Bir uşaq bağçada necə davrandığı 25 yaşında kim olacağı ilə əlaqəli ola bilərmi? – Nahid Nəsirov yazdı

Bir uşaq bağçada necə davrandığı 25 yaşında kim olacağı ilə əlaqəli ola bilərmi? – Nahid Nəsirov yazdı

2015-ci ildə American Journal of Public Health jurnalında dərc olunan bir araşdırma 753 uşağı 19 il boyunca izləyib. Bu uşaqlar:

● ABŞ-ın 4 fərqli bölgəsindən idi;
● əsasən aşağı sosial-iqtisadi mühitdən gəlirdi;
● bağça yaşında idilər
və sonra 25 yaşlarına qədər izlənildilər.
Araşdırmanın verdiyi əsas sual bu idi:
Bağçada müşahidə olunan sosial və emosional bacarıqlar uşağın gələcək həyatına dair ipucu verə bilərmi? Yəni, kimlə necə danışır, problemi dava ilə, yoxsa danışaraq həll edir, özünü sakitləşdirə bilirmi?
Bu araşdırmada test yoxdur, IQ ölçülməyib, uşaqlara əlavə təlim verilməyib
Sadəcə bağça müəllimləri uşaqları gündəlik olaraq ünsiyyət, əməkdaşlıq, konflikt həlli, özünü idarə baxımından müşahidə ediblər.
Nəticədə bağçada sosial bacarıqları daha güclü olan uşaqlar:
● orta məktəbi vaxtında bitirib;
● ali təhsil alma ehtimalı daha yüksək olub;
● daha sabit iş həyatına sahib olub;
● sosial yardımlara daha az ehtiyac duyub.
Bağçada sosial bacarıqları zəif olan uşaqlar, illər sonra cinayət və hüquq-mühafizə sistemi ilə daha çox qarşılaşıb və maraqlısı budur ki, bu risk aqressiv davranışlar nəzərə alındıqda belə hələ də eyni qalır. Yəni uşağın gələcəkdə cinayətə meylliliyi yalnız aqressiv davranışları ilə bağlı göstəricilərlə əlaqələndirmək əsaslı deyil. Bu halda digər parametrlər də mütləq nəzərə alınmalıdır.
Share: