Azərbaycanda 500-dən çox insan “Həci” olmaq üçün müraciət edib

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 500-dən çox insan müraciət edib. 

Müstəqil.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Bildirilib ki, hazırda sənəd qəbulu davam edir.

“Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək istəyən hər kəs bu arzularını reallaşdıra biləcək”.

Qeyd edək ki, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.(Azvizion.az)

Müstəqil.Az
Share:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir