30–31 yanvar və 1 fevral 2026-cı il tarixlərində Sərhədçi İdman Mərkəzində Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ənənəvi 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçirilib.
Mustaqil.az xəbər verir ki, turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Karate Federasiyasının (AKF) rəhbərliyi və Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə təşkil olunub.
Yüksək təşkilatçılıq səviyyəsində davam edən turnir böyük maraqla qarşılanıb. Yarışda şəhid ailələri, qazilər, Milli Məclisin deputatları, Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Karate Federasiyasının idarə heyətinin üzvləri, idman federasiyalarının rəhbərləri, tanınmış idmançılar, eləcə də sponsorlar və ictimai təşkilatların təmsilçiləri iştirak ediblər.
Beynəlxalq turnirdə 12 ölkədən 1300-dən çox idmançı və 11 beynəlxalq dərəcəli hakim iştirak edib. Yarışlar karate idman növünün kata və kumite bölmələri üzrə keçirilib. Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar bütün çəki və yaş kateqoriyaları üzrə mübarizə aparıblar.
Bu mötəbər yarışda, Sumqayıt şəhər 24 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Nuray İbadova iştirak edərək fəxri kürsünün III pilləsinə yüksəlmişdir. Nuray İbadova “FHN İdman Sağlamlıq mərkəzi ” karate klubunun yetirməsidir. Klubun rəhbəri Füzuli Musayev , baş məşqçisi isə Murad Hacızadədir.
Müstəqil.Az




















