Gömsə arzusunu içinə insan
üstünə qırmızı çiçək də əkər.
Bir gün gözlərindən düşüb daşınsan
Sevgi küçəsindən izini silər.
.
Ruhunu qəfildən qoparmış kimi,
Ən yaxşı halını aparmış kimi,
Əksini bir daha taparmış kimi,
gözünün torunda üzünü silər.
.
Cismini sevginin istisi basmış,
nəfəs bir bədənə canlı libasmış,
Bihudə sevgilər həddini aşmış
qəlbində -təpəri,dözümü silər.
.
.
Adam var çox şeyə dözər,kar olar.
Həddindən ziyadə təzimkar olar.
Adam var o qədər təmizkar olar-
Girər ürəyində sözünü silər…
Könlü olmayana halın qüsurdur,
Əlçatmaz sevgilər qəlbə qüsuldur.
Bu necə bir sirrdir,nə cür üsuldur?
Başqası uğrunda özünü silər!




















