Bakıda silahlı insident: İki nəfər güllələndi

Bakıda silahlı insident: İki nəfər güllələndi

Bakının Yasamal rayonu ərazisində silahlı insident baş verib.

Müstəqil.Az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə bu gecə Bakının Yasamal rayonu ərazisində iki nəfəri güllələyiblər.

1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər yaralanıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Hadisənin motivləri və təfərrüatları araşdırılır.

Müstəqil.Az

Share: