Birini çox sevirsənsə “öldü” deyə unuda bilməzsən -Banu Muharrem yazdı

Birini çox sevirsənsə “öldü” deyə unuda bilməzsən -Banu Muharrem yazdı

Məncə ölümlərin ən gözəli budur. Nə xoş sevilib ölənlərin halına…

Çünki öldükdən sonra səni sevənlər səndən getməyəcək. O əhatəli sevənləri demirəm haa..! O “səni çox istəyirəm” deyənləri də demirəm ha..
Canından olanlar, canına yaxın olanlar, qanbağın ‘olmayıb canından olanlar. Özü də hamısı yox a.. barmağların sayına çox gələcək qədər az.
Bax onlar həmişə sənin üçün darıxacaqlar. Darıxacaqlar yox, darıxacaq..sayı o qədər azdır ki, elə insanların.
Ürəyi bir vaxtlar sənin üçün atan o adam həmişə səni xatırlayacaq.Tez-tez rəsmini çəkməyə çalışacaq. Fotolarına baxacaq, xatirələrini xatırlayacaq. Hər zərrəni hafizəsinə həkk edən adamlar belə olur. Məsələn: yoldan keçən birinin gülüşündə səni görəcək, saçlarını darama tərzini sənə bənzədəcək, birinin səsində tanış gələcək, birinin gözlərində sənə rastlayacaq. Özü də dəxlisiz bir məqamda. Bəlkə ən kədərli,bəlkə ən sevincli anında- dostlarıyla deyib-güldüyü anda gözü ilişəcək birinə və düşünəcək ki, bu odur? Onun kimi baxdı.. əvvəlcə xatırlamadığı da olacaq, ürəyində deyəcək -“bu adam mənə hardan tanış gəlir?” Birdən yenə parçalar birləşəcək ağlında, səni xatırlayacaq.
Bir də gördün qərib gecələrin birində hansısa mahnıda yolunu azıb sənə dönüş edəcək. Hansısa saat əqrəbinin dönməsini hansısa bir anı, bir xatirə saxlayacaq.İki saat əqrəbləri arasında sıxışıb qalacaqsan-ölürsən ya yaşayırsanmı -deyə. Buna deyərlər- yaşayan ölülər içində ölüb yaşayan..
Kin tutmaq ürəkli bir daş kimidir. Dönülməyən yollara küsüb kin tutmaq nə qədər daş olursan ol, dərinlərindəki döyünən ürəyin içini sökə bilməz. Qaysaq çöldən qaysaqdır.Hər qaysağın altından isti qan axır. Odur ki,bu gecə pəncərəndən aya baxıb deyə bilmədiyin bütün sözləri pıçılda.
Bir də ki, nə xoş sənin halına.. Ki, sən də kimiləri üçünsə elə biri olmusan çoxdan.
Bax onda adamın ürəyi ölümə yanır. Uzun yol gəlmişsən kimi eləbil istəyirsən ki deyəsən: ” mənə bir stəkan su…” Bax elə beləcə…

Share: