Bu gün Türkiyə ədəbiyyatında onun… Aysel XANLARQIZI İmdat Avşar haqda yazdı

Bu gün Türkiyə ədəbiyyatında onun… Aysel XANLARQIZI İmdat Avşar haqda yazdı

İmdat Avşar Türk dünyasının güclü yazarlarından biri kimi öz maraqlı, axıcı ,gözəl, hekayələri,şeirləri ilə oxucularının rəğbətini qazanmışdır.

Yazıçının dünyası ilə tanış olduqca bir çox hekayələrində ustalıqla əks etdirdiyi dadli-duzlu yumoru,ağrıları,gülüşü ,sevinci yaşaya bilirsən və oxuduqlarının təsirindən çıxmaq çox çətin olur.
O, dürüst ,vicdanlı ,gözəl qəlbli, mərd ürəkli insan kimi Azərbaycan ədəbiyyatının da yaxın dostudur…
Adı kimi Türkiyədə nə zaman başımız dara düşsə o an yardımımıza ,imdadımıza çatacağını bildiyim insanlardandır.
Onun “Kafa Kağızı” hekayəsini oxuyanda çox təsirlənmişdim … Gerçək doğum gününüz nə zamandır- soruşanda isə – “Anam sən doğulanda Zemheri, qışın oğlan çağı idi” söyləmişdi…

Bu gün o hekayədəki “oğlanın” məktəbə gedə bilməsi üçün sevinə – sevinə aldıgı kafa kağızındakı doğum günüdür…
O oğlan ki, qəlbi yaradıcılıq ,elm, oxumaq ,ədəbiyyat eşqi ilə döyünüb…O “oğlan” ki, bu gün mənim üçün də bir dəyərli dost ,həmkarım olaraq qəlbimdə ən gözəl yerlərdən birini tutub.

Bu gün Türkiyə ədəbiyyatında onun tərcümə etdiyi bir çox əsərlərimiz rəhbərlik etdiyi “Türk ədəbiyyatı jurnalında” və başqa dərgilərdə də oxunur ,tanınır…
Ayrıca olaraq keçən il onun tərcüməsi və zəhməti sayəsində İstanbulda ,”Türk ədəbiyyatı vakfinda” işıq üzü görən “Pəncərəmə günəş çək ” adlı kitabım üçün də ona minnətdaram.Onun sayəsində mənim “Pəncərəmə də günəş çəkildi” Türk ədəbiyyatında…

Sizi tanıdığıma çox mutluyam, dəyərli İmdat bəy…
Nə yaxşı ki, varsınız. Dünyaya gəlişiniz mübarək,100 yaşayın,sevdiklərinizlə birlikdə arzu etdiyiniz həyat nəsibiniz olsun.
Biz sizi doğma insan olmaqdan əlavə, həm də balaca, gözəl İlbilgenin dedesi olaraq da çox istəyirik…
Yeni yaşiniz kutlu olsun ,gözəl insan

05.05 2023

Share: