Bir az da ümid ver yurdsuzlarına, Oyan özünə gəl, özünə, Vətən!

Bir az da ümid ver yurdsuzlarına, Oyan özünə gəl, özünə, Vətən!

Aləmzər SADİQQIZI

Hər iki şeir Türkiyəyə gedərkən avtobusda yazılıb…

Vətən!

Atadan-anadan küsən cocuq tək…
Yenildim içimdə dözümə Vətən.
Daha bundan sonra günahkar kimi. .
Sən də dözəcəksən sözümə, Vətən!
Yerin genəldimi bircə ürəklik…
Soldumu gülşənin bircə çiçəklik,
Əlini könlünə qoy həmişəlik…
Baxma bundan sonra izimə, Vətən!
Gözlərin bir oyaq həsrət arasa…
Yuxunda bir qərib səni çağırsa,
Yadına düşərsəm bir gün nə vaxtsa…
Baxarsan dostların gözünə, Vətən…
Başın çox qarışıb ruhsuzlarına…
Hələ qan verirsən qansızlarına,
Bir az da ümid ver yurdsuzlarına,
Oyan özünə gəl, özünə, Vətən!
Heç nə yıxmaz məni həsrətin kimi,
Öldürməz könlümü xiffətin kimi,
Nigarın, Heyranın, Məhsətin kimi…
Sahib çıx bu qəmli qızına Vətən!

Vətən…

İndidən darıxdım … getmir ürəyim
Gedirəm mən səndən gələnə qədər.
Bir ovuc göz yaşı , bir az sənsizlik..
Götürdüm yoluma dönənə qədər…
Səninlə yandırdım bu şam ömrümü…
Səhər könlün aldım axşam ömrümün
Hələ pərvanəsiyəm nakam ömrümün
Eşqinlə yanacam sönənə qədər
Sən mənim dünyada ən uca dağım…
Sevgilim, sevincim, ruhum və qanım..
Aldığım nəfəsim , bədəndə canım…
Məni səni səvəcəm ölənə qədər..
Ömür bir sehirli taxtdı əzəldən…
Agladıb -ğüldürən baxtdı əzəldən
Bu həsrət könlümü yıxdı əzəldən…
Dözüb dayanacam yenənə qədər…
Aləməm mən sənə ürək vermişəm..
Yolunda canımı qurban demişəm.
Vətən , ürəyimi əmanət saxla…
Qaytarıb özümə verənə qədər…
Share: