“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olundu

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olundu

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının yeni sayı (2025 1) nəşr olunub.

Bu say AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatında “Aralıq ədəbi nəsil” və “Altmışıncılar” mərhələsi, yaxud sərt realizm – modernizm dövrü adlı məqaləsi ilə açılır.

Elmi jurnalın baş redaktoru Milli Məclisin deputatı filologiya elmləri doktoru, dosent Elnarə Akimova, baş redaktorun müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır. Jurnal filologiya üzrə fəlsəfə doktoru, dosent Töhfə Talıbovanın məsul redaktorluğu ilə işıq üzü görüb.

Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir və aktual tədqiqat işlərinin nəşrini həyata keçirən elmi-nəzəri jurnalElm və təhsil” nəşriyyatında çap olunub.

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Özbəkistan, Fransa, Gürcüstan, Tatarıstan, Hindistan, Polşa və Monqolustanın alimləri daxildir. Elmi-nəzəri jurnalda məqalələr Azərbaycan, rus, ingilis və türk dillərində dərc edilir.

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

Share: