Qurban olum şəhidlərə
Güllələrə sipər olan ,
Canınınıza qurban olum .
Dünya boyda adınıza ,
Sanınıza qurban olum.
Anaların bağrı talan ,
Bacılardı sacın yolan .
Çökəklərdə göl – göl olan,
Qanınıza qurban olum .
Əl çatmayan zirvəmizsiz ,
And yerimiz , qibləmizsiz .
Balağa olarmı sizsiz ,
Hamınıza qurban olum .
Dəyər ,vallah .
Ulu öndər dövlət qurub ,
Yaşamağa dəyər , vallah
Yurdumuz azad olubdu
Yaşamağa dəyər , vallah .
Millətimiz oyanıbdır ,
Düşmən qana boyanıbdır .
Ordumuz bərk dayanıbdır ,
Yaşamağa dəyər , vallah .
Öz yurdumuz ,öz yerimiz ,
İşıqlımız ,Lülpərimiz ,
Sevinirik hər birimiz ,
Yaşamağa dəyər , vallah .
Minkənd isti suyu içək
Əmlik kəsək , şişə çəkək
Dəryaz döyüb , otu biçək ,
Yaşamağa dəyər , vallah .
Dağın gələ yaxşı yazı
Hüseyinxan çala sazı .
Balağa olaydı razı ,
Yaşamağa dəyər , vallah .
Ərdoğanı , İlhamı
Deyirlərki , haqdan gəlib, xudam yönəldib bəri ,
Hamı gördü qəhrəmanı , cəsarəti , hünəri .
Rəhm elədi , dada yetdi , bəxtimizin sərvəri ,
Gözəl Allah hifs eləsin Ərdoğanı , İlhamı .
Tarix az- az görəbilər belə hünərpərvəri ,
Yüz ildən bir yetişdirir nəhəng cəngavərləri .
Sursatını bol elədi , coşa gəldi hərləri ,
Gözəl Allah hifz eləsin Ərdoğanı , İlhamı .
Dar ayaqda olan kömək yaddan çıxmır heç zaman ,
Sərkərdəmiz insaflıdı ,düşmənə verdi aman,
Ay Balağa , çox şükür ki , başdan çəkildi duman
Gözəl Allah hifz eləsin Ərdoğanı , İlhamı .
Dağlara
Dağları görəndə dağlandı sinəm ,
Əriyib sel oldum , axdım dağlara .
Sevinclə kədərim, bir anda gəldi ,
Ağlaya – ağlaya çıxdım dağlara .
Əzəmət dağdadı , mərdlik dağdadı ,
İgidlik dağdadı , sərtlik dağdadı ,
Qoçaqlığ, mətinlik , cəldlik dağdadı ,
Dağlar vüqarıyla baxdım dağlara .
Güllü yaylaqlarda bulaq gözəldi ,
Boz sürü qatmağa qalaq gözəldi ,
Yurdunda , elində qonaq gözəldi ,
Yurda sahib olub qalxdım dağlara .
Qurd öz örüşündə ac qala bilməz ,
Qartal şikarını sar ala bilməz ,
Tülkü şir azdırar , şir ola bilməz .
Yenə kürəyimi sıxdım dağalara .
Balağa , peyğəmbər qaçqın olubdu ,
Cənab Əli Zülfüqarın çalıbdı .
Naşükür adamlar kənar qalıbdı
Şükür , çubuğumu taxdım dağlara .
Deyiblər
Haqq yolda düşmənlə döyüşən kişi
Qələbə bayrağın taxar , deyiblər .
Azğınlaşan çaqqal gəzsə meşədə ,
Qarşısına boz qurd çıxar , deyiblər.
Zülümlə abadlıq edərsən əgər ,
Bilmirsən axırı bərbaddır məgər ?!
Həyalı insanın yanağında tər ,
Həyasız utanmaz , baxar , deyiblər ?!
Balağa itaət edir Allaha ,
Darda qoymayacaq onu bir daha .
Kəmfürsət hər zaman batar günaha ,
Bədnəzər özün də yıxar , deyiblər






















