İti zəka, idrak, dərrakə, müdriklik, reallığı dərk etmək qabiliyyəti, proqramatik düşüncə tərzi, güclü təfəkkür, uzaqgörmə bacarığı ona xas olan əsas xüsusiyyətlərdəndir.
Olduqca ağıllı adamdır. Əgər yer üzündə insanın mənimsəyə biləcəyi yüz müsbət nəsnə varsa, onun doğsan doqquzunu özündə birləşdirə bilib. Belə adamlar çox nadir hallarda olur…
…Bir gün məmləkətin şahı iqtisadiyyatdan yaxşı başı çıxan alimləri və maliyyə işlərinə rəhbərlik edən vəzirini yanına çağırıb dillənir:
– Ölkədə bu qədər töycü-vergi yığılsa da xəzinəmiz artmır ki, artmır. Buyurun, mənə çıxış yolunu göstərin!..
Söz verildikcə hər kəs bir fikir söyləyir. Sonda növbə lap axırda dayanan, məmləkətdə savadlı iqtisadçı kimi tanınan bir alimə çatır. O, Şahdan xahiş edir ki, məclisə bir məcməyi buz gətirsinlər. Çox keçmir ki, Şahın hüzuruna bəzəkli bir məcməyidə iri buz parçası gətirilir və Şahın işarəsi ilə məcməyini həmin alimə verirlər. O, sırada özündən əvvəl dayanan adamdan xahiş edir ki, sıradakılar bir-birinə ötürərək məcmeyini Şahın əyləşdiyi taxtın qarşısına çatdırsınlar. Nə isə, məcməyi Şahın qarşısına çatanadək buz əriyib çox kiçilir. Bu vaxt alim dillənir:- Şah sağ olsun! Əhalidən yığılan töycü də büdcəyə çatanadək bu vəziyyətə düşür. Bunu görən Şah taxtından ayağa qalxıb, buyurur:
– Hamınız azadsınız, mən hər şeyi anladım…
Bəli, haqqında söhbət açmaq istədiyim şəxs bizim ölkə üçün o alim qədər qiymətlidir. Növbəti söhbətimi məhz ona həsr etməyi planlaşdırıram…
Allah amanında!…






















