Təxminən iki il əvvəlin söhbətidir.Qızılağac Milli Parkında “ Flaminqo” respublika festivalı keçirildi. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul işçiləri ölkədə mövcud milli parklardan qoruq və yasaqlıqlardan nümayəndələr iştirak edirdilər.
Nazirliyin məsul işçisi festifalı açaraq onun əhəmiyyətindən füsünkar Azərbaycan təbiətinin , ekologiyanın mühafizəsi və zənginləşdirilməsi baxımından həyata keçirilən tədbirlərdən danışdı və sonra ilk sözü Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova verdi. Icra başçısı uzun illərin təcrübəsindən irəli gələn təkcə həmişəki natiqlik məharətini deyil, həm də yüksək ekoloji bilgisini ortaya qoydu ,eyni zamanda dünya ekoloqlarının diqqət mərkəzində olan əsrarəngiz cənub, eləcədə rəhbərlik etdiyi cənub mirvarisi Lənkəranın ecazkar təbiətinin spesifik xüsusiyyətlərindən doğan, 1 saylı Ekalogiya və Təbii Sərvətlər idarəsinin kollektivi ilə birgə fəaliyyətindən irəli gələn fikirlərini festival iştirakçıları ilə bölüşdü…
Tanımadığım tədbir iştirakçılarından olan bir rus qadın məndən soruşdu:
Siz Lənkərandansız? Dedim bəli.
-Onda siz yəqinki, Taleh Qaraşovu yaxşı tanıyırsınız.
-Doğrudur? – dedim . O bizim şəhərin icra başçısıdır.
-Axı , o icra başçıdan daha çox ekoloq kimi danışdı.
-Onun gözəl natiqlik bacarığı olduğu kımı bütün sahələri yaxşı bilir. Ekoloqların tədbirində ekoloq, təhsil işçilərinin tədbirində pedaqoq , kənd təsərrüfatı işçilərinin tədbirində aqronom kimi danışır , deyə cavab verdim. Qadın bir daha sualla müraciət etmədi. Görünür cavabımdan qane olmuşdu.
Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyev öz çıxışlarının birində demişdir.. “Tutduğu vəzifəsindən asılı olmayaraq mən başda olmaqla hər bir dövlət məmuru xalqın xidmətçisidir…” Bu təbiidir. Deyərdim ki, Taleh Qaraşov həmişə dövlətə və möhtərəm Prezidentə öz hədsiz sədaqəti ilə seçilib. Elə buna görədə keçmiş sovet dövründən tutmuş Azərbaycanın yenidən bərpa edilməsi dövlət müstəqilliyinə qədər , eləcə də müstəqillik dövründə çalışdığı bütün məsul vəzifələrdə özünü ləyaqətlə doğruldub. Təbiiki, bu da onun cənab Prezdentin tövsiyyə və işini qurmasından məqsəd yönlü fəaliyyətindən irəli gəlir.
Taleh Qaraşov artıq 10 ildən çoxdurki, Lənkəran şəhər İcra hakimiyyətinin başçısıdır, öz yüksək təşkilatçılıq və idarəetmə ənənəsinə sadiq qalaraq məqsədyönlü fəaliyyətini dəvam etdirir. Təyinatının ilk illərində fəaliyyətinə Lənkəran şəhərində , rayonun kənd və qəsəbələrində yolların abadlığından başladı. Sonra kənd və qəsəbələrdə yerli sakinlərlə görüşləri ənənə halına çevirdi. Təcrübə göstərdiki,mütamadi şəkildə davam edən bu görüşlər sakinlərin arzu və təkliflərini, mövcud problemlərin öyrənilməsi və həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Kənd əməkçilərinin razılığına səbəb olan bu görüşlərdə elə problemlər var ki yerindəcə həll olunur , elə problemlər də var ki, həlli vaxt, zaman tələb edir.
Lənkəran sakinlərinin Taleh Qaraşovla ünsiyyəti təkcə kənd və qəsəbələrdə keçirilən görüşlərlə məhdudlaşmır, onlar üçün icra başçısının qəbuluna düşmək də problem deyil… Lənkəran İcra başçısının kabineti həmişə hamının üzünə açıqdır. Hər kəs istənilən vaxt qəbuluna düşə bilir və arzu , təkliflərini onunla bölüşür.
II Qarabağ müharibəsində möhtərəm Prezident Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin böyük sərkərdəlik bacarığı və əsgərlərimizin rəşadəti sayəsində qazanılan tarixi zəfərdə təbii ki, lənkəranlıların da öz payı var. Çünki vətən savaşı başlananda cəbhəyə könüllü gedənlərin arasında Lənkəran gəncləri də az deyildi. Hamının ürəyində düşmənə hədsiz qisas, hüdudsuz nifrət hissi vardı. Elə buna görə də onlar ölümün gözünə belə dik baxdılar, vətən uğrunda şəhidliyi özlərinə şərəf bildilər.
Bir sözlə II Qarabağ savaşında Lənkəran 66- dan çox şəhid verdi. Sağ qalanlar isə qazi, vətənpərvərlik borcunu ödəyən qeyrətli Iənkəranlı kimi qayıtdılar.
Lənkəran şəhərinin müxtəlif kənd və qəsəbə məzarlıqlarında uyuyan şəhidlərin xatirəsi həmişə əziz tutulur. Belə ki, icra başçısı başda olmaqla Lənkəran şəhər İcra Hakimiyyətinin məsul işçiləri tez- tez şəhid ailələrinə baş çəkir, ehtiyacları ilə maraqlanır, problemlərinin həllinə kömək edirlər. Indiyə qədər neçə- neçə şəhid ailəsinin fərdi ev tikintisinə, xəstə şəhid analarının müalicəsinə yardım göstərilib. Eyni zamanda Taleh müəllim hər il keçirilən ayrı- ayrı şəhidlərin anım mərasimlərinə də qatılır, çalışırki, Vətən yolunda canından keçən heç kim yaddan çıxmasın, heçnə unudulmasın.
