Bu gün AYB-ni kimlər idarə edir?

Bu gün AYB-ni kimlər idarə edir?

Doğrudur, mənim Azərbaycan Yazıçılar Birliyinə üzv olmağıma mərhum xalq şairi Fikrət Qoca səbəb olub. Məhz onun təklif və dəstəyi ilə mən də AYB-yə üzv olmuşam.

Tələb olunan üzvülük haqqını da vaxtaşırı ödəyirəm. Hətta bir dəfə Prezident təqaüdünə də layiq görülmüşəm. Və bu təşkilatdan heç bir narazılığım yoxdur…
Şəkilin açıqlaması yoxdur.
Sözümün canı var. Bu gün sizə AYB-nin icra aparatında çalışan soydaşlarımız haqqında danışmaq istəyirəm. Düşünürəm ki, AYB-nin icra strukturunda bir nəfər də olsun təsadüfi adam yoxdur. Əvvəla onu qeyd edim ki, sədr seçki yolu ilə seçildiyi üçün seçicilərin haqqına girmək istəmirəm. O ki qaldı AYB-də maliyyə, təsərrüfat işləri üzrə I katibə və Gənclərlə iş və ümumi rəhbərliyə kömək məqsədi ilə fəaliyyət göstərən sədr müavininə onların da hər biri yerində olan adamlardır- Çingiz Abdullayev və Rəşad Məcidi nəzərdə tuturam. Demək olar ki, onları ölkədə tanımayan adam yoxdur. Hər biri kifayət qədər nüfuzlu qələm adamlarıdır…
Şəkilin açıqlaması yoxdur.Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Katiblər isə sədrin təqdimatı ilə komandası kimi qurultayda seçilir. İndi də keçək katiblərə: İlqar Fəhmi- erkən gəncliyindən parlaq istedadı ilə ədəbiyyatsevərlərin rəğbətini qazanıb. 1992-1996-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, sonradan Belarusiya Dövlət İqtisad Universitetini bitirib. O, AYB-nin filiallarla işi koordinasiya edir. Ölkənin ən yaxşı qələm adamlarından biridir. Düşündürücü, bədii yükü olan müxtəlif nəsr əsərlərinin, gözəl poeziya nümunələrinin müəllifidir. Tutduğu vəzifəni məsuliyyətlə icra edir. Əməkdar mədəniyyət işçisidir. Xaraktercə, çılğın, duyğusal, məntiqli və məzmunlu adamdır…
Şəkilin açıqlaması yoxdur.Şəkilin açıqlaması yoxdur.
Elçin Hüseynbəyli- Əməkdar incəsənət xadimidir. İstedadlı yazıçı-dramaturq, publisistdir. 1989-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. AYB-nin seksiyalarla işi koordinasiya edir. 30-dan çox kitabın müəllifidir. Xaraktercə, centelemen, sakit, təmkinli və müdrik adamdır…
Səlim Babullaoğlu- 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində ali təhsilə yiyələnib. Xarici əlaqələr və tərcümə məsələləri üzrə AYB-nin katibidir. Bundan əlavə o, Qəbul komissiyasının sədridir. Şair, tərcüməçi, esseistdir. 10-a yaxın kitabın müəllifidir. Xaraktercə, mədəni, ağıllı, ehtiyatlı, təmkinli və etibarlıdır…
Bəli, bu gün AYB-nin rəhbər strukturlarında təsadüfi adam yoxdur. Onların hər biri tutduqları vəzifəyə layiqdirlər. Və bu təşkilatın sıravi üzvü kimi, onların hər birinə işlərində uğurlar arzulayıram…
Hörmətlə, Elman Eldaroğlu
Share: