Azərbaycan şər qüvvələrə gücünü göstərməyə hazırdır

Azərbaycan şər qüvvələrə gücünü göstərməyə hazırdır

İran Silahlı Qüvvələrinin Naxçıvan ərazisinə etdiyi dron zərbəsi, molla rejiminin Azərbaycana qarşı nankorluğuriyakarlığı əslində gözlənilən idi. Hələ, lap əvvəllər Azərbaycanın müstəqilliyini həzm edə bilməyən İran, bunu İranda zülm və istibdad içində yaşayan soydaşlarımız üçün bir qürur mənbəyi, arxa-dayaq, xilas və ümid yerihesab edərək, uzun illər zaman-zaman bu və digər vasitələrlə, o cümlədən Azərbaycan daxilində “din və təriqət” pərdəsi altında təxribatçı qruplar yaratmaqla, torpaqlarımızı işğal etmiş, minlərlə insanlarımızı, o cümlədən dinc sakinləri, qadın və uşaqları qətlə yetirmiş, şəhər və kəndlərimizi xaraba qoyan, tarix və mədəniyyət abidələrini, xüsusilə də məscidlərimizi yerlə yeksən edən,   30 il ərzində müharibə apardığımız  xain, şərəfsiz yağı düşmənə daim dəstək olan, onu ərzaq, yanacaq və silah-sursatla təmin etməklə dövlətimizi zəiflətməyə, məhv etməyə yönəlik fəaliyyətlər sərgiləyib. Şovinist molla rejimi dövlətimizə və millətimizə qarşı daxilində bəslədiyi kin-nifrəti uzun müddət maskalamağa, bu müxtəlif şırmalarla-“islam təəssübkeşliyi”, “şiə qardaşlığı” adı altında  gizlətdiyi qısqanclıq, kin-nifrət daim hiss olunub.  Bir tərəfdən fars şovinizmi, türk düşmənçliyi, digıər tərəfdən İran daxilində olan soydaşlarımızın Azərbaycan Respublikasına bir dövlət olaraq olan hörməti, sevgisindən, Arazın o tay, bu tay canı-qanı bir  insanlarının həmrəylik, mehribanlıq, birləşmək istəklərindən dolayı yaranmış aşırı qısqanclıq, xof hissi,nəhayət dövlətimizin son illər qazandığı uğurlar, əldə etdiyi zəfər, beynəlxalq aləmdə artan nüfuzu, türk dövlətləriarasında həmrəylik, sıx əməkdaşlıq münasibətləri, realaşmaqda olan Turan ideaysı İranın şovinist başbilənlərinin yuxusuna haram qatmış, günlərini qara etmişdi. Hər an fürsət axtarır, öz ağıllarınca Azərbaycanı cəzalandırmaq”, “yerini göstərməkistəyi ilə alışıb yanırdılar. Əslində hesab edirəm ki. İranın niyyəti və məqsədi nə İslamı qorumaq, onu yaymaq, nə şiyə təriqətinin təəssübünü çəkmək və s. olmayıb, onun hədəfi heç İsraildə olmayıb, onun hədəfi məhz əvvəlcə,Azərbaycanın dostlarını, tərəfdaşlarını, zəiflətmək, sıradan çıxarmaq, meydanda tək qalmasına nail olaraq, öz əsl məkrli və xəbis niyyətini- Azərbaycanı ələ keçirmək olub! İranın son illərdə fəaliyyətini, həyata keçirdiyi, görünən və görünməyən əməllərini təhlil edəndə bir daha buna əmin olursan.      

   Bəlkə də çox adamın, siyasi xadimlərin, politoloqlarınçox zaman fikir vermədikləri və ya önəmsəmədikləri iki məqama diqqəti cəlb etmək istəyirəm. 1. Bu gün dünyanın, elə özümüzün də İran dövlətinin fars dövləti olmasını, fars şovinstlərinin bu dövləti özəlləşdirməsiniqəbullanmağız. Əslində tarix tamamilə bunu təkzib edir və İran adlı məmlərkətdə, coğrafı məkanda ən azı son 4 əsrdə yalnız sırf türk dövlətləri, daha doğrusu türklərin yaratdığı və hakimi-mütləq olduğu dövlətlər mövcud olub. Əlbəttə ki, heç kim farsların qədim tarixə və mədəniyyətə malik olduğunu inkar etmir, Əhəmilərin, Parfiyanı, Sasanilər və s. dövlətlərin məhz fars dövlətləri olduğu tarixdən hər kəsə məlumdur. Lakin 651-ci ildə şahanşah III Yezdəgirdin Ərəb xilafətinə məğlub olması nəticəsində Sasani İmperiyasına son qoyulmuşdur. Burada kiçik bir haşiyə çıxmaq istəyirəm, bu gün məhz II Yezdəgirdin adı fars şiələri tərəfindən xüsusilə hörmətlə yad olunur. Belə ki, bir çox versiyalara görə, onun qızı Şəhrbanu şiələrin III imamı Hüseyn ibn Əli ilə evlənməsi və sonradan bu icdivacdan dünyaya gələn Əli ibn Hüseynin (Zeynəlabidin) 4-cü İmam kimi qəbul edilməsi Əhli-Beyt İmamlarının soykökünün ana xətti ilə Sasanilərə bağlanması, onların iranlılar tərəfindən daha çox sevilməsinə və şiyəliyin məhz həmin ərazidə daha çox yayılmasına səbəb olmuşdur. Əlbəttə bu bir az mübahisəli mövzudur, həm də bu materialın mahiyyətinə aid deyil.

  Sasanilər dövlətindən sonra uzun müdddət həmin ərazilər ərəb xilafətinin nəzarətində olmuş və ya bəzi vassal hakimlər tərəfindən idarə olunmuş və ya kvazidövlətlər yaradılmasına cəhd edilmişdir. Yalnız 1501-ci ildə bu ərazidə qüdrətli bir dövlət – Səfəvilər dövləti qurulmuşdur.  Səfəvi dövləti Azərbaycan Türk dövləti olaraq 1501-ci ildən 1736-cı ilə qədər bu günkü Azərbaycan, Ermənistan, İran, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Şimal-şərqi Hindistan və Özbəkistan ərazilərini əhatə edib. Səfəvi dövlətinin süqutundan sonra yaranmış Əfşar imperiyası və əsası Nadir Şah Əfşar tərəfindən qoyulmuş tarixi dövlətdir. 1736-cı ilin martın 21-də Suqovuşan adlanan yerdə (indiki Sabirabad rayonunda Kürlə Arazın qovuşduğu yer) toplanmış Muğan qurultayında Nadir xan özünü şah elan etməsi isə dünya, o cümlədən şərq tarixində öz dövür üçün demokratik seçki prosesinin tədbiq edilməsi baxımından unikal bir hadisə kimi qeyd oluna bilər. Nəhayət, XVIII–XX əsrlərdə Cənubi Qafqaz və İranda mövcud olmuş, türk əsilli Qacarlar sülaləsi tərəfindən idarə edilmiş Qacar dövləti və ya Qacar İranı mövcud olmuşdur. Bu gün İran kimi tanınan əzaridə farsların yaratdığı və idarə etdiyi dövlət isə yalnız Qacarlar dövlərindən sonrakı dövrə yəni 1925-ci ilə təsadüf edir.  Qacarlar dövlətinin süqutu isə hesab edirəm ki, İran tarxinə ləkə gətirən onun nüfuzuna zədələyən bir hadisədir. Yəni 1921-ci ilin fevral ayınadək Qacar dövlətində sədaqət andı içərək, müxtəlif hərbi vəzifələrdə çalışan, xidmətlərinə görə vəzifədə yüksələrək hərbi nazir təyin edilən Rza xan Pəhləvi öz andına pozaraq, xəyanətkarcasına dövlət çevrilişi edir. 1923-cü ildə sonuncu Qacar hökmdarı Sultan Əhməd şah İranı həmişəlik tərk edir və 1925-ci ildə Qacar hökmdarlığının sonu qoyulur. 400 il davam edən Azərbaycan monarxiyasının devrilməsi və məhz bu qanundan və mənəviyyatdan kənar çevriliş nəticəsində ləğv olunmuşdur. 1925-ci ildən 1979-cu ilə qədər İrana Pəhləvi sülaləsinin şahları hökmdarlıq etmışdir. Artıq bir fars dövləti kimi fəaliyyət göstərən Pəhləvi rejimi sekulyarist, milliyyətçi (yəni nasist), militarist və anti-türk rejimi olub. Lakin necə deyərlər “su səhəngi suda sınar”, Pəhləvilər necə hakimiyyətə gəlmişdilərsə, həmin formada ölkədən qovuldular. Amma bir fərqlə ki, artan ictimai narazılıq və xalq üsyanı ilə qarşı-qarşıya gələn Pəhləvi 1979-cu ilin yanvarında ailəsi ilə sürgün olundu və 11 fevral 1979-cu ildə dövlətin ləğvi ilə nəticələndi. 1979-cu ildə Şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələn inqilab nəticəsində İranda Ruhullah Musəvi Xomeyninin rəhbərliyi ilə İran İslam Respublikası yaradıldı və şiəlik dövlət səviyyəsinə qaldırıldı.

Diqqətinizə çatdırmaq istədiyim digər vacib məsələ;

2.   Adında “İslam” olan, guya ki, islam ideyalarının daşıyıcısı, müsəlmanların müdafiəçisi, din təəssübkeşi kimi görünməyə çalışan, özünü islamı dəyərlərin, ədalətin qoruyucusu kimi sırıyan İran İslam Respublikası heç bir müsəlman dövlətləri ilə dost, mütəffiq münasibətlərinə malik deyil, heç biri ilə də sıx əməkdaşlıq etmir, xüsusilə də qonşuları ilə. Hətta vaxtaşırı Səudiyyə Ərəbistanı, Əfqanıstan, Pakistanla, İrak, Suriya və s. ilə aralarında silahlı toqquşma ilə belə nəticələnən ciddi münaqişə hökm sürür. Həmçinin demək olar ki, ərəb dövlətləri ilə də, Mərkəzi Asiya ölkələri ilə də kifayət qədər soyuq münasibətlər hökm sürür. Heç bir vaxt da müsəlman ölkələr ilə əlahiddə hər hansı bir koalisiya və ya İttifaq yaradılmasına təşəbbüs göstərməyib. O ki, qaldı, bizə, yenə yalnız Türkiyə və Azərbaycanın səbri və xoşməramı hesabına demək olar ki, güzəştlər üzərində qurulan, hələki davam gətirən stabil, amma kifayət qədər kövrək münasibətlərdir. Amma bu cür münasibətlərdə belə İran əlinə fürsət düşən kimi həm Türkiyəyə, həm də Azərbaycana badalaq vurmağa, arxadan zərbə vurmağa meyli olub, vaxtaşırı təxribatlar törədib və necə ki, bu gün də etdi! Bunlarla yanış, İran regionda maraqlarını təmin etmək naminə münaqişə ocaqları yaratmaq, vəziyyəti gərginləşdirmək  məqsədi ilə proksi qüvvələrin yaradıcısı və himayadarı və maliyyə mənbəyi kimi tanınır. Buqüvvələr uzun müddət həm Suriyada, Iraqda, Yəməndə, Livanda və Fələstində fəaliyyət göstəriblər, bu gündə əməllərini hələ də davam etdirirlər. Bəs İranın bu gün yaxın, dost münasibətdə olduğu, əməkdaşlıq etdiyi hətta mütəffiq olduğu ölkələr hansılardır? Rusiya Ermənistan, Çin, Hindistan, Venesuela, KXDR və s. Məncə əlavə şərhə ehtiyac yoxdur.

  Bu günün özündə belə ABŞ və İsrail tərəfindən hücuma mərzu qalan İran yenə də hərbi potensialının gücünü, aqresiyyasını, qəzəbini onu əzməyə, məhf etməyə  çalışan, sındiran, müqəddəs, toxunulmaz hesab etdikləri, gəlmis-getmiş  bütun liderlərinizi məhv etməyə çalışan,  öz ibarələrini desək “aslanın quyruğu ilə oyanayan (amma artıq daha oynamırlar, məsələ ciddidir)”,  nüfuzunuzu, şərəfinizi ayaqlar altına atanlara deyil, daha çox  müsəlman dövlətlərinə, hətta bu proseslərdə ya onu müdafiə etən, ya da neytrallığıını qoruyan dövlətlərə  qarşı yönləndirir. Utanmadan çəkinmədən, hamının gözünün qabağında, “müsəlman qardaşlarımız” onu bombalayan, bütün hərbi siyasi elitasını məhv edən, kökünü kəsməyə çalışan İsraili və lap elə qulagının dibində olan ABŞ-ın Hərbi Dəniz Donanmasınaarmadasına hücum etmək əvəzinə, müsəlman dövlətlərini- Qətər, Bəhreyn, Küveyt, BƏƏ, İraq, İordaniya, Oman, Səudiyyə Ərəbistanı və s. bombaladı, həm də mülki obyektləri. Bu gün də Türkiyə və Azərbaycan bu siyahı əlavə edildi. Yeri gəlmişkən əgər o ABŞ-a ciddi zərbə vurmaq istəyi və cəsarəti olsa idi, o ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərinə yaxınlaşmazdan əvvəl də, öz qürrələndikləri uzaqmənzilli raketləri ilə də vura bilərdi. Bu gün isə, verilən məlumatlar görə artıq ABŞ qüvvələri hərbi əməliyyatların başlanmasından bəri İran Hərbi Dəniz Qüvvələrinə məxsus 20-dən çox gəmini batırıb və ya zədələyib.

  Yekun olaraq: Əlbəttə, Azərbaycan dövləti, biz də onun vətəndaşları olaraq, regionda sülh və təhlükəszilkdən yanayıq. Ələlxüsus da milyonlarla doğmalarımızın, canıqanı bir soydaşlarımızın yaşadığı bir ölkədə insan təlafatının olmasını, şəhər və kəndlərin dağılmasınıqətiyyən istəmirik. Biz bəzi qonşulardan fəqrli olaraq əxlaqı dəyərləri uca tuturuq, nankorluq, xəyanətkarlıq edərək, dar məqamda fürsətdən istifadə edib qonşulara arxadan zərbə vuracaq dərəcədə mənəviyyatsızlığa qadir deyilik. Həmçinin molla rejimindən fərqli olaraq Azərbaycan heç vaxt riyakar siyasət yürütməyib, dar gündə həmişə qonşularına dəstək olub. Azərbaycan tərəfi dəfələrlə ən yüksək kürsülərdən bəyan edib və bütün təxribatlara, nankorluqlara rəgmən həmişə olduğu kimi bu gün də öz sözünün üstündə durur:”Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik….. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək.”.

   Eyni zamanda, Azərbaycanı təhdid etmək, onu bu qarşıdurmaya çəkmək istəyən hər kəs, o cümlədən də İranda olan təxribatçı qüvvələr də bilməlidirlər ki, bizim gücümüz , iradəmiz də, cəsarətimiz yetər ki, ölkəmizin ərazi bütövlyüyünü qoruyaq, vətəndaşlarımızın təhlükəsizliyini təmin edək, buna cəhd edənlər layiqli cavabını alacaqlar. Zənnimcə bu fikiri ən gözəl şəkildə Azərbaycan Respublikası Prezidenti İ. Əliyev ifadəetmişdir: “İstənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar”

Əhməd N. Abbasbəyli

Siyasi şərhçi

Share: