Bir arzu tikərəm gecə yarısı – Tural Muxtar

Zamanın əl izləri var bəyaz dərində,
Bir az səliqəsiz, bir az tələsik.
Ayrılıq sədası nə tez ucaldı,
Nə tez yazıldı alın yazımız
Bir az səliqəsiz, bir az tələsik.
Uzağı bir şeir yazaram yadıma düşsən,
Uzağı bağlaram bir ümid yenə
Bir arzu tikərəm gecə yarısı,
Bir az səliqəsiz, bir az tələsik.

Tural Muxtar

Share:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir