Azərbaycanda avtomobillərlə ölkədən kənara çıxarılan benzinə və dizel yanacağına spesifik gömrük rüsumlarının tətbiqinə başlanıb.
Müstəqil.Az xəbər verir ki, Azərbaycandan kənara çıxarılan hər 1 litr benzin üçün bundan sonra 0,6 dollar (hazırkı məzənnə ilə 1,02 manat – red.) rüsum ödənilməlidir.
Butada söhbət avtomobilin benzin çəninin tutumundan artıq həcmdə çıxarılan yanacaqdan gedir.
Qeyd olunur ki, Nazirlər Kabinetinin müvafiq sərəncamının təşəbbüskarı Dövlət Gömrük Komitəsi və SOCAR olub.
Müstəqil.Az






















Bir cavab yazın