İndiki kimi yadımdadır, böyük bir izdihamın müşaiyyəti ilə İcra başçısı və onunla birlikdə Lənkəran ŞİH-nin məsul işçiləri Lənkəran rayonundakı Osaküçə kənd şəhidi Mehdi Sübhi oğlunun Qənbərlinin nəinki anım mərasiminə qatıldılar, şəhidin keçdiyi həyat yoluna və döyüş fəaliyyətinə həsr olunmuş ”Axırıncı zəng” adlı bədii- publistik kitabının müzakirəsində də iştirak etdilər. Axırda Taleh müəllimə və iştirakçılara şəhiddən bəhs edən həmin kitablardan təqdim olundu.
Məlum olduğu kimi müqəddəs vətən müharibəsində şəhid oğullarla bərabər yüzlərlə lənkəranlı gənc ağır xəsarət aldı, ayaqını, qolunu itirdi. Təbii ki, Lənkərana qayıtmış yaralı qazilərimiz , müharibə iştirakçılarımız da icra başçısının diqqətindən kənarda qalmadılar. Iş qabiliyyəti olan qazilərin, müharibə veteranlarının münasib işlə təmin olunması icra başçısının məqsədyönlü fəaliyyətinin tərkib hissəsinə çevrildi. Eyni zamanda onlar nəzərdə tutulmuş bütün dövlət güzəştlərindən lazımınca faydalanırlar.
Lənkəran öz füsünkar təbiəti ilə olduğu kimi qədim tarix və mədəniyyət abidələri ilə də həmişə diqqət çəkir. Elə buna görədə dünyanın hər yerindən bu cənub mirvarisinə güclü insan axını var. Təbii ki, onların arasında turistlərlə bərabər müxtəlif ölkələrin təmsilçiləri olan dövlət və mədəniyyət xadimləri, alimlər, incəsənət adamları da olur. Respublikanın bu dilbər güşəsini dahada yaxından tanıtmaq üçün icra başçısının tapşırığı ilə hər cür şərait yaradılır. Qonaqlar qədim Lənkəran qalası, öz memarlıq üslubu ilə diqqəti cəlb edən Xan sarayı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general- mayoru Həzi Aslanovun ev muzeyi ilə tanış olur, El arasında Xan sarayı adlanan və burada yerləşən Tarix Diyarşünaslıq və Həzi Aslanov muzeylərinin ekspanatlarına maraqla baxır, dünyanın heç bir yerində təsadüf olunmayan dəmirağaclarının məskəni qədim Hirkan meşələrindən (Hirkan Milli Parkı), nadir quşların və balıqların məkanı Qızıağac Milli Parkından xoş təəssüratla ayrılırlar.
Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyev dəfələrlə subtropiklər diyarının mərkəzi olan Lənkəranda olub. Yaşlı sakinlər bu gündə Ulu öndərin Lənkəranda Xanbulançay dəryaçasının açılışında tarixi nitqini minnəttarlıqla xatırlayırlar. Ümümmilli lider demişdir:” Azərbaycanın dilbər güşəsi olan Lənkəran Ümumittifaq tərəvəz bostanı kimi tanınır. Lakin ona bu şöhrəti, ad sanı gətirən bu torpaqda yetişən böyük insanlardır. Xanbulançay dəryaçasının suyu ilə onsuz da qızıl olan bu torpaqlar daha məhsuldar olacaq…”
Qürurla , fəxirlə ”Mən Azərbaycanlıyam” deyən Heydər Əliyev bu gün həyatda olmasa da onun ölməz ideyaları yaşayır. Vaxtı ilə yaratdığı möhkəm təməl üzərində müstəqil Azərbaycan sürətlə inkişaf edir. Axı estafet etibarlı əllərdədir. İlin Prezidenti seçilən Qarabağın fatehi və memarı cənab İlham Əliyev ölkəmizin tərəqqisi və inkişafı naminə Ulu öndərin siyası kursunu ləyaqətlə davam etdirir, ata vəsiyyətlərini dönmədən həyata keçirir. Məhz onun müdrik xarici siyasəti sayəsində Azərbaycan indi bütün dünyada qalib ölkə kimi tanınır və dünya birliyində layiqli yer tutur.
Cənab Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqları əsasında Lənkəran ŞİH nin başçısı Taleh Qaraşov öz fəaliyyətini formalaşdıraraq, müasir tələblər baxımından öz iş üslubunu məharətlə yaradıb. Elə buna görə də Lənkəran onun rəhbərliyi ilə ildən–ilə inkişaf edir, yeniləşir, müasirləşir. Lənkəran şəhərinin rayonun kənd və qəsəbələrinin siması tanınmaz dərəcədə dəyişir.
24 Sentyabr tarixində Cənub bölgəsində səfərdə olan Kenya Respublikasının Dövlət Prokrurluğunun Direktoru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyyəti Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşovla birgə Lənkəran Tarix-Diyarşünaslıq Muzeyındə qonaq oldular. Muzeyin zəngin ekspozisyası ilə tanış olub, Lənkəranın tarixi ilə yaxından maraqlandılar. Şəxsən Taleh Qaraşovun qonaqları müşahidə etməsı onu dövlətınə xüsusi vətənpərvərlik hissindən və məsuliyyətindən irəli gəlır.
Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru dosent
Məcidova Leyla Qadir qızı
















