durmuşdum. Onlar məni zorladılar, təhqir etdilər, hər şeyə razı oldum, bircə oğluma dəyməməkləri üçün ayaqlarına düşdüm, onlar isə hırıldamaqda, təhqir etməkdə davam edirdilər. Dözürdüm. Ki… çıxıb gedəcəklər. Getdikləri anda mənim 3 yaşlı oğlumu güllələrlə deşik-deşik etdilər! Onlar sübut etdilər ki, onlarda ürək deyilən qəddar bir aparat var. Mən o aparatları mümkün qədər çox sıradan çıxarmağı öyrəndim!
– Bəs o cür zil qaranlıqda sən o ürəklərin dəqiq koordinatını necə təyin edə bilirdin?
– Gözləyirdim ki, qarovulda olan əsgər siqaretini yandırsın, birinci qullabdan sonra ikincisini gözləyirdim, ikinci qullabı alanda atırdım bıçağı! Ağızla ürək arasındakı məsafəni dəqiq öyrənmişdim, həmin koordinatı dəqiq hədəfə almaq üçün mənə ötən 6-7 il lazım oldu!
Ondan sonra Sovet Ordusunda postlarda əsgərlərin siqaret çəkməsi “Qarovul haqqında Nizamnamə”də qadağan edildi!
Bəli, bu gün Zəfər Günü idi – biz bu zəfər gününə 3…2…1 yaşlı… və hətta bətndə olan uşaqların güllələrlə deşik-deşik olunmasından keçib gəldik!
Bəli, bu Zəfər Gününə 33 min azərbaycanlı vətəndaşın qətl edilməsindən, itkin düşməsindən sonra gəlib çıxdıq!
Bəli, bu Zəfər Günü 220 illik siyasətin məğlubluğu və son 30 ilin işğalına son qoydu!
Bəli, Azərbaycan Ordusu qələbə qazandı!
Bəli, Azərbaycan Xalqı və Azərbaycan Dövləti qalib xalq, qalib dövlətdir!
Amma kimdir onu bu şərəfə sahib edən?
Bir qismi müstəsnalığı orduya, əsgərə verir, ABK unudulur!
Bir qismi də mütləqi-qalib ABK-nı sayır, dilucu əsgər-zabitin adını çəkir!
Nə bu dəstə utanır, nə o dəstə!
SANKİ: “həyətində neft çıxanda dövlətin, çətənə çıxanda vətəndaşındır” prinsipinin daşıyıcılarıdır!
Olmazmı, ən azından, bu Zəfər Günündə bölücülük etməyək, elə mərd-mərdanə deyək: Azərbaycan Ordusunun fədakar və cəsur oğulları öz görkəmli Ali Baş Komandanı ilə bu savaşı uddu, tarixi məğlubiyyəti əbədi qələbəyə çevirdi?
Biz bu Zəfər Şövqünü niyə yaşamayaq ki?
Mən paraddan, pafosdan populizmdən danışmıram, Şövqdən danışıram!
O şövq ki… hamı kimə borclu olduğunu bilir, dilə gətirir və… unutmur!
p.s. bu gün Lənkəranda qazilər tökülüşmüşdü DYP bölməsinə – qazilərdən birimi-ikisimi atəşfəşanlıq edib, avtoşluq yapıb, camaat özü DYP-yə zəng edib! Ki… qanqaraçılıq, ölüm-itim olmasın!
İkinci Cahan Savaşının şəhid ailələri və veteranları ta 1990-cı ilin 20 yanvarına qədər öz hörmətlərini qorudular, saxladılar, 45-ci ildən 45 il sonra da!
Cəmi 5-ci ilidir Zəfərin, 100 minlik ordu ilə bir yerdə qələbə qazanıb, 100 kilo da olmayan vücuduyla mənə qəhbə qaxıncı edir: vuruşmuşam! Elə bil, TƏKBAŞINA Şuşanı alıb, elə bil, TƏKBAŞINA ermənini siçan deşiyinə qovub!
Məni məcbur edir ki, deyim: a balam, erməniyə qalib gəlməsəydik, erməni gəlib bizim anamızı-bacımızı-qızımızı si…cəkdi, indi ermənini qovmusan, neyləyək, sənmi istəyirsən erməninin əvəzinə anamızı-bacımızı-qızımızı si…sən?
Axı… sən… TƏKBAŞINA bu Savaşı udmamısan, səndən başqa da 99999 əsgər və zabit vuruşub, bu bapbalaca rayonu bizə niyə dar edirsən? Axı… təkcə sənin oğlun şəhid olmayıb… sənin oğlundan başqa da 32999 azərbaycanlı şəhid olub, neyləyək, ailəmizi-uşağımızı götürək çıxaq bu rayondan?
Axı… bu Zəfəri sənə, mənə, Azərbaycana İlham Əliyev, məhz İlham Əliyev qazandırıb!!! İlham Əliyev olmasaydı, hələ bundan sonra da 33 min azərbaycanlı öldürüləcəkdi, itkin olacaqdı, ilin də 14 və daha artıq günü ağlaşma və mərsiyə günün olardı!
Ayıbdır axı!
Hələ sənin 20-30 yaşın var, düşün ki, sən 70-80-90 yaşa çatarsan və indi sən kimə borclu olduğunu, kimlərin hesabına qalib olduğunu unutduğun kimi, sənə də borclu olduqlarını unudanların zamanı gələcək!
Sabaha özünüz üçün hörmət saxlayın, lütfən!
Başa düşürəm, əziz şəhid ailəsi, qazi qardaşımoğlu, dünən atası efirə çıxıb oğluna görə üzr istəyirdi bu kanalda, bu gün həmin o ata ayrı kanalda efirə çıxıb oğluyla fəxr etdiyini deyir, atasına itin sözünü deyən, atasını itqusdu edən oğlan indi atamla fəxr edirəm deyir, bu xalq da həmin o ata-oğulu qəhrəman kimi qəbul edir, bu, sənə pis gəlir, ləzzət eləmir, əziz şəhid ailəsi, əziz qazi, lakin bu o demək deyil ki, sən də özünü onlar səviyyəsində “xalqın qəhrəmanı” kimi aparasan!
Axı Sən DOĞRUDAN da düşməni görmüsən, döyüşmüsən düşmənlə və qalib gəlmisən! Axı mən səninlə fəxr edirəm, axı mən səni sevirəm və mən sənə hər yerdə… EHTİRAMLA… EHTİŞAMLA VƏ ŞÖVQLƏ… yanaşmaq istəyirəm!!!
Axı mən və biz sizlər Birinci Qarabağ Savaşında uduzanda, torpaqlar düşmən əlinə keçəndə də elə eynən indiki ehtiramı, hörməti göstərirdik… şəhid ailəsi sayaraq, qazi qəbul edərək!
Zəfər Günü EHTİŞAMDIR, ŞÖVQDÜR – pafos, populizm, performans yox ki!
Zəfər Günü ƏZƏMƏTDİR, QÜRURDUR – təkəbbür və yekəxanalıq, fors yox ki!
Zəfər Günü ABİDƏDİR – “çuçela”-müqəvva yox ki!
Zəfər Günü ƏBƏDİDİR – müvəqqəti yox ki!
Bu Zəfər SABAH VƏ ƏBƏDİ olaraq dalğalansın deyə Bayraq Xətridir!
Bu Zəfər Sabah biz bir-birimizi dəyərləndirək deyə, Konstitusiyadır! Bu günün qazisi və şəhid ailəsi içində olan Konstitusiya! Qazinin və şəhid ailəsinin əlinə alıb öpmək əvəzinə, ürəyi istədiyi tərəfə fırıllatdığı, tolazladığı kitab yox axı!
Bundan gözəl dönəm varmı – Zəfər Günü-Bayraq Günü-Konstitusiya Günü… ard-arda?
Biz haçan bu ŞÖVQÜ yaşamışdıq?
İndi imkan varsa, niyə yaşamayaq?
Bəlkə elə məhz bu gün, bu saat bu qənaətə gələk və R-İ-A-Y-Ə-T E-D-Ə-K?
Növbəti və umu-küsüsüz, giley-güzarsız Zəfər Günlərini bayram etmək ümidiylə,
Zəfər Günümüz mübarək olsun, – deyirəm!
Share: