Ukraynadakı münaqişə dünyaya müharibə taktikalarının dəyişdiyini nümayiş etdirib.
Müstəqil.az Axar.az -a istinadla xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens deyib.
“Rusiya və Ukraynada, bəzi antiterror missiyalarımızda baş verənlərə baxın və növbəti hərbi münaqişədə nələrin baş verə biləcəyini düşünün. Bu, 20 il əvvəl apardığımız müharibə ilə eyni olmayacaq, çox fərqli olacaq”, – deyə o, Kentukki ştatındakı Fort Kempbell Hərbi Bazasında çıxış edərkən bildirib.
“İndi biz dronlardan istifadə edirik, indi kibermüharibə aparılır, indi peyklər ordu üçün 20 və ya 30 il əvvəl tüfəng, tank və ya təyyarə qədər vacibdir”, – deyə o izah edib.
Müstəqil.az
















